Azərbaycan
mətbuatının yaradılmasından 136 il
ötür
İyulun 22-də Azərbaycan
mətbuatının yaradılmasının 136 illiyi qeyd olunacaq.
Əsası “Əkinçi” qəzeti ilə qoyulan
Azərbaycan milli mətbuatı, bu gün dövlətin
diqqət və qayğısı ilə əhatə olunub. Azərbaycan mətbuatının
daha yüksək səviyyədə inkişaf etməsi üçün
Prezident İlham Əliyev
tərəfindən bir çox
uğurlu addımlar atılıb, fərman
və sərəncamlar verilib. Ölkə
mətbuatının inkişafı yolunda
atılan bu uğurlu
addımlardan biri də keçən
il milli mətbuatın
135 illiyi münasibətilə cənab Prezident tərəfindən jurnalistlərin mənzillə
təminatına nail olunması üçün 5 milyon manat vəsaitin ayrılmasıdır. Bu baxımdan, demək olar
ki, Azərbaycan mətbuatı özünün 136-cı ildönümünü
kifayət qədər əldə olunan uğurlarla qeyd edir.
Sevinc Seyidova,
“Həftə içi” qəzetinin
baş redaktoru:
- Milli Mətbuat Günü, hər il olduğu kimi, bu
il də bizim üçün ikiqat bayramdır. Çünki
1998-ci ilin 22 iyulunda “Həftə içi” qəzeti
işıq üzü görüb. Bu il biz 13
yaşımızı qeyd edəcəyik. Təbii ki, Milli Mətbuat
Gününü hər il bayram olaraq qeyd edirik. Bu il qəzetimizdə
çalışan işçilərimizin bir hissəsi məzuniyyətdədir.
Ona görə də, qərara almışıq ki,
işçilərimiz məzuniyyətdən qayıdandan sonra
avqust ayının əvvəllərində biz bütün
kollektivimizlə birlikdə həm peşə
bayramımızı, həm də qəzetimizin növbəti
ildönümünü qeyd edək. Ötən il Azərbaycan
milli mətbuatının 135 illiyi münasibətilə bir
çox jurnalistlərə fəxri adlar verildi, qəzetlərə
birdəfəlik yardımlar olundu. Eyni zamanda, KİVDF-nin vasitəsilə
jurnalistlər fərdi yazı müsabiqələrinin qalibləri
oldu. Bir sözlə, mətbuatın inkişafı
üçün lazımi addımlar atılıb ki,
bütün bunları da müsbət qiymətləndirirəm.
Tapdıq Abbas,
“Paralel” qəzetinin baş redaktoru:
- 22 İyul - Milli
Mətbuat Günü
ilə əlaqədar
olaraq, Mətbuat Şurası və
KİVDF-nin xətti ilə bayram yığıncağı təşkil
ediləcək. KİVDF-nin elan etdiyi
yazı müsabiqəsilə
bağlı jurnalistlərin
mükafatlandırılması mərasimi də keçiriləcək. Eyni zamanda,
Milli Mətbuat Günü ilə bağlı olaraq media işçiləri üçün
bayram tədbiri keçiriləcək.
Azərbaycan
mətbuatı 5 il bundan əvvəlki mətbuat deyil. Bu gün Azərbaycan mətbuatında
sərhədi bəlli
olan oturuşmuş media mövcuddur. Ölkə mediasının dayanıqlı
şəkildə mənəvi
və maddi cəhətdən inkişafında
bir çox irəliləyişlər var. Bildiyimiz
kimi, 2009-cu ildən bəri Prezident İlham Əliyev Azərbaycan mətbuatının
inkişaf mərhələsi
üçün dövlət
konsepsiyası imzalayıb.
Həmin konsepsiyanın
müddəlarına uyğun
olaraq, həm Mətbuat Şurası, həm də KİVDF və digər əlaqədar təşkilatlar
bu istiqamətdə güclü iş aparırlar. Eyni zamanda, iki ildən çoxdur ki, ölkənin aparıcı müstəqil
qəzetləri, KİVDF-nin
elan etdiyi layihələr əsasında
maliyyələşdirilir və
həmin maliyyə əsasında mətbuat stabil olaraq maddi
dəstək alır.
Prezident İlham Əliyevin mətbuata vaxtaşırı
olan diqqət və qayğısı,
son üç ildə
mətbu orqanlara birdəfəlik yardımların
edilməsi məsələləri
Azərbaycan mətbuatına
maddi və mənəvi cəhətdən
kömək istiqamətində
atılan böyük
töhfələrdir. Biz
media işçiləri bundan
sonra da düşünürük ki,
ölkə səviyyəsində
Azərbaycan mətbuatının
inkişafı üçün
kifayət qədər
güclü tədbirlər
görüləcəkdir. Bildiyiniz kimi, yaxın müddət ərzində
ölkə Prezidenti Azərbaycanda reklam agentliyinin yaradılması
barədə Sərəncam
imzalayacaq. Ölkədə reklam agentliyi fəaliyyətə başlayandan
sonra inkişaf etməkdə olan müstəqil mətbuatın
maddi təminatı sahəsində yeni bir dövr başlayacaqdır.
Tezliklə ölkədə fəaliyyət göstərən
qəzetlərimiz yeni
formatda rəngli nəşr ediləcək
və geniş imkanlara malik olacaqdır. Ölkəmizin hazırkı sürətli
iqtisadi inkişafı
göz qabağındadır.
Bir sözlə, Azərbaycan Qafqazda lider ölkədir. Bu liderlik mətbuat sahəsində də müşahidə edilir.
Bu gün Qafqazda
və Yaxın Şərqdə Azərbaycan
mətbuatı ön sıralardadır. Hesab edirəm
ki, Azərbaycanın yazılı mediası sürətlə inkişaf
etməkdədir. Təbii ki,
mətbuatın inkişaf
etməsində dövlətin
diqqət və qayğısı da böyük rol oynayır.
GÜLYANƏ
Səs.-2011.- 22 iyul.- S. 4