Erməni
vəhşiliyinin kulminasiyası
Azərbaycanın
Tovuz rayonunun Ermənistanla
həmsərhəd olan Əlibəyli kəndində
partlayıcı qurğunun işə
düşməsi nəticəsində 1998-ci il
təvəllüdlü Şahmalıyeva Aygün
Zirəddin qızının həlak olması, onun anası 1979-cu il təvəllüdlü
Şahmalıyeva Elnarə Məmmədtağı
qızının isə yaralanması cəmiyyətimizdə
və beynəlxalq aləmdə şok
yaradıb. Xəbər Rusiya, Turkiyə, İran, Gürcüstan və
digər ölkələrin mediasında yayımlanıb və
dünya ictimaiyyəti növbəti dəfə
erməni şərəfsizliyinin şahidi
olub.
Xroniki erməni
xəstəliyi- uşaq qatilliyi
sindromu
Xatırladaq ki,
partlayıcı qurğu
quraşdırılmış “itəbənzər” uşaq oyuncağı ermənilər tərəfindən
Əlibəyli kəndinə daxil olan Tovuz çayına
buraxılıb. Həmin ərazidə oynayan
Cəfərov Elsəvər Həsən oğlu
və Şahmalıyeva Aygün Zirəddin
qızı oyuncağı taparaq evə gətiriblər.
Evdə oynayan zaman
partlayış baş verib.
Nəticədə 13 yaşlı Aygün
həlak olub, anası isə yaralanıb.
Xatırladaq ki,
1994-cü ildə də həmin ərazidə analoji
hadisə baş vermişdi.
Belə ki, ermənilər tərəfindən
çaya buraxılan oyuncağı
götürərkən partlayışın baş
verməsi nəticəsində 2 azyaşlı uşaq
həlak olmuş, 1-i isə
yaralanmışdı.
Cari ilin martında cəbhə xəttində erməni
əsgərlərinin açdığı atəş 9
yaşlı azərbaycanlı uşağın həyatına
son qoymuşdu. Erməni
snayperlərinin açdığı atəş nəticəsində
həyatını itirən 9 yaşlı Ağdam
rayon sakini Fariz Bədəlovun ölümü
çoxlarını təəssüflərdirməklə
yanaşı, ermənilərin iç üzünü bir daha dünyaya nümayiş etdirdi.
Azərbaycan,
Rusiya və Ermənistan prezidentlərinin Kazanda keçirdikləri görüşdən
cəmi bir neçə gün
sonra erməni tərəfin belə vəhşi
aksiyanı həyata keçirməsi, əslində,
onların sülh
danışıqlarındakı qeyri-səmimiliyinin,
xalqımıza qarşı yüz illərlə
davam edən və son 23 ildə daha da şiddətlənən
vəhşi nifrətinin və soyqırım siyasətinin ən
bariz nümunəsidir.
Bu hadisə erməni
silahlı ordusu uşaq
qatili damğasını bir
daha möhkəmləndirdi.
Separatçı ölkəni müdafiə edənlər bir daha şahidi
oldular ki, Ermənistan
hakimiyyəti vəhşiliklərdən əl çəkməyərək,
hətta uşaqlara belə
qıyırlar.
13 yaşlı uşağın
qətlə yetirilməsi Ermənistanda ictimai
həyatın faşizm ideologiyasına büründüyünü, terrorun
dövlət siyasəti səviyyəsinə yüksəldiyini
bir daha təsdiq edir.
Ermənilərin
uşaq qatilliyi xəstəliyi
Ümumiyyətlə,
ermənilərin uşaq qatilliyinin
tarixi çox qədimlərə
gedib çıxır. Ötən əsrlərdə
ermənilər tərəfindən öldürülən
uşaqların sayı 100 mindən az olmaz. Ötən əsrin sonlarında bu proses daha
böyük vüsət alıb.
Hələ 1905, 1918 və digər
illərdə ermənilərin azərbaycanlılara
qarşı həyata keçirdiyi
soyqırımlarda minlərlə uşaq
qətlə yetirilmişdi. Ermənilərin
azərbaycanlılara qarşı vəhşiliklərinə sovet dövründə ara
verilmişdi, lakin SSRİ-nin son illərində
və Sovet İttifaqı dağılandan
sonra bu vəhşi qəbilə
yenidən köhnə şakərinə qayıtdı.
Keçmiş SSRİ Daxili İşlər Nazirliyinin
istintaq materiallarında göstərilib ki, 1988-ci ildə azərbaycanlılar öz dədə-baba yerlərindən zorla qovulduqları zaman 216
soydaşımız qətlə yetirilib.
Həlak olanların arasında 23 uşağın olduğu bildirilir.
Aparılan araşdırmalar göstərdi ki,
bu rəqəm daha böyükdür. Elə kənd var ki, qətlə yetirilən
uşaqların sayı 23-dən yuxarıdır. Sadəcə
olaraq, daşnakları üstümüzə
qızışdıranların bu
etirafı da diqqət çəkməlidir.
1988-ci il
dekabrın 5-də Hamamlı şəhərində (Spitak) 17 azyaşlı uşağı iri diametrli boruya
dolduraraq hər iki tərəfini
qaynaq etdilər. Borunu
hündür uçurumdan
tullayaraq fidanları qətlə yetirdilər.
Elə həmin ilin noyabrında Quqarkda da bu
cür hadisə həyata keçirilmişdi.
70-ə
yaxın 5 yaşından 12 yaşına kimi
uşağı 20 metr uzunluğunda
1,5 diametrdə boruya dolduraraq
hər iki tərəfini
bağlayıblarmış. Yalnız dekabrda
baş verən zəlzələ
zamanı köməyə gələn fransalı xilasedicilər
bu qətliamın üstünü
açaraq dəhşətə gəlmişdilər.
Dünya birliyi erməni terrorunu görmür?
Jurnalist həmkarımız M.Nərimanoğlunun
“Dağların sinədağı”
adlı kitabında oxuyuruq: “Kəlbəcərin
şəhidlik qisməti
ilk dəfə süd
qoxulu 8 körpəyə
düşdü”. Ermənilərin qətlə yetirdiyi bu fidanların- Sahil Məmmədov (10 yaş), Razim Salmanov (8 yaş), Anar Valehov (7 yaş), Cahid İbişov (10 yaş), Səxavət Dəmiroğlu
(14 yaş), Natiq Əsgərov (14 yaş), Bəxtiyar Xəlilov (11 yaş) və Azər Orucovun (7 yaş) görən günahı nə idi? Onlar ermənilərə nə etmişdilər?
Hansı kəndinə
basqın edib, hansı “harsını”na güllə atmışdılar?
Ağır döyüşlərdə,
yerdən, göydən
atılan atəşlərdən
həlak olanlar arasında təsadüfən
uşaqların olması
mümkündür. Amma 1989-cu ildə Kərkicahanda
öz bağlarında
oynayan 11 yaşlı
Nadir İbrahimovla 9 yaşlı
Nicatın ermənilər
tərəfindən güllələnməsi
hansı insanlığa
sığır? 1988-ci
ildə Sevan şəhərində 22 nəfər
azərbaycanlı uşağını
su quyusuna ataraq boğublar.
Təəssüflər olsun ki,
Azərbaycan xalqı öz yaxın tarixində erməni tərəfin bu tip insanlıq əleyhinə cinayətlərini onlarla körpənin qətlə
yetirildiyi Xocalı faciəsi zamanı da yaşamaq məcburiyyətində qalıb. Bu kimi əməlləri çox
sadalamaq olar. Lakin dünya birliyi erməni terrorunu sanki görmür.
Hətta vəhşi heyvanlar belə körpələri
öldürmür
Ermənilər tərəfindən törədilmiş
qətl hadisələrini, ağlagəlməz işgəncə
növlərini araşdırarkən, bu deyilənlərlə
baş verən vəhşilik heç müqayisə olunmur.
Uşaqlarla bağlı, körpələrlə əlaqədar
onların həyata keçirdikləri qətl hadisələrinin
xronoloji ardıcıllığını nəzərdən
keçirəndə, bunların insan tərəfindən
edildiyinə inanmırsan.
Təbiətdə də vəhşilər arasında
bu cür münasibətin mövcudluğu müşahidə
edilməyib. Ən nəhəng və vəhşi sayılan
timsahın acgözlüklə yediyi tısbağa
sayılır. Amma təbiətşünaslar yazırlar ki,
timsah heç vaxt tısbağanın yavrusuna toxunmur (bu barədə
səndli film də var), əksinə, onu ağzına alaraq
suya salır ki, quraqlıqdan əziyyət çəkməsin.
1918-ci ildə erməni silahlı quldurları
Türkiyənin Katranlı kəndinə hücum edərək,
ətraf yaşayış məntəqələrinin əhalisini
qılıncdan keçiriblər. Bu qanlı savaşda
daşnaklar 1400 uşağı odda yandırıblar. 1918-ci il
yanvar ayının 28-də Gəncənin Zağalı kəndində
ermənilər 15 uşağı vəhşicəsinə qətlə
yetiriblər.
Həmin il Şamaxıda qırğınlar törədən
daşnaklar 1277 uşağa işgəncə verərək
öldürüblər. 1920-ci il yanvarın 6-da ermənilər
Naxçıvanın Bılağ kəndində atəşə
tutduqları yüzlərlə insanın arasında işgəncə
ilə 25 uşağın həyatına son qoyublar. Elə həmin
ilin müxtəlif aylarında öz torpaqlarımızda
yüzlərlə uşaq ermənilər tərəfindən
min bir əzabla qətlə yetirildi.
Təkcə Zəngəzurda
güllələnən 7729 nəfərdən 2196-sı
azyaşlı uşaq olub.
Faktlarla üzləşdikcə dəhşətə
gəlirsən. Körpəni güllələmək, onu təndirə atmaq, yabaya, süngüyə keçirmək,
şişə taxmaq, parça-parça
edib quduzlara tullamaq sanki erməninin adi məşğuliyyətidir.
Ermənilər
özlərinin vəhşi olduğunu təsdiq
edirlər
“Ermənilərin anası” adlandırılan Silva
Kaputikyan da ötən əsrin sonlarında öz
qaragüruhçu kütləsi qarşısında
çıxış edərək, bir məsələni daha
çox qabardırdı: “Sən türk öldürməkdən
qürur duymalısan”.
Başqa bir erməni şovinisti Artunyan isə
“türk öldürməyən erməni öz əli ilə
özünü öldürsün”,- deyirdi.
Yazıçıları Zori Balayan “Ocaq” kitabı yazaraq erməniləri
türklərə qarşı tükürpədici müharibəyə
çağırırdı və bu münaqişə də
məhz onlar tərəfindən törədildi.
Zori Balayanın internetdə yayımlanan tükürpədici
məlumatları isə bu qətllərdən də betərdir.
O, 1996-cı ildə “Ruhumuzun canlanması adlı” bir kitab
yazıb. Oradakı bir məlumatı olduğu kimi oxuculara
çatdırırıq: “13 yaşındakı türk
uşağının başından, sinəsindən və
qarnından dərisini soydum. Saata baxdım, türk
uşağı 7 dəqiqə sonra qan itirərək
öldü.
İlk sənətim həkimlik olduğuna görə
humanist idim. Ona görə də türk uşağına
etdiyim bu əməllərə görə də
özümü xoşbəxt saymadım. Amma ruhum
xalqımın bir faizinin qisasını aldığı
üçün sevincdən qürurlanırdı. Dostum
Xaçatur daha sonra ölmüş türk
uşağının cəsədini hissə-hissə
doğradı və onu türklə eyni kökdən olan itlərə
atdı”.
David Xeyriyan adlı birisi “Xaç naminə”
kitabında yazıb: “Fevralın 26-da meyitləri
daşıyıb Daşbulaq yaxınlığındakı
bataqlığa tökdülər və cəsədlərdən
keçid-körpü düzəltdilər. Mən
ölülərin üstündən keçməyə
qorxurdum. Tərəddüd etdiyimi görən polkovnik Ohanyan mənə
dedi: “Qorxma, ürəkli keç. Bu hal müharibənin
qanunlarından biridir”. Mən qana bulaşmış 9-11
yaşlı uşağın və digər meyitlərin
üstündən adlayıb bataqlığı keçdim. Çəkmələrim
və şalvarımın balağı qana
batmışdı”.
Eçmiədzində ermənilər azərbaycanlı
qadın Roza Bəktaşini və onun iki körpə
qızını çox dəhşətli şəkildə
qətlə yetiriblər. Ermənilər onların hər
üçünü çoxlu sayda ilanların olduğu xəndəyə
atır və onun kənarında dayanaraq ilanlar tərəfindən
hansı əzablara, dəhşətlərə məruz qalan
azərbaycanlı qadın və qızların necə fəryadla
can verməsini seyr ediblər.
Erməni vəhşiliyi tarixin qara səhifələrində
Kulqe adlı xristian mənsubiyyətli bir
araşdırmaçı çar Rusiyası dövründə
tərtib etdiyi protokolda türklərin məruz
qaldığı dəhşətli səhnələrin təsvirini
verib. Diri-diri divara hörülən, kürəyinə samovar
bağlanan, gözlərinin qarşısında körpələrinə
sitəm edilən qadınların ağır halından
yazıb.
Kulqe bildirib ki, onu dəhşətə gətirən
rəhmsiz “insan”ların cinayət dolu əməlləridir. O,
uşaq meyitlərinin itlər tərəfindən necə gəmirildiyini
təsvir edən şəkillər də çəkib.
Erməni tarixçisi A.Lalayan da öz
quldurlarının tükürpədici əməllərindən
bəhs edərək yazırdı: “Daşnak dəstələri
türk qadınlarının və uşaqlarının,
qocaların və xəstələrin qarşısında
maksimum cəsarət nümayiş etdirirdilər. Onlar
insanları - öz qurbanlarını eybəcər hala
salırdılar”.
Daşnak Vahramın “qoçaqlığı” isə
daha dəhşətlidir: “Mən heç nəyi nəzərə
almadan türkləri qırdım. Lakin bəzən gülləyə
heyfim gəlirdi. Bu itlərə qarşı ən
yaxşı üsul odur ki, döyüşdən sonra salamat
qalanların hamısını su quyusuna doldurub üstünə
ağır daşlar atasan. Belə də etdim. Bütün
qadınları, uşaqları quyuya doldurub üstünə
ağır daşlar tökdüm”.
Ötən əsrin əvvəllərində
qaniçən Hamazaspın əmri ilə daşnaklar Qubada 4
qadın və 2 uşağı meydana gətiriblər. Bu qəddar
quldurun tapşırığı ilə uşaqların
başını kəsiblər, qadınları isə
süngü ilə ikiyə bölüblər. Meydanda ah-nalə
yüksələndə, Hamazasp əsgərləri cərgə
ilə düzdürərək dinc əhaliyə atəş
açmağı əmr edib...
Akademik Ramiz Mehdiyev “Gorus-2010: Absurd teatrı
mövsümü” kitabında yazır: “Ermənistanda hətta
ən yeni, lap yaxın keçmişdəki, bu gün
yaşayan nəslin şahidi olduğu tarixi faktları
danmaqdan, xronologiyanı təhrif etməkdən, səbəb və
nəticənin yerlərini dəyişməkdən
utanmırlar. Məsələn, ermənilər hər yerdə
Sumqayıt, Kirovabad və Bakıdakı talanlardan
danışırlar, lakin Qafanda, Meğridə, Əsgəranda,
Quqarkda talan və qətllərin arxasında
durduqlarını dilə gətirməməyə
çalışırlar. Bu hadisələr zamanı Ermənistanın
azərbaycanlı əhalisi Azərbaycan şəhərlərində
yaşayan ermənilərdən dəfələrlə
çox ziyan çəkmişdir”.
Ən dəhşətlisi də budur ki, onlar
uşaqlara güllə atmışdılar. Deyək ki, tarix
çox yaraları sağaldır, bəs Tanrı necə, bu
uşaq qatillərini bağışlayacaqmı?!
Elçin Bayramlı
Səs.- 2011.- 16 iyul.- S. 13.