Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsi

 

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi məfkurəsinin həmişəyaşar səciyyəsini əks etdirmək, qloballaşan dünyada Onun azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, eləcə də, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq məqsədi ilə fəaliyyətə başlayan Heydər Əliyev Fondu müasir həyatımızda böyük missiyaları həyata keçirir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın insanları əhatə edən problem və qayğıların həllinə, onların həyat səviyyəsinin yüksəlməsinə, sosial prblemlərinin çözülməsinə, milli-mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə doğru istiqamətlənən məqsədyönlü fəaliyyəti hər kəsin diqqətindədir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Ümummilli Lideri Heydər Əliyevin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə dəstək verir. Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Ümumilli Lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrin reallaşması ilə buya digər problemlərin  həllinə nail olub. Elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirərək böyük uğurlara imza atıb. Onun bu fəaliyyəti Azərbaycan və xarici mətbuata geniş bir şəkildə işıqlandırırılır. Bu günlərdə Astanada rus dilində çıxan “Turan times” qəzetində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinə həsr olunmuş geniş material dərc edilib. Astanada rus dilində nəşr olunanTuran Times” qəzetində AzərTAc-ın Orta Asiya və Qazaxıstan üzrə xüsusi müxbiri Qulu Kəngərlinin Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyəti ilə bağlı “Pervaya ledi Azerbaydjana” sərlövhəli geniş məqaləsi dərc olunub. Bundan əvvəl həmin yazı Almatıdakı “Türkelinternet qəzetinə də yerləşdirilib. Məqalədə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafında və dünya ölkələrində təbliğində əvəzsiz xidmətləri geniş əksini tapmışdır. Materialın əvvəlində deyilir ki, Gəncənin sonuncu xanı Cavad xanın məqbərəsinin yenidən qurulmasında Mehriban xanım Əliyevanın böyük xidmətləri vardır. Azərbaycanın birinci xanımı ölkəmizdə müntəzəm olaraq keçirilən müxtəlif beynəlxalq mədəniyyət tədbirlərinin və festivallarının təşkilində mühüm rol oynayır. Beynəlxalq Muğam Festivalı və Muğam ifaçılarının müsabiqəsi, M.Rostropoviç adına, eləcə də, D.ŞostakoviçinBülbülün yubileylərinə həsr edilmiş beynəlxalq festivallar, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Aşıqların Beynəlxalq Festivalı kimi tədbirlər məhz Mehriban xanım Əliyevanın yaxından dəstəyi ilə həyata keçirilib.

Məqalədə bildirilir ki, Azərbaycanın birinci xanımının təşəbbüsü ilə Bakıda açıq səma altında “QalaArxeoloji-Etnoqrafik Muzey Kompleksi yaradılmışdır. 2010-cu ildə Azərbaycandan kənarda 150 dövlət əhəmiyyətli tədbir keçirilmişdir. Bu mərasimlərin təşkilində Mehriban xanım Əliyevanın xidmətləri ölçüyəgəlməzdir.

Yazıda Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti “Mehriban Əliyevanın mədəniyyətimizin inkişafında əvəzsiz rolu”, Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi, “”Beynəlxalq fəaliyyət”, “Qəbələdə Beynəlxalq Musiqi Festivalı”, “Azərbaycanın YUNESKO və İSESKO ilə əməkdaşlığının mədəni həyatın uğurlu inkişafına təsiri”, “Azərbaycan qadınlarının dünya tarixində rolu” və digər yarımsərlövhələr altında verilib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Şüvəlan qəsəbəsində beyin iflicipolimielit keçirmiş uşaqlar üçün 16 saylı xüsusi internat məktəbi əsaslı təmir edilib. İnternat məktəbinin əsaslı şəkildə yenidən qurulması Heydər Əliyev Fondunun Azərbaycanda təhsilin inkişafı, keyfiyyətcə yeni mərhələyə qədəm qoyması istiqamətində həyata keçirdiyi irimiqyaslı layihələrin tərkib hissəsidir. Məktəbdə təmir işlərinə Heydər Əliyev FondununUşaq evləri və internat məktəblərinin inkişaf” proqramı çərçivəsində başlanılmışdır.  Qısa müddət ərzində məktəbin binası yenilənmiş, həyəti abadlaşdırılmış, yeni qazanxana, açıq havada yay idman oyunları və futbol meydançaları salınmış, üzgüçülük hovuzu, su anbarı inşa olunmuş, ağacgül kolları əkilmişdir. Məktəbin yenilənmiş 24 fənn kabineti hər cür dərs ləvazimatı ilə təchiz olunmuşdur. Təmirdən sonra məktəbin kitabxanasının ədəbiyyat fondu xeyli zənginləşdirilmişdir. Burada uşaqların müasir informasiya texnologiyalarına yiyələnmələri üçün kompyuter otağı yaradılmışdır. 180 yerlik məktəbdə 118 şagird təhsil alır. Burada təhsil alan uşaqlar həm də müalicəvi idman kurslarından keçirlər. Bunun üçün fizioterapiya, tibbi müayinə, loqoped otaqları, idman zalı yenidən qurulub. Uşaqlarla psixoloqlar məşğul olurlar.

Xatırladaq ki, bu gün qəsəbədə əksəriyyəti Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulmuş 7 orta ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bundan başqa, fondun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Xəzər rayonunun Türkan qəsəbəsindəki 119 nömrəli orta məktəbin 300 şagird yerlik, Binə qəsəbəsindəki 117 nömrəli orta məktəbin 1040 şagird yerlik, Zirə qəsəbəsindəki 120 saylı orta məktəbin korpuslarının inşasına başlanılıb. FondunUşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində Şüvəlandakı körpələr evi-uşaq bağçası da yenidən qurulub.

Hazırda Heydər Əliyev Fondu Qala qəsəbəsindəki gölün ətrafındakı ərazinin abadlaşdırılması layihəsini həyata keçirməyi nəzərdə tutur. Ərazidə yaşıllaşdırma işlərinin aparılması bu məkanda gələcəkdə müxtəlif tədbirlərin keçirilməsi, eləcə də, muzey kompleksi kimi istifadə olunması üçün imkan yaradacaqdır.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya İnstitutunun ekspediyası burada qazıntı işləri aparmış, tunc dövrünə aid olduğu bildirilən yeni tarixi əşyalar aşkar etmişdir. Beş min illik tarixə malik qəsəbədə üçüncü minillikdən başlayaraq XX əsrə qədər tarixi olan kurqanlar, sərdabəlar, evlər, məqbərələr, məscidlər, hamamlar, qədim qəsrin qalıqları mövcuddur. Qala kəndində “Qalamis qablar və əntiq əşyalar muzeyinin inşası da aparılır.

Sağlamelmli gənclərin yetişməsi cəmiyyətin ən aktual məsələsi kimi diqqətdədir. Fiziki və əqli cəhətdən sağlam vətəndaş yetişdirmək gələcəyi təmin etməkdir. Bu baxımdan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdiyi genişmiqyaslı layihələr insan amilinə xidmət edir.

    

 

NƏZAKƏT ƏLƏDDİNQIZI

 

           Səs.- 2011.- 20 iyul.- S. 4.