BÖYÜK YOLUN BAŞLANĞICI

 

Hər bir xalqın tarixində elə hadisələr baş verir ki, o hadisə xalqın mövcudluğuna, inkişafına, onun öz dövlətini qurmasına imkan yaradan şəraitin formalaşması üçün çox böyük əhəmiyyət kəsb edir. 42 il bundan əvvəl, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci şəxs kimi hakimiyyətə gəlməsi Azərbaycan xalqının tarixində bu nöqteyi-nəzərdən ən vacib hadisələrdən biridir. Hətta belə hesab edirəm ki, ən vacibidir.  1969-cu il 14 iyul - Ümummilli Lider Heydər Əliyev bu tarixi gündə hakimiyyətə gəlməklə gələcək müstəqil Azərbaycan dövlətinin əsasını qoydu. Bu tarixi gündə Ulu Öndər Heydər Əliyev böyük bir yolun başlanğıcını qoyub.

 Bu yol güclü, qüdrətli, zəngin lider yolu deməkdir. 1969-cu il iyulun 14-də Ulu Öndər Heydər Əliyev Azərbaycan SSR-ə rəhbər seçildi. 42 il bundan əvvəl Azərbaycanda hakimiyyətə gələn Heydər Əliyev 2 ən vacib məsələyə diqqət yetirmiş bu məsələlərin reallaşmasına əsas yaradaraq onları reallığa çevirmişdir. Bunlardan birincisi, Azərbaycan xalqının formalaşması, Azərbaycan xalqının öz xalq sifətinin bir millət kimi, bir xalq kimi dünyaya çatdırılması istiqamətində fəaliyyəti olmuşdur. Digər bir məsələ isə Azərbaycan dövlətinin yaradılmasıdır ki, burada Dahi Öndər Heydər Əliyevin rolunu qeyd etmək mümkün deyil. Müstəqil dövlət kimi, müasir dünyanın iştirakçısı olan dövlətlər arasında ən layiqli yeri tutmaq üçün, bir dövlətin formalaşması üçün göstərdiyi fəaliyyət Azərbaycanın işıqlı gələcəyinə aparan yolun ilk addımları olmuşdur.

O vaxt Azərbaycan Sovet İttifaqının tərkibinə daxil olan müttəfiq respubikalar içərisində geridə qalmış respublikalardan biri idi. Ulu Öndərin hakimiyyətə gəlişindən sonra Azərbaycanda xalq təsərrüfatının bütün sahələrində - sənayedə, kənd təsərrüfatında, mədəniyyət sahəsində, incəsənət, kino, teatr, rəssamlıq digər sahələrdə intibah dövrü başlandı. Bu, əlbəttə, Ulu Öndərin şəxsiyyəti, titanik fəaliyyəti, işgüzarlığı, dərin məntiqi, yüksək qabiliyyəti, intellektual səviyyəsi ilə bağlı idi. Azərbaycan Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi 1969-1982-ci illərdə sovet respublikaları içərisində öncül yerə keçdi. Bu isə sovet dövrü üçün çox böyük bir hadisə idi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə gücləndirildi, xalqımız özünüdərk prosesində böyük uğurlara nail oldu. Çünki Ulu Öndərimiz Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin, milli adət-ənənələrinin qorunması işlərində dayanmadan çalışdı öz töhfələrini verdi. Ümumiyyətlə, elə Azərbaycanın bütün sahələrinin var olması, inkişaf etməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan qısa zaman kəsiyində ittifaq miqyasında iqtisadi-sosial baxımdan özünü təmin etməyə qadir olan respublikalar sırasına daxil oldu. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gələndən sonra separatçı qüvvələri öz yerlərində oturtdu, insanlarda cəmiyyətə, dövlətə, məmləkətə inam yaratdı, insanlar küçədə azad hərəkət etməyə başladılar. Azərbaycana uğur gətirən müxtəlif layihələrə imza atıldı. Azərbaycanda bugünkü inkişafın təməlini qoyan Ulu Öndər Heydər Əliyev yolu var təbii ki, Onun qoyduğu yol hər bir azərbaycanlı üçün müqəddəsdir. Hər bir azərbaycanlının borcudur ki, Azərbaycan dövlətinin daha da yüksəlməsinə öz töhfəsini versin. Çünki Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməmişdən öncə, Azərbaycan geridə qalmış aqrar bir ölkə hesab olunurdu. Avqust plenumunda qarşıya qoyulan əsas məqsəd vəzifələr ondan ibarət idi ki, Azərbaycan sənaye-aqrar dövlətinə çevrilməlidir. Ölkəmizin hərbi dövlət quruculuğunda da xeyli işlər görüldü. Cəmşid Naxçıvanski adına məktəb Ulu Öndərimizin xeyir-duası ilə açıldı. Eyni zamanda, insanların sosial-iqtisadi həyat tərzinin yaxşılaşdırılması, bir sözlə, Azərbaycanın yüksək bir zirvəyə qalxması baxımından, avqust plenumunda qarşıya qoyulan vəzifələrin çox böyük rolu oldu. Ümummilli Lider Heydər Əliyev bütün bu işlərin öhdəsindən çox böyük məharətlə gəldi. Onun böyük iradəsi sayəsində, bu gün Azərbaycan xalqı ən yüksək zirvələri belə fəth etməyə qadirdir. Heydər Əliyev Azərbaycan adı bir-birinə sıx bağlıdır. Ümummilli Liderimiz Azərbaycanı, Azərbaycan xalqını dünyaya tanıtdı.

Bu gün artıq Azərbaycan dövləti dünyanın nüfuzlu dövlətləri ilə rəqabət aparır, dünyanın ən inkişaf etmiş dövlətləri ilə danışıqlara gedir, münasibətlər qurur. Azərbaycan dövlətinə müstəqil, hüquqi, beynəlxalq bir dövlət kimi yanaşırlar. Azərbaycanda gedən prosesləri yaxşı mənada qəbul edirlər. Xaricdən gələn qonaqlar Azərbaycanın inkişafını dəstəkləyir Azərbaycanın, regionlarımızın, eyni zamanda, Bakımızın çox dəyişdiyini, güclü, sürətli inkişaf etdiyini söyləyirlər. Ulu Öndər Heydər Əliyev ideyalarının tərənnümçüsü olan Yeni Azərbaycan Partiyası güclü siyasi təşkilat olmaqla yanaşı, həm Azərbaycan xalqının istək arzularının yeganə təminatçısıdır. Bu gün Azərbaycan cəmiyyəti inkişafın ən yüksək mərhələsindədir. Ölkəmizin əldə etmiş olduğu iqtisadi-siyasi potensial imkan verir ki, istənilən məsələdə ən yüksək səviyyəli nəticə əldə edilsin. Azərbaycanda bütün seçki prosesləri hər zaman azad açıq şəkildə keçirilib. Bu gün Azərbaycanda söz, nüfuz sahibi olan Yeni Azərbaycan Partiyası iqtidar partiyasıdır bu partiyaya üzv olan gənclərin sayı həddən artıq çoxdur YAP ölkənin ən aparıcı partiyasıdır. Ümumiyyətlə, YAP hər an öz işində çox ciddi olubdur. Çünki biz siyasi mübarizədəyik, iqtidardayıq, üzərimizə böyük məsuliyyət düşür biz bu məsuliyyəti dərk edirik.

Bu gün Ümummilli Liderimiz Heydər Əliyevin bizə qoyub getdiyi güclü, müstəqil zəngin Azərbaycan var. Bu ölkə artıq bütün dünyada özünə nüfuz qazanıb dünya millətləri arasında millətimizin imzası var. Bu imza Ümummilli Liderimiz Heydər Əliyevə məxsusdur. Böyük Öndərin yaratdığı müstəqil güclü yeni Azərbaycanı bu gün ölkə Prezidentimiz İlham Əliyev idarə edir, inkişaf etdirir. Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti uğurla davam etdirməsi ölkəmizin beynəlxalq aləmdə mövqeyini daha da gücləndirir.

 

 

ƏHƏD ABIYEV,

Daşkəsən rayon icra hakimiyyətinin

başçısı

 

 Səs.- 2011.- 14 iyul.- S. 3.