İnsan alverinə qarşı mübarizə gücləndirilib

 

Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2009-cu il tarixli Sərəncamı ilə 2009-2013-cü illəri əhatə edən Milli Fəaliyyət Planına uyğun olaraq Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, 2009-cu ilin iyununda insan alverinə qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə ədliyyə, daxili işlər, xarici işlər, milli təhlükəsizlik nazirliklərinin və Baş Prokurorluğun nümayəndələrindən ibarət işçi qrup yaradılıb və fəaliyyətə başlayıb.

 

Milli istiqamətləndirmə mexanizmi uğurla həyata keçirilir

 

İnsan alveri qurbanları ilə bağlı milli istiqamətləndirmə mexanizmi Qaydaları” hazırlanaraq Nazirlər Kabinetinin 11 avqust 2009-cu il tarixli 123 nömrəli qərarı ilə təsdiq edilib.

İnsan alveri qurbanları ilə bağlı milli istiqamətləndirmə mexanizminin həyata keçirilməsi ilə əlaqədar daxili işlər, milli təhlükəsizlik, təhsil, səhiyyə, ədliyyə, xarici işlər, əmək və əhalinin sosial müdafiəsi, gənclər və idman, mədəniyyət və turizm nazirliklərinin, Baş Prokurorluq, Dövlət Sərhəd və Dövlət Miqrasiya xidmətlərinin, Dövlət Gömrük Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrindən ibarət İdarələrarası Komissiya yaradılıb.

Profilaktik tədbirlərin həyata keçirilməsi və təbliğat işinin təşkil edilməsi məqsədilə işçi qrupun üzvü olan dövlət qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə birgə respublikanın 58 şəhər və rayonunda yerli icra hakimiyyəti, bələdiyyə, polis orqanı, tibb, təhsil, məşğulluq mərkəzləri, nəqliyyat, gənclər və idman təşkilatı və KİV nümayəndələri üçün seminarlar keçirilib.

Bundan əlavə, 2009-cu ilin aprel ayında “İnsan alveri qurbanlarının müəyyən edilməsi Qaydaları (indikatorları)”nın layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib və NK-nın 3 sentyabr 2009-cu il tarixli 131 nömrəli qərarları ilə təsdiq edilib.

21-22 may və 9-10 iyun 2009-cu il tarixlərində Avropa Komissiyası, ATƏT və Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə Gürcüstan Respublikasının və İngiltərənin beynəlxalq dərəcəli ekspertlərinin Bakı şəhərində keçirdiyi təlimlərdə İAQMİ əməkdaşlarının iştirakı təmin olunub, bu sahədə təcrübə mübadiləsi aparılıb.

Bundan əlavə, 14-16 dekabr 2009-cu il tarixlərində ATƏT-in Bakı ofisində həmin qurumun dəstəyi ilə Macarıstan milli polisi tərəfindən “İnsan alveri cinayətləri üzrə təhqiqatın texnikaları” mövzusunda DİN-in aidiyyəti qurumlarının əməkdaşlarına treninq keçirilib, dinləyicilərin hazırlıq səviyyəsi yüksək qiymətləndirilib və onlara sertifikatlar verilib.

 

İnsan alveri ilə bağlı qanunvericilik təkmilləşdirilib

 

2009-cu ildə həyata keçirilmiş əməliyyat-profilaktik tədbirlər nəticəsində insan alveri ilə bağlı 80 cinayət faktı qeydə alınıb, belə cinayətləri törətdiklərinə görə 76 şəxs cinayət məsuliyyətinə cəlb edilibinsan alveri qurbanı olan 91 nəfər müəyyən olunub.

Respublika hökumətinin müvafiq qərarına əsasən, insan alverindən zərər çəkmiş 76 nəfərə reinteqrasiya dövründə birdəfəlik müavinətlər, 54 nəfərə isə İnsan Alveri Qurbanlarına Kömək Fondundan yardımlar verilib.

Ölkəmizin “İnsan Alverinə qarşı Avropa Şurası Konvensiyası”na qoşulması üçün zəruri tədbirlər görülüb, konvensiya 25 fevral 2010-cu ildə imzalanıb, 11 may 2010-cu il tarixdə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilib, oktyabr ayının 1-dən isə Azərbaycana münasibətdə qüvəyyə minib. 

İnsan alverinə qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işçi qrupun üzvləri olan dövlət qurumları ilə birgə müvafiq tədbirlər həyata keçirilib və “İnsan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi Qaydaları”na əlavə və dəyişikliklər edilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2010-cu il tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilib.

İnsan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə ödənilən müavinətin məbləği Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli, 99 nömrəli Qərarı ilə artırılaraq 33 manatdan 200 manata çatdırılıb.

2010-cu ildə insan alverinin profilaktikasının gücləndirilməsi istiqamətində zəruri tədbirlər görülmüş, insan alverinin qurbanları və potensial qurbanlar onları gözləyən təhlükə, dövlət tərəfindən təmin edilən müdafiə tədbirləri, insan alverinə qarşı həyata keçirilən təşkilati, hüquqi və digər tədbirlər barədə respublikanın 53 şəhər və rayonunda maarifləndirmə tədbirləri həyata keçirilib.

 

Maarifləndirici kampaniyaların roluna daha çox önəm verilir

 

Ötən il dekabr ayının 15-16-da “İnsan alverinə qarşı mübarizə haqqında” Avropa Şurası Konvensiyasının tətbiqi və icra mexanizmləri üzrə Avropa Şurasının beynəlxalq ekspertlərinin iştirakı ilə Bakıda dəyirmi masa keçirilib.

Həmçinin, 17 aprel        17 iyul 2010-cu il tarixlərində idarə ilə əməkdaşlıq edən QHT Koalisiyası, 27 may 2010-cu il tarixdə isə İdarələrarası Komissiyanın üzvləri ilə görüş keçirilib, insan alverinin, o cümlədən, məcburi əməyin qurbanlarının müəyyən edilməsi, istiqamətləndirilməsi, qurbanların müdafiəsi, onlara yardımların göstərilməsi və s. məsələlər müzakirə edilib.

Bundan əlavə, ötən ilin 17 və 20 dekabr tarixlərində A.Heydərov adına Sıravi və Kçik rəis heyəti hazırlayan məktəbdə və DİN-in Polis Akademiyasında dinləyicilərə və müdavimlərə insan alveri və məcburi əmək və onların qarşısının alınması mövzusunda seminarlar keçirilib.

2010-cu ildə insan alveri cinayəti ilə bağlı 70 cinayət faktı qeydə alınıb,  cinayətləri törətdiklərinə görə 39 şəxs cinayət məsuliyyətinə cəlb edilibinsan alveri qurbanı olan 34 nəfər müəyyən olunub.

Müəyyən edilmiş 34 qurbandan 27-si sığınacağa yerləşdirilib, onların əksəriyyəti cəmiyyətə reinteqrasiya olunub, qurbanların hamısına hüquqi, tibbipsixoloji yardımlar göstərilib. İnsan alveri qurbanlarının uşaqlarından 2-si internat məktəbinə, 5-i isə uşaq bağçasına yerləşdirilib.

Nazirlər Kabinetinin  müvafiq qərarına əsasən, insan alverindən zərər çəkmiş 30 nəfərə reinteqrasiya dövründə birdəfəlik müavinətlər, 5 nəfərə isə İnsan Alveri Qurbanlarına Kömək Fondundan yardımlar verilib.

Ümumiyyətlə, Azərbaycanda insan alveri ilə mübarizə dövlət səviyyəsində yüksək səviyyədə aparılıb və ictimaiyyətin bu sahədə maarifləndirilməsi ilə bağlı böyük işlər görülüb. Bütün bunların nəticəsində son illərdə insan alveri ilə bağlı faktların sayı azalmağa doğru gedir.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 19 iyul.- S. 11.