Yüksək
insanpərvərlik və humanizm nümunəsi
XX əsrin sonunda dünyada baş verən qlobal siyasi
proseslərin tərkib hissəsi kimi sovet dövlətinin
süqutu Azərbaycanın öz müstəqilliyini elan etməsinə,
həmçinin, beynəlxalq birliyin bərabərhüquqlu
subyekti kimi dünya birliyinə qoşulmasına imkan verdi. Müstəqilliyimizin
yenidən bərpasının ilk illərində bir tərəfdən
Ermənistanın Azərbaycana qarşı ərazi
iddiası, işğalçılıq siyasətinin
genişlənməsi, digər tərəfdən
respublikamızda hakimiyyəti ələ keçirmiş səriştəsiz,
dövlət idarəçiliyində təcrübəsi
olmayan şəxslərin naşılığı, habelə,
siyasi səbatsızlığı ölkədə xaos və
anarxiyanı getdikcə dərinləşdirirdi. Yeni
dövrün tələblərinə cavab verən
qanunların olmaması, iqtisadi tənəzzül, vətəndaş
qarşıdurması, hakimiyyətə olan inamsızlıq vəziyyəti
getdikcə daha da ağırlaşdırırdı.
1993-cü ildə
vətəndaş qarşıdurması, siyasi
böhran və anarxiya
kulminasiya nöqtəsinə
çatdı. Yalnız xalqın təkidli tələbi ilə
Ulu Öndər Heydər Əliyevin yenidən
siyasi hakimiyyətə
qayıdışından sonra ölkədə
ictimai-siyasi sabitliyin və
qanunçuluğun bərpası mümkün oldu. Ümummilli Liderin zəngin idarəçilik təcrübəsi, siyasi uzaqgörənliyi və düşünülmüş
islahatları sayəsində hüquqi-demokratik
dövlət quruculuğu istiqamətində
qətiyyətli qərarlar qəbul olundu.
Ölkədə vətəndaş sülhünün
və siyasi sabitliyin təmin
olunması məqsədi ilə genişmiqyaslı
islahatların həyata keçirilməsi getdikcə öz müsbət təsirini göstərirdi.
Ulu
Öndər insan hüquq
və azadlıqlarının qorunmasını, azad sözün, müstəqil
mətbuatın inkişafını daim
diqqətdə saxlayırdı. Azərbaycanın beynəlxalq
aləmdə demokratik ölkə kimi tanınması üçün
bütün imkanlardan
istifadə edən Heydər Əliyev respublikada
ictimai-siyasi sabitliyin, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi,
insan hüquq və
azadlıqlarının yüksək səviyyədə təmin
olunması üçün nüfuzlu beynəlxalq təşkilatlara üzvlük istiqamətində real addımlar atılmasında qətiyyətlik
nümayiş etdirirdi.
İnsan hüquq və azadlıqlarının
müdafiəsi
İnsan
hüquq və azadlıqlarının
müdafiəsi, Azərbaycan vətəndaşlarının
şərəf və ləyaqətinin qorunması, demokratik prinsiplərin inkişafı, əhalinin
həyat səviyyəsinin yüksəldilməsi, onların öz fikirlərini sərbəst ifadə etmələri
üçün həyata keçirilən
tədbirlər
ölkəmizi beynəlxalq aləmə daha
sürətlə inteqrasiya edirdi. Ulu Öndər
insanların hüquqlarının qorunmasını prioritet vəzifə hesab edirdi. Bu sahədə riskli və prinsipial
addımlar atmaqdan da
çəkinmirdi. Bu baxımdan 1993-cü ildən ölüm
hökmü cəzası üzərində
moratoriumun qoyulmasını, 1998-ci ildə
isə bu cəzanın tam
ləğv edilməsini xüsusi qeyd etmək lazımdır. Ölüm
cəzasının ləğv edilməsi həm də nüfuzlu beynəlxalq təşkilatların, əsasən
də, Avropa Şurasının bu quruma üzv
dövlətlər qarşısında müəyyənləşdirdiyi
başlıca tələblərdən idi.
Avropa
Şurasının 1983-cü ildə qəbul etdiyi
İnsan Hüquqlarına dair
Konvensiyanın 6 saylı protokolunda ölüm hökmünün
yolverilməzliyi birmənalı əksini tapmışdı. Ölüm hökmünün
ləğvi tələbi, şübhəsiz, təşkilatın
insan hüquq və
azadlıqlarına, insanın yaşamaq hüququna necə
yüksək dəyər verdiyinin əyani
təzahürüdür. Bu məsələ
müstəqil Azərbaycanın Konstitusiyasında da təsbit olunub. Müdrik
şəxsiyyət Heydər Əliyevin təşəbbüsü
və rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə ümumxalq səsverməsi (referendum)
yolu ilə qəbul edilmiş
Konstitusiyada ölüm
hökmü cəzası tam
ləğv edilənədək yalnız dövlətə, insan həyatına və
sağlamlığına qarşı xüsusilə ağır
cinayətlərə görə müstəsna cəza tədbiri
kimi göstərilmiş və daimi cəza növü kimi nəzərdə tutulmamışdır. Bundan başqa, 1996-cı ilin
mayında Milli Məclis Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsünü
dəstəkləyərək yaşı 65-dən çox olanların ölüm
cəzasından azad olunması ilə
bağlı qərar qəbul etmiş, eyni zamanda, ölüm
cəzasının tətbiqini nəzərdə tutan cinayətlərin
sayı qanunvericilikdə 33-dən 12-yə endirilmişdir.
Ölüm hökmü
tam ləğv olunmazdan
əvvəl bu məsələ cəmiyyətdə
geniş ictimai
müzakirəyə çıxarılmış, beynəlxalq
təşkilatlarla, xüsusilə də, Avropa
Şurası ilə geniş məsləhətləşmələr
aparılmışdır.
İnsan həyatına
verilən dəyər - ölüm hökmünün ləğvi
Ulu Öndər
Heydər Əliyev 1998-ci il yanvarın 22-də
ölüm hökmünün
ləğv olunması haqqında təşəbbüslə
çıxış edib. Bununla bağlı Milli Məclisə müraciətində cinayət-hüquq
siyasətini hərtərəfli təhlil edərək ədalət,
azadlıq, humanizm və insanpərvərlik
kimi yüksək idealları rəhbər
tutmaqla ölkədə ölüm
cəzasının ləğv edilməsi qənaətinə
gəldiyini bildirmiş, bu
tarixi bəyanatın zəruriliyini əsaslandırmışdır.
Milli Məclis
dövlət başçısının ölüm
hökmü ilə əlaqədar təklifini
dəstəkləmiş, 1998-ci il
fevralın 10-da belə bir tarixi
qərar qəbul etmişdir. Ölüm hökmünün
ləğvi ilə Azərbaycanın adı Şərqdə ilk olaraq bu
cəzanı ləğv edən ölkə
kimi tarixə düşdü.
Yüksək bəşəri dəyərlərə, humanizm və insanpərvərlik prinsiplərinə
əsaslanan bu qərar sivil
dəyərləri əxz etmək niyyətindən irəli gəlmişdir.
Ümumiyyətlə, insan hüquq
və azadlıqlarının qorunması daim
Ulu Öndərin diqqət mərkəzində
saxladığı zəruri məsələlərdən olub. Humanizm prinsiplərinə
əsaslanan Ulu Öndər Heydər Əliyev
hələ 1995-ci ildə Azərbaycanda əfv və amnistiya institutunu təsis etdi. Cəmiyyətin ən
müxtəlif təbəqələrini əhatə edən əfv
sərəncamlarının və amnistiya
haqqında fərmanların verilməsi qısa zaman kəsiyində yararlı, qanunların aliliyi prinsipini tərəddüdsüz
qəbul edən vətəndaşların reabilitasiyasına fundamental töhfələr verdi. Heydər Əliyev böyük humanistlik
göstərərək imzaladığı əfv fərmanları
ilə 1994-1995- ci illərdə dövlət
çevrilişi cəhdlərində iştirak edən insanların bir
qismini bağışladı. Ümumiyyətlə,
1995-2003-cü illərdə 7 amnistiya
aktı və 32 əfv fərmanı qəbul edilib.
Bu amnistiya aktı 77
mindən çox insana
şamil edilib. Bunlardan 21325 nəfəri cəzasının
çəkilməmiş hissəsindən azad
olunub. Ulu Öndər
tərəfindən imzalanan əfv fərmanı
ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzadan
azad edilib.
Humanizm ənənəsinin
uğurlu davamı
Müdrik şəxsiyyət
Heydər Əliyev tərəfindən əsası qoyulan humanizm ənənələri
onun layiqli
davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Səhvindən səmimi
peşmançılıq duyan, dövlət
başçısına bağışlanılması ilə
bağlı müraciət edən və ictimai
asayişə bütövlükdə təhlükə təşkil
etməyən cinayətkarların və məhkumların
bağışlanması ilə bağlı Prezident
İlham Əliyev bu
günədək 16 əfv fərmanı imzalayıb. Yeri gəlmişkən, qeyd
edək ki, 2010-cu il
dekabrın 29-da Prezident İlham
Əliyev məhkum olunmuş bir sıra şəxslərin əfv edilməsi
barədə Sərəncam imzalamışdır. Bu Sərəncam bütövlükdə 92 nəfərə
şamil edilib. Azərbaycan
Prezidentinin imzaladığı əfv fərmanları
ilə 2500-dən çox məhkum cəzasının
çəkilməmiş hissəsindən tam
və yaxud qismən azad
edilib. Əlbəttə, bu,
çox yüksək göstəricidir. Bu fakt bir
daha Azərbaycanda insan
hüquqlarının etibarlı təminatına və
demokratikləşməyə xidmət edən strateji
siyasi kursun layiqincə
davam etdirildiyini
göstərir. Dünyanın
tanınmış beynəlxalq təşkilatları, həmçinin,
nüfuzlu beynəlxalq hüquq
müdafiəçiləri də Prezident
İlham Əliyevi humanist
və insanpərvər dövlət başçısı hesab edərək onun əfv
fərmanları imzalamasını çox
yüksək qiymətləndirmişlər.
Nəcib
xanımdan humanizmə doğru
atılmış addım
Ümummilli
lider Heydər Əliyevin humanist
prinsiplərinin davam etdirilməsindən
söhbət açanda Heydər Əliyev
Fondunun prezidenti,
YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu sahədəki fəaliyyəti mütləq
qeyd olunmalıdır. Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə 2007-ci il mayın 8-də Milli Məclis “Azərbaycan xalqının Ümummilli Lideri Heydər
Əliyevin xatirəsinə həsr olunmuş
amnistiya haqqında” qərar qəbul etdi. Ulu Öndərin anadan olmasının 84 illiyi
ilə əlaqədar qəbul edilən amnistiya
qərarından 9 min 877 məhkum bəhrələnmişdir.
Bir
il sonra Novruz bayramı ərəfəsində Heydər
Əliyev Fondu, şəxsən fondun prezidenti Mehriban xanım Əliyevanın daha bir nəcib, humanist hərəkəti Milli
Məclisdən dəstək aldı. Azərbaycanın birinci xanımı tərəfindən təqdim
edilən “Novruz bayramı ilə əlaqədar
amnistiyanın elan olunması
haqqında” qanun layihəsi yüksək səviyyədə
qarşılanaraq yekdilliklə qəbul edildi.
9 min məhbusa şamil
edilən bu qanunla
1700-ə yaxın məhbus azadlığa buraxıldı.
Mehriban xanım Əliyeva
Milli Məclisdəki
çıxışında bu barədə
demişdir: “Hər bir
amnistiya humanizm
ideyasının qələbəsidir. İndi
həyat hər şeydən üstündür.
Hər bir insan layiqli həyat sürmək hüququna
malikdir və amnistiya
aktını qəbul edərkən biz insanlara öz səhvlərini
anlamaqda, cəmiyyətə qayıtmaqda və
düzgün yol
seçməkdə kömək etmiş oluruq. Mərhəmət, bağışlama və
rəhmlilik - ən yüksək insani
keyfiyyətlərdir”.
Ölüm
hökmünün ləğvi, həmçinin,
mütəmadi olaraq, imzalanan
əfv fərmanları, qəbul edilən amnistiya
aktları Azərbaycanı beynəlxalq aləmdə insan hüquq və əsas
azadlıqlarının qorunması istiqamətində qətiyyətli
qərarlar qəbul edilən ölkə kimi
tanıdıb.
Eyni zamanda, ölkəmizin
demokratik imici xeyli güclənmiş, nüfuzu
artmışdır.
R.HÜSEYNOVA
Səs.- 2011.- 27 iyul.- S. 27.