Milli mətbuat 136 il xalqa ximət yolunda

 

Dünya jurnalistikası informasiya sektoru hazırda yüksəliş dövrü keçirir bu proses Azərbaycana da sirayət edir. Azərbaycan dünya ölkələri arasında mətbuatın yaranma tarixi inkişafına görə ön yerlərdən birini tutur. Ona görə , istərdim ki, öncə Azərbaycan mətbuat tarixinə qısa bir səyahət edək.

 

Əkinçi”nin səpdiyi toxumlar

 

Milli mətbuatımızın tarixi 1875-ci ildən Həsən bəy Zərdabinin yaratdığıƏkinçiqəzeti ilə başladı. Bu hadisə bir çox dünya ölkələrində hələ mətbuatın olmadığı bir vaxtda baş verdi. Anadilli mətbuatımızın əsasını qoyan böyük maarifçi-demokrat Həsən bəy Zərdabinin yaratdığı qəzet o dövr üçün böyük hadisə idi. Əkinçi”yə qədər bir neçə dəfə Bakıda milli qəzetin açılmasına təşəbbüslər olmuşdu. Yalnız Həsən bəy Zərdabi sübut etdi ki, milli dildə qəzet çıxarmaq mümkündür.

Təsadüfi deyil ki, Zərdabi özüKəşkülqəzeti iləŞərqi-Rusarasında keçən 13 ili- mətbuatsız keçən dövrü Azərbaycan cəmiyyətinin qaranlıq dövrü adlandırmışdı. Azərbaycanın maarifçi-demokrat jurnalistləri, xüsusilə, milli problemlərin mətbuatda qoyulması zamanı ciddi təzyiqlərlə üzləşsələr , onlar geri çəkilməyiblər.

İlk dövrlər azərbaycançılıq maarifçilik ideyalarının ifadəsi mühüm mərhələ təşkil edirdi. M.ŞahtaxtlınınŞərqi-Rus”u, Ə.Hüseynzadə, Ə.AğaoğlununHəyatqəzeti məhz azərbaycançılıq ideyalarının genişlənməsi, təbliği, aydınlaşdırılması məqsədilə yaradılmışdı. Lakin bu mətbuat orqanları xalq tribunasına çevrilə bilmədilər. Bu missiyanı öz üzərinəMolla Nəsrəddinjurnalı götürdü.

 

Ulu Öndər mətbuatımızın inkişaf konsepsiyasını yaratdı

 

Ulu Öndərimiz Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə Azərbaycan mətbuatının inkişafında tamamilə yeni mərhələ başlandı. Ulu Öndər Heydər ƏliyevinAzərbaycan Respublikasında söz, fikir mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” 6 avqust 1998-ci il tarixli Fərmanı kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım oldu. Bu Fərmanla Nazirlər Kabineti yanında Dövlət Sirlərini Mühafizə edən Baş İdarə (“Qlavlit”) ləğv edildi.

Bundan əlavə, kütləvi informasiya vasitələrinin maddi-texniki vəziyyətinin yaxşılaşdırılmasını, onlara dövlət qayğısının artırılmasını nəzərdə tutan, söz, fikir məlumat azadlığının qorunmasını, siyasi plüralizm prinsiplərinin dönmədən həyata keçirilməsini təmin edən tədbirlər proqramının hazırlanması Nazirlər Kabinetinə həvalə edildi. Ümumiyyətlə, senzuranın ləğvi barədə Fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafını, cəmiyyətin həyatında onların səmərəli rolunun artmasını təmin etdi.

2001-ci ilin 18 dekabrında aparıcı KİV rəhbərləri ilə görüşən Ümummilli Liderimiz Heydər Əliyev ölkə jurnalistikasının üzləşdiyi bir sıra problemlərin aradan qaldırılması üçün müvafiq saziş fərmanlar imzaladı. Bu sənədlər mətbuata güzəştli kreditlərin verilməsini, onların maddi-texniki bazasının daha da gücləndirilməsini, çoxlu sayda qəzetinAzərbaycanNəşriyyatına olan borcunun 2005-ci ilədək dondurulmasını nəzərdə tuturdu. Bu diqqət qayğının qarşılığı kimi, 2001-ci ildəJurnalistlərin dostumükafatına layiq görülən Ulu Öndər Heydər Əliyev hər zaman ölkədə söz mətbuat azadlığının qarantı kimi çıxış edirdi.

 

Milli mətbuata dövlət qayğısı güclənib

 

Ulu Öndərin başladığı siyasət Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı ölkədə azad sözün, mətbuatın qarantı kimi çıxış edir bunu əməli işi ilə təsdiqləyir.

O, 2003-cü ildə Prezident seçildikdən sonra KİV qanunvericiliyinin təkmilləşdirilməsi, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi məqsədilə çoxsaylı fərman sərəncamlar imzalayıb, qanunvericilik aktları təsdiq edib. 2003-cü ildə Avropa Şurası ilə əməkdaşlıq şəraitindəTeleviziya radio yayımı haqqındaqanunun qəbul edilməsi elektron KİV sahəsində qanunvericiliyə nəzarət funksiyasını həyata keçirən müstəqil dövlət orqanı kimi Milli Televiziya Radio Şurası yaradılması, Azərbaycan Dövlət Televiziyası Radiosunun  QSC- çevrilməsi, 2004-cü ildəİctimai Televiziya radio yayımı haqqındaqanunun qəbul edilməsi, 2005-ci ildə isə AzTV- 2-nin bazasında İctimai Televiziya Radio Yayımları Şirkətinin fəaliyyətə başlaması Azərbaycanın demokratik inkişaf xəttinə uyğun sistemli liberal islahatların davamlılığını təsdiq edən addımlardır. Jurnalistlərin müvafiq strukturlardan informasiya almaq hüquqlarını rəsmiləşdirənİnformasiya əldə etmək haqqındaqanun da məhz İlham Əliyevin prezidentliyi dövründə qəbul edilib. Prezident 2005-ci il sentyabrın 30-da bu qanunu təsdiq edib. Jurnalist təşkilatları, ATƏT Avropa Şurasının ekspertlərinin iştirakı ilə hazırlanmış həmin sənəd bu gün Avropa məkanında ən mütərəqqi  qanunvericilik aktlarından hesab olunur.

Heç təsadüfi deyildir ki, “RuhJurnalistlərin Müdafiə Komitəsi tərəfindən keçirilən sorğuda jurnalistlər bu reallığı yüksək qiymətləndirərək cənab PrezidentiJurnalistlərin dostumükafatına layiq gördülər. Bu sorğunun nəticələri  bir daha təsdiqlədi ki, Prezident İlham Əliyev ölkədə azad sözün mətbuat azadlığının qarantıdır.  Məlumdur ki, mətbuatın müstəqilliyinin ən mühüm şərti isə onun iqtisadi cəhətdən özünü yaşada bilməsindədir. Bu məqsədlə Prezident İlham Əliyevin iradəsi ilə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı.  Dövlət mediaya öz dəstəyini qrantlı layihələrin gerçəkləşdirilməsi, jurnalistlərin fərdi yaradıcılıq müsabiqələrinin təşkili qaliblərin mükafatlandırılması yolu ilə həyata keçirir. 2009-cu ildə bu məqsədlə dövlət büdcəsindən 1,3 milyon manat, 2010-cu ildə 2 milyon manatdan çox ayrılıb.

Həmçinin, 2005-2010-cu illərdə 300 nəfərə yaxın KİV əməkdaşı orden medallarla təltif edilib, fəxri adlar alıb, Prezident təqaüdünə layiq görülüb. Təqdirəlayiq haldır ki, fəxri adlara layiq görülən jurnalistlər arasındaSəsqəzetinin əməkdaşları da var.

Prezident İlham ƏliyevinAzərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqındaSərəncamı əsasında 5 milyon manat vəsait ayrılıb. Bu vəsaitlə jurnalistlər üçün yeni binaların tikintisinə başlanıb. Bütün bunlar onu göstərir ki, jurnalistlər Prezident İlham Əliyevi özlərinin dostu seçməkdə heç yanılmayıblar. Biz jurnalistlər cənab Prezidenti özümüzün əsil dostumuz sayırıq. İnanırıq ki, Onun diqqət qayğısı şəraitində Azərbaycan mətbuatı daha da inkişaf edəcək, dünya informasiya məkanında öz layiqli yerini tutacaq.

 

 

Elçin Bayramlı

 

         Səs.- 2011.- 22 iyul.- S. 4.