“Mədəniyyətimizin və mədəni incilərimizin hamisi” kitabının təqdimat mərasimi keçirildi

 

Dünən M.F.Axundov adına Milli Kitabxanada Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın mədəniyyət sahəsində fəaliyyətini əks etdirən “Mədəniyyətimizin və mədəni incilərimizin hamisi” kitabının ingilis və ərəb dillərində çap olunmuş nəşrlərinin təqdimat mərasimi keçirildi.

Tədbiri giriş sözü ilə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev açaraq bildirdi ki, “Mədəniyyətimizin və mədəni incilərimizin hamisi” kitabı  Mədəniyyət və Turizm Nazirliyinin layihəsi əsasında işıq üzü görmüşdür. O, qeyd etdi ki, kitabın ingilis və ərəb dilində çap olunması Mədəniyyət və Turizm Nazirliyinin növbəti layihəsidir:”2007-ci ildə  “Mədəniyyətimizin və mədəni incilərimizin hamisi” kitabının Azərbaycan dilində olan variantının təqdimatı keçirilmişdir. Oxucuların xahişini və təkliflərini nəzərə alaraq, yaxın gələcəkdə “Mədəniyyətimizin və mədəni incilərimizin hamisi” kitabının dünya dillərində nəşr olunacağı nəzərə alınmışdır. Bir il sonra 2008-ci ildə kitab rus dilində nəşr olundu. Bu gün isə daha iki dildə -ingilis ərəb dilində nəşrinə müvəffəq olmuşuq. Ümummilli Lider Heydər Əliyevin mədəniyyət siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan mədəniyyəti yüksək bir səviyyədə inkişaf edib təbliğ olunub. Azərbaycanda bu sahədə müqayisə olunmayacaq dərəcədə uğurlar müşahidə olunur. Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi mədəniyyət siyasəti prioritet istiqamət olaraq bir sıra layihələr islahatlarla həyata keçirilir. Bu uğurların bir qismi Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşır. Fondun prezidenti Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən genişmiqyaslı layihələr Azərbaycanın bütün regionlarında yeni mədəniyyət incəsənət müəssisələrinin açılması, təmir bərpa etdirilməsi ilə diqqətdədir. O cümlədən, Azərbaycandan kənarda reallaşan layihələr milli-mənəvi dəyərlərimizin təbliğinə yönəlib”.

V.Əliyev qeyd etdi ki, 7 il bundan əvvəl, fəaliyyətə başlayan Heydər Əliyev Fondu qarşısına qoyduğu məqsəd əsasında mədəniyyətimizin, səhiyyəmizin, təhsilimizin dünya standartları səviyyəsində qurulmasına önəm verərək, layihələrini müxtəlif adlar altında reallaşdırır. Bu gün təqdim olunan kitabda Heydər Əliyev Fondu tərəfindən görülmüş işlər, keçirilən tədbirlər, beynəlxalq konfrans simpoziumlar öz əksini tapmışdır: “Mehriban xanım Əliyevanın yorulmadan fəaliyyət göstərməsi nəticəsində Azərbaycanda Beynəlxalq Muğam Mərkəzi tikilmiş, Muğam Televiziya müsabiqəsi təşkil olunmuş, Azərbaycan milli muğamı YUNESKO-nun mədəni irs siyahısına daxil edilmişdir. Onun mədəniyyət sahəsindəki gördüyü işlər həcm baxımından geniş olduğundan Azərbaycan aşıq sənəti, Novruz bayramı, İçərişəhər YUNESKO-nun şah əsərləri sırasında yer almışdır. Milli-mənəvi dəyərlərə hər zaman diqqət yetirən Mehriban xanım xoşməramlı səfir olaraq Misirdə, Pakistanda, Fransada, Strasburqda digər ölkələrdə mədəniyyət dini ocaqları bərpa təmir etdirir. Bütün bunlar Azərbaycanın imicinə öz təsirini göstərməkdədir. Bu addımlar Azərbaycan dövlətinin müstəqilliyinə dönməzliyinə xidmət edir. Qarabağ probleminin həlli istiqamətində Azərbaycan həqiqətlərinin dünyaya bəyan edilməsində rolu Mehriban xanımın Vətənə xidmətinin nümunəsidir”.

Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva çoxşaxəli fəaliyyətində mədəniyyətə, mədəni incilərimizə, incəsənətə tarixi abidələrə çox böyük önəm verir. Onun YUNESKO İSESKO-dakı fəaliyyəti xüsusilə təqdirəlayiqdir. 8 fəsildən ibarət kitabda Mehriban xanım Əliyevanın 1995-2010-cu illərdə mədəniyyət sahəsində çoxşaxəli fəaliyyəti əks olunur. Azərbaycan Mədəniyyətinin Dostları Fondu yaranan gündən ölkəmizin mədəniyyəti incəsənəti ilə çox sıx əlaqələr qırılmaz tellərlə bağlı olmuşdur. 1995-1996-cı illərdə fondun sədri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizə populyar kollektivlər dəvət olunur onlar respublikanın ən möhtəşəm sarayında konsertlər proqramlarla çıxış edirdilər.

V.Əliyev bildirdi ki, kitab 2011-ci ildə Mədəniyyət Turizm Nazirliyinin maliyyə dəstəyi, habelə, Azərbaycanın Suriyadakı səfirliyinin təşkilati dəstəyi ilə Suriya Ərəb Respublikasında ərəb dilində nəşr olunub. Kitabın ərəb dili variantında İslam Konfransı Təşkilatına üzv dövlətlərlə mədəniyyət sahəsində əməkdaşlıq, ərəb dövlətləri ilə ikitərəfli görüşlərdə Mehriban xanımın iştirakı mədəni əməkdaşlığın inkişafında Mehriban xanımın fəaliyyəti  öz əksini tapıb. Sözügedən kitab Azərbaycan mədəniyyətinin bütün ərəb dünyasında təbliği üçün böyük imkanlar açacaqdır.

Hər iki kitabda ön sözün müəllifi mədəniyyət turizm naziri Əbülfəs Qarayev, elmi rəhbəri Sevda Məmmədəliyeva, layihənin rəhbəri Lalə Kazımova, tərtibçilər isə Lətifə Məmmədova, Əli Eyvazov Mayıl Əhmədovdur.

Kitablarda çoxlu sayda maraqlı, habelə, ilk dəfə oxuculara təqdim olunan məlumatlar fotoşəkillər verilmişdir.

Təqdimat mərasimində çıxış edən millət vəkili Tahir Rza Mehriban xanımınMədəniyyətimizin mədəni incilərimizin hamisikitabının əhəmiyyətini vurğuladı. O, qeyd etdi ki, Mehriban xanım Əliyeva nəinki Azərbaycanda, dünya miqyasında tanınan bir xanım kimi milli-mənəvi dəyərlərin yorulmadan təbliğatçısına çevrilmişdir.

Bakı Şəhər Mədəniyyət Turizm İdarəsinin rəisi Əlikram Əliyev Azərbaycan, rus, ingilis ərəb dillərində nəşr olunan kitabın mahiyyətinə nəzər salıb Mehriban xanım Əliyevanın fəaliyyətinin məcmuəsi kimi təqdim olunan nəşrin əhəmiyyətini qeyd etdi. O bildirdi ki, idarənin rəisi kimi hər zaman Mehriban xanım Əliyevanın mədəniyyət incəsənətimizə göstərdiyi qayğı diqqəti hiss edir bu da milli-mənəvi dəyərlərimizin inkişafına bir stimul verir. Heydər Əliyev Fondunun potensialının zənginliyini vurğulayan Əlikram Əliyev hər bir sahədə fondun fəaliyyətinin məhz bir ideyaya xidmət etdiyini söylədi. Mehriban xanımın göstərdiyi diqqətin nəticəsidir ki, Azərbaycan bu gün dünyada ən nüfuzlu yarışmalarda nüfuz qazanır. Belə ki, “Eurovision - 2011” Mahnı Müsabiqəsindəki qalibiyyət məhz Mehriban xanımın mədəniyyət sahəsinə göstərdiyi diqqətin nəticəsində reallaşdı. “Eurovision - 2012” müsabiqəsinin Azərbaycana gətirilməsində Onun əməyi müstəsnadır.

Təqdimat mərasimində çıxış edən Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi-Elmi Kitabxanasının direktoru Aybəniz Kəngərli, Yazıçılar Birliyinin katibi Rəşad Məcid, xalq yazıçısı Çingiz Abdullayev, millət vəkili Aydın Mirzəzadə, kitabın naşiri Əli Eyvazov, Milli Kitabxananın direktoru Kərim Tahirov başqalarıMədəniyyətimizin mədəni incilərimizin hamisikitabının ingilis ərəb dillərinə tərcümə edilib çap olunmasını Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində əhəmiyyət kəsb etdiyini bildirdilər. Qeyd olundu ki, bu kitab Azərbaycanın nailiyyətlərinin müxtəlif ölkələrdə təqdiminə töhfələrini verəcəkdir.     

 

 

NƏZAKƏT ƏLƏDDİNQIZI

 

Səs.- 2011.- 23 iyun.- S.6.