Heydər Əliyev zirvəsindən bütöv bir xalqın - Azərbaycan xalqının dünəni, bugünü sabahı görünür

 

15 İyun Milli Qurtuluş Günü müstəqilliyimizin tarixinə şanlı səhifə kimi yazılıb. Azərbaycan xalqı milli qurtuluş mübarizəsinin tarixini yad edərkən, bu tarixin yaradıcısı, Ümummilli Liderimiz Heydər Əliyevi xatırlayır, ölkəmizin qüdrətlənməsi, müstəqilliyimizin qorunub möhkəmlənməsində Onun məqsədyönlü siyasətinə diqqət yetirir. Ulu Öndər Azərbaycanı zamanın ən çətin sınaqlarından çıxarıb, ölkənin iqtisadi, siyasi və mədəni tərəqqisinə nail olaraq, bütün sahələrdə vüsət almış inkişaf proseslərinə təkan verdi.

 

YAP Binəqədi rayon təşkilatı idarə heyətinin üzvü, YAP Binəqədi rayon qadınlar şurası idarə heyətinin üzvü Adilə Orucova:

- Ulu Öndər Heydər Əliyevin Vətəni qarşısında misilsiz fədakarlığı Onu Azərbaycanın qurucusu memarına çevirdi. Son dərəcə mürəkkəb şəraitdə siyasi hakimiyyətə gələn Heydər Əliyev qısa müddət ərzində Azərbaycanı demokratik təsisatların fəaliyyəti üçün geniş şərait yaradıldığı ölkəyə, hərtərəfli əməkdaşlığa hazır tərəfdaşa çevirdi. Fəlakət qarşısında olan Azərbaycan düşdüyü vəziyyətdən Ümummilli Liderin əzmi və iradəsi ilə xilas oldu. Müstəqilliyimizin iqtisadi bünövrəsinin möhkəmlənməsi və Azərbaycanın bu gün dünyada bənzəri olmayan sürətlə davamlı inkişafına zəmin yaratdı. Heydər Əliyev liderlik keyfiyyətləri ilə dünyanın siyasi elitasının ən uca zirvəsində duran nəhəng şəxsiyyətlərdəndir. Bu zirvədən bütöv bir xalqın - Azərbaycan xalqının dünəni, bugünü sabahı görünür. Bu dahi şəxsiyyətin fəaliyyətinin hər səhifəsi Azərbaycanın son yarıməsrlik tarixinin mərhələləri ilə üst-üstə düşür. Ona görə də ən yeni tariximizi Ümummilli Lider Heydər Əliyevdən ayrı təsəvvür etmək mümkün deyildir.

   Müstəqil dövlətimizin 15 iyun tarixinə qədər mövcud olan mühiti olduqca dözülməz, hətta müstəqilliyin belə itirilməsi ilə üz-üzə qalan bir zaman idi. Azərbaycan xalqı və Azərbaycan dövləti də belə bir böhranı müstəqilliyinin ilkin illərində yaşadı. 1991-1993-cü illər ərzində Azərbaycana rəhbərlik edən qüvvələrin səriştəsizliyindən torpaqlarımız işğala məruz qaldı. Heydər Əliyev irsinə müasir dövrümüzdə bu şəkildə böyük marağın, məhəbbətin yaranması, eləcə də, Onun fəaliyyətinin araşdırılması məhz bu məqsəddən irəli gəlir. Heydər Əliyevin Qayıdışı ilə Azərbaycan dünyaya inteqrasiya olunmağa başladı. 1993-cü il 15 iyun tarixi Azərbaycanın həyatına böyük bir tarixi gün, Milli Qurtuluş Günü kimi daxil oldu. Əgər bu gün olmasaydı, Azərbaycan dünya birliyinə daxil ola bilməz, həqiqətləri bəşəriyyətə, ictimaiyyətə çatdırmaqda belə güc göstərə bilməzdi. Dahi öndərin ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, Azərbaycan xalqı Onun rəhbərliyi altında xoşbəxt gələcəyə doğru qətiyyətlə addımlayır. Ölkəmizdə həyata keçirilən irimiqyaslı layihələr Azərbaycanın daha da inkişafına geniş yollar açır. Prezident İlham Əliyev tərəfindən təhsil, mədəniyyət, səhiyyə sahəsində aparılan islahatlar dövlətimizin dünya standartları səviyyəsində qurulmasına gətirib çıxarır. Nailiyyətlər nəticəsində ölkəmizdə quruculuq-abadlıq işləri görülmüş, infrastruktur layihələr həyata keçirilir ki, bu da dövlət siyasətinin əsas istiqaməti olaraq özünü büruzə verir.

 

YAP Binəqədi rayon Gənclər Birliyinin Binəqədi qəsəbəsi üzrə ilk ərazi təşkilatının  sədri Rəşad Cabbarov:

- Ümummilli Lider Heydər Əliyev müstəqil dövlətimizin yaranmasında, inkişafında və dünyada tanınmasında əvəzsiz rola malik siyasətçidir. Azərbaycan dövlətinin olum ölüm dilemması qarşısında olduğu dövrdə Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtdı. Hakimiyyətə qayıtdıqdan sonra həyata keçirdiyi islahatlar, yeritdiyi siyasət nəticəsində Azərbaycanı bütün dünyaya tanıdan Ümummilli Lider xalqımızın seçimində yanılmadığını sübut etdi.

Demokratik dəyərlərin formalaşdığı bir dövrdə Azərbaycan xalqının təhlükəsizliyini təmin edən 15 İyun Milli Qurtuluş Günü Azərbaycanın müstəqillik tarixində mühüm rola malikdir. Həmin tarixə qədər ölkəni bürümüş acınacaqlı vəziyyətə qarşı məntiqli, iradəli gücünü ortaya qoyaraq, təkid və tələblə Ümummilli Liderin hakimiyyətə qayıdışı xalqın tarixinə xilaskarlıq günü kimi iz saldı. Bu tarixi gün Azərbaycanı bürümüş olan fəlakətdən, xaosdan, böhrandan xilas etdi. Bundan sonra Azərbaycan yeni bir inkişaf mərhələsinə qədəm qoydu. Ölkənin faciələrdən qurtuluşunun təməli qoyuldu. Ulu Öndər bu qayıdışla Azərbaycan dövlətinin və xalqının mövcudluğunu təmin etmiş oldu. Onun fəaliyyət istiqamətinin  bir qolunu da gənclər siyasəti təşkil etdiyindən, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması, ölkədə hüquqi-demokratik dövlət quruculuğu prosesinin həyata keçirilməsi istiqamətində gənclərin ayrı-ayrı siyasi qurumlarda deyil, ümummilli dövlət mənafeləri əsasında səfərbər olunması, vahid gənclər siyasətinin hazırlanıb həyata keçirilməsi zərurətini irəli sürdü. Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərə xüsusi diqqət qayğı özünü büruzə verdi. Heydər Əliyev gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi. Bu məqsədlə Onun imzaladığı məlum Fərman və sərəncamları gənclər siyasətində önəmli rola malik oldu. Həmin rəsmi sənədlərə əsasən, gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual mənəvi inkişafı, asudə vaxtın təşkili problemlərinin həlli, hüquqların müdafiəsi, respublikanın ictimai-siyasi mədəni həyatında iştirakı ilə bağlı məsələlərə diqqət yetirildi.

 

Tibb elmləri üzrə fəlsəfə doktoru Nağdəli Zamanov:

- Ümummilli Lider Heydər Əliyev siyasi xətti Azərbaycanın iqtisadi tərəqqisinə gətirib çıxarmışdır. Bütün sahələrdə olduğu kimi, səhiyyənin inkişafına da dövlət tərəfindən daim yüksək diqqət və qayğı göstərilir. Səhiyyə sahəsində dövlət siyasətinin başlıca məqsədi ölkə vətəndaşlarının sağlamlığının yaxşılaşdırılmasından, əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsindən ibarətdir. Son illər səhiyyənin maddi-texniki bazası möhkəmlənib. Bu, Heydər Əliyev yeritdiyi uğurlu siyasətin əsasında mövcud olmuşdur.

Heydər Əliyevin siyasi arenaya qayıdışı nəticəsində əhalinin sağlamlığının qorunması sahəsində əhaliyə tibbi yardım göstərilməsi sistemində islahatlar aparılması ciddi dönüşlə nəticələndi. Yalnız 1993-cü ildə respublikada səhiyyə sektorunda vəziyyətin qiymətləndirilməsinə dair səylər göstərildi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkəyə yenidən rəhbərliyinin ilk günlərindən başlayaraq Azərbaycanda tibb elminin, tibbi təhsili sisteminin möhkəm bünövrəsi qoyuldu. Ulu Öndərimiz Heydər Əliyevin 2001-ci il iyunun 16-sında Azərbaycanın tibb işçilərinə müraciətində deyilir: Tibbin insan cəmiyyəti ilə yaşıd olan bir tarixi var sizbütün fəaliyyətinizi bu sahə ilə bağlayaraq həyatınızı olduqca qədim, nəcib və xeyirxah bir işə - insanların sağlamlığının qorunması işinə həsr etmisiniz. Keçid dövrünü yaşayan digər ölkələr kimi, Azərbaycan da hazırda bir çox sosial problemlərlə üzləşmişdir. Belə bir şəraitdə əhalinin sağlamlığının mühafizəsi və tibbi xidmətin yaxşılaşdırılması istiqamətində irəliyə doğru atdığınız addımlar və əldə etdiyiniz uğurlar bizi sevindirir”.

Ulu Öndərimiz deyirdi: “Mən həkimi çox sevirəm, səhiyyəni çox sevirəm, deyə bilərəm ki, mən sizlərin dostuyam. Siz isə mənim bir nömrəli dostumsunuz”. Bizləri, tibb işçilərini, səhiyyədə çalışanları özünə bir nömrəli dost adlandıran Heydər Əliyevin müqəddəs ruhu qarşısında vəzifəmiz Onun ideyalarını gerçəkləşdirmək, ölkə səhiyyəsini yüksək ixtisaslı kadrlarla təmin etməkdir.

      

 

Zümrüd

 

Səs.- 2011.- 14 iyun.- S. 3.