Erməni
işğalçıları tərəfindən
Dağlıq Qarabağın turizm infrastrukturu tamamilə məhv
edilib
Azərbaycanda turizmin inkişaf etdirilməsi üçün ölkənin zəngin coğrafi landşafta, flora və faunaya malikliyi əsas şərtlərdəndir.
Zəngin mədəni, tarixi irsə və əlverişli
təbii şəraitə malik Azərbaycan turizm sahəsində
böyük inkişaf
perspektivlərinə malikdir.
Ölkəmizdə turizmin
əksər növlərinin inkişafı üçün
geniş imkanlar mövcuddur. Bu baxımdan,
Azərbaycanda turistlərin yerləşdirmə biznesi dinamik inkişaf edir.
Ölkədə fəaliyyətdə
olan mehmanxana və mehmanxana tipli müəssisələrin
sayı artmaqdadır. “Azərbaycan
Respublikasında 2010-2014-cü illərdə turizmin
inkişafına dair
Dövlət Proqramı”na əsasən, Azərbaycanda yüksək
iqtisadi, sosial və ekoloji tələblərə cavab
verən müasir turizm
sahələri
formalaşdırılır və onun ölkə iqtisadiyyatının
əsas inkişaf dayaqlarından
birinə çevrilməsi təmin edilir. Eyni zamanda,
bu ilin “Turizm ili” elan
edilməsi Azərbaycanın turizm potensialını daha da inkişaf
etdirilməsinə təsirini göstərir.
Artıq
yay mövsümü
başlayıb. Yay mövsümü
də turizmin inkişafına təkan
verən faktordur. Dünyanın
müxtəlif ölkələrindən
istirahət etmək üçün güclü axın
müşahidə olunur. Azərbaycanda olan mövcud durum, onun
iqtisadiyyatının sürətli inkişafı, ölkənin
mənzərəsinin tamamilə dəyişməsi, yeni otellərin
inşası, müxtəlif rayonlarda təşkil edilmiş istirahət zonaları Azərbaycana turist axının artması ilə müşahidə edilir. Statistik rəqəmlərin ilbəil dəyişməsi
bizə deməyə əsəs verir ki, Azərbaycan turizm məkanıdır.
Bir məqamı etiraf
edək ki, Azərbaycanın
ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağda turizmin ikişafına daha çox münbit şərait mövcuddur. Bu şərait Azərbaycanın iqtisadi
potensialının daha
da yüksəlməsinə
təsirini göstərə biləcək
amildir. Ermənistan tərəfindən işğal
edilən ərazilər
turizm imkanına malik sahələrdir. Burada
Azərbaycanın nadir
florası və faunası var ki, bu da
əcnəbilərin hədsiz
marağına səbəb ola bilər. Əfsuslar
olsun ki, bu ərazilərin işğalı mövcud olan təbii zənginliklərin məhvinə gətirib
çıxarıb. Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və ətraf
rayonların təbii landşaftı, tarixi-memarlıq abidələri,
tranzit-kommunikasiya şəbəkəsi
dağıdılmış, bir sözlə,
regionun turizm infrastrukturu tamamilə məhv
edilmişdir. Talançılıq
missiyasını reallaşdıran Ermənistan
“sivilizasiyalı” dövlət kimi hələ də dünya ölkələri
tərəfindən qəbul olunmuş konvesiya, qərar,
bəyanat və qətnamələrə əməl etmir. Azərbaycanda turizm zonalarının müəyyənləşdirildiyi
zaman Qarabağ və işğal olunmuş rayonları xüsusi zona kimi təsdiq edilib. Vaxtilə Azərbaycan ən böyük turizm məkanların olan Qarabağ ərazisində
bu gün flora və faunasının bərbad vəziyyətdədir.
İşğal altında
olan meşə sahələrində qiymətli
fauna növləri - cüyür, qaban və başqa heyvanlar erməni
silahlı qüvvələri tərəfindən ovlanaraq, həmçinin, keçidlərdə
qoyulmuş minalara düşərək məhv edilmişdir.
Azərbaycanın bir
parçası hesab edilən
qədim Qarabağ diyarı tarixi zənginliyi
ilə seçilir. Bu
torpağın hər qarışı Azərbaycanın
böyük bir məmləkət olaraq tanınmasında rola malikdir. Belə ki, Qarabağın yetişdirdiyi
ziyalılar nəsli bütün sahələrə
böyük, istedadlı insanlar
bəxş etmişdir.
Bu məkanın adı
çəkiləndə təkcə unikal
təbiətə malik
olan bir bölgə kimi deyil, həm də təbii abidələri
siyahısına daxil edilmiş
landşaftlar, istedadlı şairlər,
yazıçılar, musiqiçilər, xanəndələr
ölkəsi kimi xatırlanır. Bu qədim diyarın təbiəti və təbii
ehtiyatlarına kimsə laqeyd münasibət bəsləyə
bilməz. Belə bir zənginliyi
məhvə sürükləyən ermənilərin
dağıtdıqları məkanlar artıq təhlükə
içərisindədir.
Azərbaycanın
işğal olunmuş
rayonları və həmin ərazidə
qalmış təbii sərvətlərinin vəziyyəti
ürəkağrıdıcıdır. Azərbaycanın ermənilər
tərəfindən işğal olunmuş ərazilərində
247352 hektar meşə
sahələri qalmışdır ki, bu, Ermənistanın bütün meşələrinin
55%-dən çoxdur.
Bütövlükdə Azərbaycan
meşələri isə Ermənistanın meşələrindən
2,5 dəfə artıqdır.
Hazırda işğal olunmuş ərazilərdə
dövlət təbiət abidələri mühafizə olunmamaqla, sahibsiz
qalmış, hətta həmin ərazilərdə məskunlaşmış
ermənilər böyük əhəmiyyətə malik
olan bu abidələrin
əksəriyyətini məhv etmişlər. İşğal
olunmuş rayonlarda 152
ədəd belə
ağac növü,
13197,5 ha qiymətli meşə sahələri, 5 ədəd geoloji obyekt
qalmışdır. Ayrı-ayrı mənbələrdən
alınan məlumatlara görə, həmin abidələr vəhşicəsinə
məhv edilir və müəyyən məqsədlər üçün istifadə
olunur.
Ən
zəngin faydalı qazıntı yataqları ölkənin işğal olunmuş ərazilərində qalmışdır. Məlum olduğu kimi, işğal edilmiş ərazilərdə
155 müxtəlif növ faydalı
qazıntı yataqları, o
cümlədən - 5 qızıl, 6 civə, 2 mis, 1
qurğuşun və sink,
19 üzlük daşı, 11 şirin yeraltı su və 10 mineral su yataqları və s. yerləşir ki, bu da
respublikanın iqtisadi potensialında mühüm əhəmiyyət kəsb edirdi.
Şuşa abidələrindən
23-ü respublika və
dünya miqyaslı abidələrə aiddir
Ölkəmizin ən
gözəl şəhərlərindən biri
olan Şuşa İsa bulağı, Turşsu,
Səkinə bulağı, Soyuq bulaq, Yüz bulaq, Qırx bulaq, Çarıq bulaq və başqa unikal bulaqları ilə məşhurdur. Belə tarixi
abidələri olan
Şuşanın etimologiyasına diqqət etsək, görərik
ki, şəhərin bu cür adlanması
bu yerlərin təmiz və saf havası ilə bağlıdır. “Şuşa”
sözü “şüşə”
sözü ilə assosiasiya edilir. Uca dağlar qoynunda yerləşən bu gözəl şəhər buraya
gələn səyyahları
özünə məftun edir. Rus rəssamı V.Vereşşagin Şuşa
barədə belə yazır: “Onun evləri düzgün formalı qəşəng və
hündürdür, çoxsaylı
qəşəng pəncərələrdən
evlərə işıq düşür.
Şəhər qayalar
üzərində yerləşir və elə həmin qayalardan çıxarılan
daşlardan tikilmişdir.
Bütün küçələrə
enli plitələr
döşənmiş, evlərin damları tirlərdən
düzəldilmişdir”.
Şuşanın
məhəllələrində daş sütunlarla diqqəti cəlb
edən üstüörtülü qalereyalar vardır. Bazar meydanları
kifayət qədər geniş
idi. Şəhərin əsas meydanında
isə sıra ilə tikilmiş ticarət köşkləri, ikimərtəbəli
karvansara və qoşa minarəli cümə məscidi
vardır. Şəhərin kənarında dərin
Daşaltı dərəsinin yaxınlığında yerləşən
Cıdır düzü xüsusilə məşhurdur. Cıdır
düzündən bir qədər
aşağıda qırx pilləkan deyilən
dik pilləli yol Daşaltı çayına aparır. Əsrarəngiz
“Xəzinə qala” mağarası
da orada yerləşirdi.
Şuşaya gələn qonaqların
hamısı bu məkandan
məmnunluqla keçmişdilər.
Şuşanı məşhurlaşdıran qədim
memarlıq və incəsənət abidələrinin
hamısını sadalamaqla qurtarmaz. Vaxtilə Ümummilli
Lider Heydər Əliyevin
abidələr şəhəri adlandırdığı Şuşada 190 hektarlıq
qoruq zonasında 235 tarixi abidə, 550 qədim yaşayış
binası, 870 m uzunluğunda
bərpa olunmuş qala divarları vardır. Tarixi abidələrdən
23-ü respublika və
dünya miqyaslı abidələrə aiddir.
Kəlbəcər rayonunun “Qırmızı
kitab”a salınmış
meşəsi kütləvi surətdə
qırılır
Kəlbəcər rayonunun təbii sərvətləri
erməni işğalçıları tərəfindən qəddarlıqla
dağıdılır. Əldə olan məlumatlara görə, respublikanın
“Qırmızı kitabı”na salınmış Kəlbəcər
rayonunda yerləşən
ayıfındığı növündən
ibarət 968 hektar meşə
hazırda kütləvi surətdə
qırılır və mebel istehsalı üçün
Ermənistana göndərilir.
Kəlbəcər
rayonunun Ermənistanla
sərhəd əraziləri meşə
ilə örtülü sahələrdir. Bu gün, enerji
böhranında boğulan
ermənilər rayonun
əlləri çatan bütün
meşələrini məhv edərək,
yanacaq kimi istifadə edirlər.
Kiçik Qafqaz dağlarının ətəklərində
yerləşən Kəlbəcər rayonunda
ən məşhur mineral su olan
İstisu bulağı
dünyada məşhur idi.
Böyük turist
axını ilə müşahidə olunan
bulağın ətrafında
kurort salınıb. Tərtər çayının
sahillərində, dəniz səviyyəsindən yüksəklikdə
yerləşən bulaqlar da
öz şəfaverici xassəsi ilə İstisudan o qədər də geri
qalmır. Bu mineral suların kimyəvi tərkibi
dünya şöhrətli
“Karlovı Varı” (Çexiya)
suyunun tərkibi ilə,
demək olar ki, eynidir, bəzi göstəricilərə
görə hətta ondan da
üstündür. Bu
gün Tehranın bir sıra ticarət
mərkəzlərində Ermənistanda istehsal
olunan “Cermuk” mineral suyu satışa
çıxarılıb. Araşdırmalar nəticəsində
məlum olmuşdur ki,
adıçəkilən mineral su Ermənistanın “Cermuk” şirkətlər qrupu tərəfindən Azərbaycan
Respublikasının işğal altında olan Kəlbəcər
rayonu ərazisindəki
“İstisu”dan doldurularaq qablaşdırılır, doldurulmuş qabların üzərində isə
Ermənistanın turizm zonası kimi tanınan Cermuk yaşayış məntəqəsinin ərazisindəki bulaqlardan doldurulması barədə fars dilində məlumat və
kimyəvi tərkibi yazılır. Adıçəkilən təbii
mineral sular İrana Təbriz şəhərində yerləşən “Azar Raad Co” adlı ticarət
şirkəti tərəfindən idxal edilir.
Kəlbəcər
rayonu ucsuz-bucaqsız yüksək alp çəmənlikləri ilə
əvvəllər respublikamızın iqtisadiyatında önəmli
rol oynayırdı. Hazırda bu ərazilər tanınmaz hala
salınmışdır. Yağışlı günlərdə
ermənilər əsas yoldan kənara çıxaraq
ağır texnikanı çəmənliklərlə idarə
edir, məhsuldar otlaqları yararsız hala
salırlar ki, bu da torpaqların
eroziyasına səbəb olur. Kəlbəcər rayonunun
gölləri olan Böyük
Alagöl, Kiçik Alagöl, Zalxagöl,
Canlıgöl istirahət üçün
ən səfalı yerlərdir.
(ardı var)
Nəzakət
Ələddinqızı
Səs.-
2011.- 4 iyun.- S. 11.