Heydər
Əliyev Fondu yeni bir layihəyə imza
atdı
Gündəm
Tarixi
köklərə bağlı olan Azərbaycan
mədəniyyəti xalqın milli- mənəvi
dəyərlərini, tarixini aşkar edən, onun
yaranmasının kökündə olan fərdi
amilləri üzə çıxaran əsas sahələrdən
biri olaraq qiymətləndirilir. Yazılı mənbələr, qədim daş salnamələr, eləcə də, bu nümunələri yaradan
görkəmli simalar Azərbaycan mədəniyyətini
ön plana çəkərək
dünyada dövlətin
tanınmasında və sərhədsiz məkanda özünün təsdiqləməsində nəyə
qadir olmasını üzə
çıxarır.
Bu gün Azərbaycan mədəniyyəti dünyaya qapı açır, dünyanın
ən məşhur salonlarından Azərbaycan mədəniyyətinin
sədası eşidilir. Bu, ölkə rəhbərinin
mədəniyyət siyasətinin nəticəsi olaraq özünü
göstərir. Əsası Ümumilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş mədəniyyət siyasəti böyük sənətkarları dünya ictimaiyyətinə tanış etməkdə
əsas vasitəyə çevrildi. Bu gün Avropada,
Asiyada Azərbaycan milli
mədəniyyətinin bütün
növləri geniş bir
şəkildə təbliğ olunur. Heydər
Əliyev ideologiyasını davam etdirən
Heydər Əliyev Fondu bu
xəttin davamında fəaliyyətini qurub.
Ardıcıl olaraq təşkil etdiyi tədbirlər Heydər Əliyevin mədəniyyət
siyasətini layiqli bir
şəkildə dünya miqyasında təbliğinə
yol açır.
Azərbaycanın ərazisində və xaricdə aktual mövzulara dair beynəlxalq konfrans və
seminarların təşkili də məhz bu
ideloji xətti, məqsədi həyata keçirir. Bir-birinin ardınca reallaşan beynəlxalq
səviyyəli tədbirlərdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoş məramlı səfiri, Milli Məclisin deputatı Mehriban
xanım Əliyeva Azərbaycan milli mədəniyyətinin,
klassik irsinin dünya ictimaiyyətinə
çatdırılmasına töhfələrin verir. Beynəlxalq Muğam Festivalı və Muğam
İfaçılarının Müsabiqəsi, M.Rastropoviç adına, eləcə də, D.Şostakoviçin və Bülbülün
yubileylərinə həsr edilmiş beynəlxalq
festivallar, Qəbələ Musiqi Festivalı, Aşıqların Beynəlxalq
Festivalı kimi tədbirlər məhz Mehriban Əliyevanın yaxından dəstəyi
ilə həyata keçirilib. Azərbaycanın
birinci xanımının təşəbbüsü
ilə Bakıda Beynəlxalq Muğam
Teatrının, Müasir İncəsənət
Muzeyinin binaları tikilmiş,
açıq səma altında “Qala” arxeoloji-etnoqrafik muzey kompleksi yaradılıb. Mehriban
Əliyevanın çoxşaxəli fəaliyyəti nəticəsində
reallaşan “Muğam
Müsabiqəsi - 2011” Azərbaycan muğam
sənətinin qorunub saxlanılmasına,
təbliğinə və inkişaf
etdirilməsinə səbəb oldu. Muğam sənəti sahəsində yeni istedadların üzə
çıxarılmasında Heydər Əliyev Fondunun rolunu xüsusi olaraq qeyd etməliyik.
Fondun müxtəlif
məzmunda təşkil olunan tədbirlər
şaxəliyi ilə yadda qalır. Elə
bu günlədər Bakıda,
İçərişəhərdə təşkil olunan “Qız qalası” İkinci
Beynəlxalq İncəsənət Festivalı da mədəniyyətlərarası dialoqa xüsusi töhfə
verən möhtəşəm tədbirlər
sırasındadır. “Qız qalası” Beynəlxalq İncəsənət
Festivalı 2010-cu ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilir. “Qız qalası” İkinci Beynəlxalq İncəsənət
Festivalı da Azərbaycanın ən qədim
və sirlərlə dolu dünya
əhəmiyyətli abidələrindən olan
Qız qalasının təbliğini qarşısına məqsəd
qoymuşdur. YUNESKO-nun
Dünya İrs
Siyahısına daxil edilmiş
İçərişəhərin ərazisində yerləşən
və Odlar Yurdunun rəmzi
hesab olunan bu abidə Azərbaycanın qədim tarixinin və memarlığının incisi olmaqla yanaşı,
ümumbəşəri mədəni irsi
zənginləşdirir. Festivalının keçirilməsi
artıq ənənə halını alıb. Azərbaycanın
ən qədim abidələrindən biri olan Qız qalasının daha
geniş tanınması və
populyarlaşdırılması məqsədini daşıyan bu festival hər dəfə
bir yeniliyi ilə yadda qalır. Ötən il
Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva müəllifi olduğu əsəri təqdim etməklə
festivala öz dəstəyini
vermişdi. Bu il isə Leyla xanım Əliyevanın
əsəri festivalda nümayiş
olundu. Müxtəlif ölkələrdən
gəlmiş rəssamlar Qız qalasının maketlərini milli üslublarında bəzəyərək
fərqli mədəniyyət və adət-ənənələrin
sintezini əks etdirən əsərlər
yaratmışlar. İçərişəhərdə
Bakı sakinləri və şəhərimizin qonaqları üçün rəssamların
yaratdıqları bu işlərdən
ibarət sərgi təşkil edilib. Bununla
yanaşı, bu nadir əsərlər
dünyanın müxtəlif ölkələrində nümayiş etdirilərək, ümumdünya mədəni irsinin
bir hissəsi olan
Qız qalasının təbliğində əhəmiyyətli
vasitəyə çevriləcəkdir. 20 ölkədən 25
tanınmış rəssamın iştirak
etdiyi “Qız qalası” İncəsənət
Festivalı iştirakçı rəssamlarla şəhərimizin
sakinlərinin ünsiyyət vasitəsi olaraq
mədəniyyətlərarası dialoqa layiqli töhfə verdi.
Festivalın keçirilməsi tariximizi və
milli irsimizi qoruduğumuzu göstərir. Bakının rəmzi
olan Qız qalası maketlərinin müxtəlif
ölkələrə məxsus milli çalarlarla bəzədilməsi mədəniyyətlərin
yaxınlaşması baxımından mühüm
addımdır.
Heydər Əliyev Fondunun milli mədəniyyətin
inkişafına, mədəniyyətlərarası dialoqun təşviqinə böyük
önəm verərək, bu festivalın da yüksək səviyyədə təşkil
edilməsinə imza atdı.
Görülən işlərin
davamı olaraq Heydər Əliyev Fondunun dəstəyi ilə İkinci
Ramatuel Klassik Musiqi Festivalı öz
işinə başladı. İyulun 17-də
musiqi festivalının
açılışı olub. Mədəniyyət
tədbirini Qara Qarayev
adına Azərbaycan Dövlət Kamera Orkestri açıb. Orkestr xalq
artisti Teymur Göyçayevin dirijorluğu
ilə dünya şöhrətli Azərbaycan
bəstəkarları Qara Qarayev,
Fikrət Əmirov, Arif Məlikov, Fərhad
Bədəlbəyli, Tofiq Quliyev,
Vaqif Mustafazadə, dünya
klassiklərindən Motsart, Çaykovski və Debüssinin
məşhur əsərlərindən ibarət 11 klassik musiqi nömrəsi
ifa edib.
Ramatuel
klassik musiqi
festivalının rəhbəri Rolan Koyen festivalın rəsmi
açılışını etdikdən sonra
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov
Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti,
YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın festival iştirakçılarına
ünvanladığı məktubu oxuyub.
Heydər Əliyev
Fondunun dəstəyi ilə reallaşan festivalın məqsədinin Azərbaycan
və dünya klassik musiqisinin təbliğ olması vurğulanan məktubda Azərbaycanın çox qədim və zəngin musiqi ənənələrinə malik olduğu, dünya musiqi mədəniyyəti
tarixindəki önəmli yeri iştirakçıların
diqqətinə çatdırılıb. O da qeyd olunub
ki, Heydər Əliyev Fondunun
dəstəyi və qayğısı sayəsində ölkə
mədəniyyəti nəinki beynəlxalq aləmdə təbliğ
olunur və mühüm
uğurlara imza
atır, həmçinin, Azərbaycan beynəlxalq mədəniyyət
tədbirlərinə ev sahibliyi
edir. Beynəlxalq Muğam,
Qəbələ Beynəlxalq musiqi, Rastropoviç festivalları dünya
musiqisinə əvəzolunmaz töhfələr verib.
Məktubda, həmçinin, Azərbaycanın
builki “Eurovision”
mahnı yarışmasındakı qələbəsi də vurğulanıb.
Beləliklə, Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə
“Eurovision-2012” Mahnı Müsabiqəsinə ev
sahibliyi edəcəkdir.
Konsert elə ilk dəqiqələrdən Ramatuel
şəhərinin Yaşıl Teatrını doldurmuş
dinləyiciləri valeh edib.
Hər bir musiqi
nömrəsi uzun və sürəkli
alqışlarla qarşılanıb. Orkestrin
üzvləri hər bir musiqi
parçasını böyük məharətlə
ifa ediblər. Səhnədə ölməz
bəstəkarların ecazkar musiqi nömrələrini səsləndirən
xalq artisti Murad Adıgözəlzadə isə konsertə
sanki xüsusi bir ab-hava bəxş edib. Festival iyulun 22-dək davam edəcəkdir. Saysız müsabqə
və festivalların müəllifi olan Mehriban xanım Əliyeva istər ölkə
daxilində, istərsə də xarici
dövlətlərdə təşkil etdiyi
tədbirlərdə Azərbaycanın milli
irsini, mədəniyyət nümunələrini
yüksək səviyyədə təbliğ edərək fondun qarşıya qoyduğu məqsədə doğru
geniş məzmunlu layihələri həyata
keçirir. Hər bir
layihənin əsasında Azərbaycanın səsi, onun imzası var.
NƏZAKƏT
ƏLƏDDİNQIZI
Səs.-
2011.- 19 iyul.- S. 3.