Ermənilər mədəniyyət abidələrimizi dağıdıb

 

Azərbaycan torpaqlarını xarici hərbi - siyasi dəstəklə işğal edən Ermənistan hələ də qəsbkar siyasətini davam etdirməkdədir. Təbii ki, o zamanlar Azərbaycan indiki qədər güclü, qüdrətli deyildi. Ölkəmizə qarşı həm xarici, həm də daxili qüvvələr tərəfindən güclü təzyiqlər olurdu. Rus imperiyasının və  daxilimizdəki bəzi qüvvələrin köməyi ilə ermənilər gücsilah vasitəsilə torpaqlarımızın 20 %-ni zəbt etdilər. Hal-hazırda da bütün dünyaya öz torpaqları, əraziləri kimi təqdim etməyə cəhd göstərirlər.

Bu savaşda Azərbaycanın nə qədər günahsız vətəndaşları yaralandı, zülmlərə, dəhşətlərə, zorakılığa məruz qaldı. Ev-eşiyindən, el-obasından didərgin düşərək qaçqın və köçgün adını daşımağa məcbur oldular. Erməni vəhşiliyi, qəddarlığı, hətta o dərəcəyə çatıb ki, zorakılıq yolu vasitəsilə zəbt etdikləri Azərbaycan torpaqlarındakı mədəniyyət abidələrini yerlə yeksan ediblər. Bütün işğal olunan Azərbaycan rayonlarının adlarını dəyişdiriblər. Parlamentin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov qəzetimizə açıqlaması zamanı vurğuladı ki, ermənilər Azərbaycanın bütün sərvətlərinə göz dikiblər: “ Hal-hazırda da müəyyən xalq mahnılarımız var ki, onları mənimsəmək, öz adlarına çıxmaq istəyir. Erməni xisləti və hiyləgərliyi bizə çoxdan bəllidir. Lakin ermənilərin bu tip yalanları bütün dünya xalqlarına bəllidir”.

Millət vəkili bildirdi ki, tarixən  dövləti olmayan xalq bu gün hansı adət-ənənədən, dövlətçilikdən danışa bilər. O qədər mənəviyyatı, mədəniyyəti, əxlaqi dəyərləri olmayan xalqdır ki, zəbt etdikləri Azərbaycan torpaqları ilə kifayətlənməyib, həmin ərazilərdəki abidələrimizi də dağıdırlar. Bir növ “özününküləşdirmək” istəyirlər. İllərdir ki, təbliğat apararaq, Azərbaycana məxsus olan əşyaları, mahnıları “qədim erməni xalqının malı” kimi təqdim etməyə çalışırlar. Halbuki ermənilərin, ümumiyyətlə, qədim erməni dövləti olmayıb.

Millət vəkili isə Azərbaycanın bu tip uydurmayalan fantaziyalara cavab verməyimizə ehtiyacın olmadığını qeyd etdi. Bildirdi ki, ermənilər həmişə boş-boş təbliğat aparıb, öz maraqlarını həyata keçirmək üçün müxtəlif iyrənc vasitələrdən istifadə edirlər.  Dağlıq Qarabağona bitişik 7 rayonun ərazisində arxeoloji qazıntı işləri aparırlar. Ermənilər tərəfindən qədim alban abidələri xristianlaşdırılır, əlavə detallar qoyulur. Bu barədə isə, Azərbaycan dövlətinin beynəlxalq miqyasda təbliğatı xeyli güclənibdir. Amma digər qurumlardan da təzyiqlər gözləyirik. AŞPA-nın tədbirləri olmalıdır, amma keçirilən tədbirlər də lazımi səviyyədə olmur. İkili standart mövqeyi yenə də özünü büruzə verir. Çox zaman da Ermənistan müdaxilə edir, amma daha əvvəlki səviyyədə müdaxilə olunmur. Bütün beynəlxalq qurumlar birmənalı şəkildə işğalçı Ermənistana çox böyük təzyiq rıçaqlarını işə salmalıdır.

Digər bir məqama toxunan N. Cəfərov əlavə etdi ki, ermənilər mədəniyyət abidələrimizi dağıtmaqla kifayətlənmir. Eyni zamanda, işğal etdikləri torpaqlarımızı da geri qaytarmaq istəmir. Müxtəlif bəhanələr edərək, təxribatlar törədərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ istiqamətində aparılan danışıqların zamanını yubadır, problem içindən yeni bir problem çıxarır.

Millət vəkili  onu da əlavə etdi ki, beynəlxalq aləm işğalçı dövlətə qarşı mütləq sanksiya tətbiq etməlidir. Torpaqların ermənilər tərəfindən işğalda qalmasına yol verməməlidirlər. Çünki zəbt olunan torpaqlar tarixən Azərbaycan dövlətinə məxsus olub. Doğrudur, bir çox qurumlar-AŞPA, ATƏT, İKT, BMT Ermənistanın işğalçı dövlət olduğunu və Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiq edib. Lakin bununla bərabər torpaqlarımızın işğaldan azad olunması, təcavüzkar Ermənistanın cəzalandırılması istiqamətində qətiyyən ciddi addım atmayıblar. Beynəlxalq arena, birmənalı olaraq, torpaqlarımızın sülh yolu ilə Azərbaycan dövlətinə qaytarılmasını işğalçı Ermənistandan tələb etməlidir. Əgər işğalçı dövlətə təzyiq olunsa, Ermənistan münaqişənin sülh yolu ilə həllinə razılıq verər və Dağlıq Qarabağ ərazisindən separatçı qüvvələrini geri çəkər.

 

 

Aylana RZAYEVA

 

Səs.- 2011.- 23 iyun.- S. 10.