XALQIN XİLASKARI

 

Azərbaycan xalqı hər il 15 İyun Qurtuluş Gününü yüksək səviyyədə bayram əhval-ruhiyyəsi ilə qeyd edir. Bu tarix ölkənin vətəndaş qarşıdurmasından qurtulması, yeni inkişaf yoluna qədəm qoyması kimi mühüm faktorları özündə əks etdirir. YAP Qadınlar Şurasının sədri, professor Nurlana Əliyeva 15 İyun Qurtuluş Günü ilə bağlı fikirlərini söylədi:

- Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyunu dövlətçiliyimizin xilas günüdür. Bu baxımdan, Vətənini, xalqını sevən, həmçinin, o çətin və ağrılı günləri görən, yaşayan insanlar 15 İyun-Milli Qurtuluş Gününün dövlətçiliyimizin tarixinə qızıl hərflərlə yazıldığını yaxşı bilir. Hər kəs yaxşı bilir ki, azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. 15 İyun Milli Qurtuluş Günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsil qurtuluş - Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan Ümummilli Liderimiz Heydər Əliyev olub. Ümummilli Liderimiz Heydər Əliyevin müstəqil, tarazlı və cəsarətli siyasət yeritməsi bütün Azərbaycan xalqının diqqətini cəlb edir, Ona ümidləri artırırdı. Bütün həyatını doğma Azərbaycanın xoşbəxtliyinə həsr edərək, bu yolda ölçüyəgəlməz və misilsiz xidmətlər göstərən, bəşər tarixində təkrarı olmayan dahi Heydər Əliyev Azərbaycanı müstəqil bir dövlət kimi ən ağır təhlükələrdən xilas etmiş, qısa zaman ərzində ölkədə sabitlik və əmin-amanlığı bərqərar edərək, respublikamızı inkişaf yoluna səfərbər etmiş, xalqımızın iqtisadi, sosial-mədəni tərəqqisini stimullaşdıran, ümumən Azərbaycan cəmiyyətinin hərtərəfli inkişafını təmin etməyə qadir olan müdrik siyasi strategiyanın müəllifi olmuşdur. Ulu Öndərimiz Heydər Əliyevin böyük xidmətlərini Azərbaycan xalqı sonsuz minnətdarlıq hissi ilə qeyd edir. Fərəhlidir ki, Ümummilli Liderimizin müdrik siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu isə müstəqil ölkəmizə yeni-yeni tarixi nailiyyətlər qazandırır, dövlət müstəqilliyimizi daim gücləndirir və Azərbaycan Cənubi Qafqazın lider ölkəsi olmaqla dünya birliyində fəal mövqe qazanır.

Hər kəs yaxşı bilir ki, 15 İyun - Ümummili Liderimiz Heydər Əliyevin xalqının, dövlətinin taleyinə sahib çıxdığı bir gün olmaqla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi altında hazırda dünya siyasi arenasında xüsusi yerə malik, mühüm iqtisadi göstəricilərə və inkişafa imza atan, qısa müddətdə yerləşdiyi regionun lider dövlətinə çevrilən müasir Azərbaycanın təməlinin atıldığı gündür. 1993-cü ilin iyununda parçalanmanın, sözün əsil mənasında, məhvin astanasında dayanan, müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü təhlükə ilə üzləşən Azərbaycan Ulu Öndərimiz Heydər Əliyevin xalqın təkidi və tələbi ilə siyasi hakimiyyətə qayıdışının ardından nəinki bu ağır günləri arxada qoydu, hətta qısa bir müddətdə siyasi stabilliyinə qovuşdu. Məhz 15 İyun Milli Qurtuluş günü həm də qüdrətli və güclü Azərbaycanın təməlinin atıldığı gündür. Daha dəqiq desək, 15 iyun 1993-cü il bugünümüzün uğurları fonunda tariximizin dönüş nöqtəsidir. Çünki 1993-cü ilin 15 iyunu Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və böyük dühası sayəsində siyasi stabilliyinə qovuşmuş Azərbaycanın inkişafının əsasının qoyulduğu tarixdir. Müstəqilliyimizin əldə olunmasından ötən 20 il tarixi baxımdan çox qısa müddət sayılır. Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan müstəqilliyimiz və Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu isə müstəqil ölkəmizə yeni-yeni tarixi nailiyyətlər qazandırır, dövlət müstəqilliyimizi daim gücləndirir və Azərbaycan Cənubi Qafqazın lider ölkəsi olmaqla dünya birliyində fəal mövqe qazanır. Bir daha vurğulamaq yerinə düşər ki, bütün bu uğurların və nailiyyətlərin əsasında 15 İyun-Milli Qurtuluş Günü atılmış dövlətçilik təməli dayanır. Və biz Heydər Əliyev ideyaları işığında müstəqil Azərbaycanımızın hörmətli Prezidentimiz İlham Əliyevlə daha yüksək zirvələr fəth edəcəyinə, bu ideal uğrunda aparılan siyasətin qalibiyyətinə hər zaman qəlbən inanırıq.

 

 

RƏFİQƏ HÜSEYNOVA

 

Səs.-2011.- 14 iyun.- S. 5.