Yeni Azərbaycan
Partiyası “Silahlı Qüvvələrə Yardım Fondu”na
dəstək məqsədilə xeyriyyə konserti keçirdi
Dünən Yeni Azərbaycan
Partiyasının təşkilatçılığı ilə
Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində
(keçmiş Şəhriyyar adına saray) “Silahlı Qüvvələrə
Yardım Fondu”na dəstək məqsədilə xeyriyyə
konserti keçirildi. Tədbirdə Milli Məclisin deputatları,
tanınmış ictimai-siyasi xadimlər, KİV nümayəndələri
iştirak etmişdir.
Ölkənin
ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan
Partiyasının həyata keçirdiyi siyasətin əsasında
dövlətə, xalqa xidmət dayanır. Milyonların partiyasına çevrilən YAP keçirdiyi xeyriyyə tədbirləri
ilə də daim ictimaiyyətin rəğbətini qazanıb.
Yeni Azərbaycan Partiyasının 15 iyun Milli Qurtuluş
günü və 26 iyun Silahlı Qüvvələr
günü münasibətilə Silahlı Qüvvələrə
Yardım Fonduna dəstək məqsədilə keçirdiyi
xeyriyyə konserti də bu tədbirlər silsiləsindəndir.
Tədbirdə YAP-ın üzvü olan müğənnilərin
ifasında səslənən mahnılarda Ulu Öndər Heydər
Əliyevin hakimiyyətə qayıdışından sonra
keçdiyi inkişaf yolu, bu günümüz və
sabahımız, dövlətimizin, millətimizin müstəqiliyinin
dayağı olan ordumuzun qüdrəti bir daha mərasim
iştirakçılarının diqqətinə
çatırıldı.
Tədbirdə
qeyd olundu ki, xeyriyyə konserti zamanı toplanan vəsait Silahlı
Qüvvələrə Yardım Fonduna köçürüləcək.
Tədbir çərçivəsində 15 iyun Azərbaycanın
inkişaf yolunun başlandığı tarix olduğu
vurğulandı.
Tədbirdə
Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsi
heyəti Azərbaycan Ordusunun 93 illik yubileyi münasibətilə
təbrik edildi, onlara vətənə xidmətdə
böyük uğurlar arzulandı.
Bildirildi ki, 26 iyun Azərbaycan tarixində ən önəmli
günlərdən biridir. 1918-ci ildə Azərbaycan Demokratik
Respublikasının ordusu yaradılıb. Hazırkı
Silahlı Qüvvələrimiz həmin ordunun varisi kimi,
öz işinin öhdəsindən yüksək səviyyədə gəlir. Biz də öz ordumuzla fəxr
edirik. Hər hansı məmləkət onda güclü olur
ki, onun möhkəm iqtisadiyyatı və güclü ordusu
var. Bu gün Azərbaycanda da güclü və qüdrətli ordu yaradılıb. Ulu Öndər
Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra ordu quruculuğu sahəsində
əsaslı islahatlar aparıldı. İftixarla qeyd edə
bilərik ki, Azərbaycanın Silahlı Qüvvələri Cənubi
Qafqazın ən güclü ordusu kimi nəinki ölkəmizin
təhlükəsizliyinə, habelə, bölgədə
sülhə və əminamanlığa ən böyük təminatdır.
Bu gün dövlət başçısı İlham Əliyevin
həyata keçirdiyi mühüm islahatlar nəticəsində
respublikamızda sosial-iqtisadi sahədə əldə olunan
böyük uğurlar Vətənimizin hərbi qüdrətinin
artmasına və hücumçu diplomatiya kursunun səmərəli
şəkildə həyata keçirilməsinə əhəmiyyətli
zəmin yaratmışdır. Təkcə bu faktı
xüsusu deyd etmək olar ki, son 7 ildən artıq dövr ərzində Azərbaycanın hərbi xərcləri
on iki dəfədən çox artıb. Hərbi büdcəmiz
3 milyard dollardan artıqdır. Bu göstərici Ermənistanın
ümumi dövlət büdcəsindən çoxdur. Bu
gün gənclərimiz orduya böyük inam və ruh
yüksəkliyi ilə gedir, silahlı qüvvələrimizin
sıralarında sağlam, milli vətənpərvərlik əhval-ruhiyyəsi
hökm sürür. Dövlətçiliyi göz bəbəyi
kimi qoruyan Azərbaycan ordusu ilə xalqın vəhdəti əbədidir.
Hər bir Azərbaycan vətəndaşı ölkə
Prezidenti, Ali Baş Komandan İlham Əliyevin çağırışı ilə
müqəddəs torpaqlarımızı düşməndən
azad etməyə hazırdır. Bu ali məqsəd naminə hər
birimiz sabahın əsgəri, zabiti,
döyüşçüsü olmaqdan qürur duyuruq.
Məlumat
üçün qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinə
Yardım Fondu Ulu Öndər
Heydər Əliyevin 17 avqust 2002-ci il tarixli Sərəncamı
ilə yaradılıb. Fondun əsasnaməsinə görə,
yığılan vəsait Silahlı Qüvvələrin
maddi-texniki bazasının inkişafı, hərbi təyinatlı
məmulatların hazırlanmasına, sınaqdan keçirilməsinə,
onların istehsalına, təmirinə və modernləşdirilməsi,
hərbi elmi-tədqiqat və konstruktor-sınaq işlərinin
aparılması, hərbi texnika, silah və döyüş
sursatının alınması, hərbi kadrların
hazırlanmasına, onların ixtisasının
artırılması, hərbçilərin sosial və məişət
problemlərinin həlli məqsədlərinə yönəldilə
bilər.
Yeni
Azərbaycan Partiyası mütəmadi olaraq keçirdiyi
xeyriyyə tədbirlərində toplanan vəsaiti Azərbaycan
Silahlı Qüvvələrinə Yardım Fonduna
köçürür.
Əli Əhmədov: “Bu
konsert YAP üzvləri tərəfindən təşkil olunub
və burada toplanan vəsait “Silahlı Qüvvələrə
Yardım Fondu”na köçürüləcək”
Yeni
Azərbaycan Partiyasının Sədr müavini, İcra
katibi, millət vəkili Əli Əhmədov tədbirlə
bağlı məlumat verərək bildirdi ki, xeyriyyə
konserti Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan
Respublikası Silahlı Qüvvələrinə Yardım
Fonduna dəstək vermək məqsədilə keçirilir:
“Bilirsiniz ki, YAP həmişə bu və digər formada Azərbaycan
Silahlı Qüvvələrinə maddi və mənəvi
aksiyalar keçirib. Biz belə hesab edirik ki, bu
partiyamızın hər bir üzvünün vətəndaşlıq
borcudur. Eyni zamanda, düşünürəm ki, bu konsertin təşkil
edilməsi bir tərəfdən YAP-ın ordu quruculuğu,
ordumuzun gücünün və qüdrətinin
artırılmasına dəstəyini ifadə edir. Nəzərinizə
çatdırmaq istəyirəm ki,
tamaşaçıların qarşısında YAP-ın
üzvləri olan müğənnilər, mədəniyyət
xadimləri çıxış edirlər. Beləliklə,
konsert bütövlükdə partiyamızın üzvləri
tərəfindən təşkil edilib. Buradan toplanan vəsait
Silahlı Qüvvələrin Yardım Fonduna
köçürüləcək”.
Bahar Muradova: “Xeyriyyə
konserti YAP-ın növbəti uğurlu tədbiridir”
Milli Məclisin sədr
müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova
isə çıxışında bildirdi ki, xeyriyyə
konserti YAP-ın növbəti uğurlu tədbiridir: “Bu tədbir
həm Milli Qurtuluş Gününə, həm də Azərbaycan
Silahlı Qüvvələri gününə həsr olunub. Burada əsas məqsəd
Silahlı Qüvvələrə Yardım Fonduna vəsait
toplanması üçün YAP-ın üzvləri maddi və
mənəvi imkanlarını bir araya gətirməsidir. Bu
xeyriyyə konserti əlbəttə ki, partiyamızın
çoxsaylı tədbirlərindən biridir. Tədbir həmçinin,
cəmiyyətə bir çağırışdır. Azərbaycan
vətəndaşlarına çağırışdır
ki, onlar ordunun inkişafını unutmasınlar və daim diqqətdə
saxlasınlar. Hesab edirəm ki, bizim tədbirin ardınca bu
kimi xeyriyyə tədbirləri Silahlı Qüvvələrə Yardım Fondu üçün ediləcək.
Bizim məqsədimiz də budur ki, xalq öz ordusuna daim diqqət
göstərsin”.
Məlahət
İbrahimqızı: “Düşünürəm ki, belə
bir nəcib, vətənpərvər aksiyaya bütün siyasi
partiyalar qoşulmalıdır”
YAP
Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin
deputatı Məlahət İbrahimqızı
çıxışında Yeni Azərbaycan Partiyası cəmiyyətin
aparıcı siyasi təşkilat olduğunu söylədi:
“YAP, eyni zamanda, müntəzəm olaraq sosial layihələr həyata
keçirir. 15 İyun Milli Qurtuluş Günü və 26 İyun
Silahlı Qüvvələr münasibətilə belə bir
aksiyanın keçirilməsi
böyük təşəbbüsdür, fəaliyyətdir,
niyyətdir. Düşünürəm ki, belə bir nəcib,
vətənpərvər aksiyaya bütün siyasi partiyalar
qoşulmalıdır. Silahlı Qüvvələrə
Yardım Fondu Ulu Öndər Heydər Əliyevin Sərəncamı
ilə yaradılıb. Məqsəd xalqla ordunun birliyinə
nail olmaqdır. Ulu Öndər Heydər Əliyev bildirirdi ki,
xalqla ordunun birliyi həm xalqın, ölkənin qüdrətini
artırır, həm də ordunu daha da qüvvətli edir.
Orduya qayğı, hörmət cəmiyyətin, xalqın
şərəfli vəzifəsidir. Azərbaycanın iqtisadi
qüdrəti günbəgün artır. Büdcəmizdə
ilbəli artım inkaredilməzdir. Təbii ki, iqtisadi artım
digər sahələrin də inkişafına öz müsbət
təsirini göstərir. Azərbaycan dövlətinin
büdcədən ayrılmalarda daha çox diqqət göstərdiyi
sahələrdən biri ordu
quruculuğudur. Azərbaycanın hərbi büdcəsi Ermənistanın
dövlət büdcəsindən çoxdur. Bu dövlətimizin
orduya göstərdiyi diqqət və qayğının bariz
nümunəsidir. Güclü ordu qüdrətli dövlət
deməkdir. 15 İyun Milli Qurtuluş Günü və
qarşıdan gələn 26 İyun Silahlı Qüvvələr
Günü münasibətilə
xalqımızı təbrik edir, bu inamı böyük
əminliklə ifadə edirik ki, tezliklə işğal
altında olan torpaqlarımız azad olacaq,
soydaşlarımız öz doğma yurd-yuvalarına
qayıdacaq, Azərbaycan daha da qüdrətlənəcək,
zənginləşəcək”.
Əhməd
Vəliyev: “Yeni Azərbaycan Partiyası həmişə
xeyriyyəçiliklə məşğul olmaqla
yanaşı, geniş və əhəmiyyətli layihələr
həyata keçirir”
Millət vəkili Əhməd
Vəliyev Yeni Azərbaycan Partiyasının təşkilatçılığı
ilə keçirilən xeyriyyə konsertinin 15 İyun Milli
Qurtuluş Günü bayramına təsadüf etdiyini
bildirdi: “Yeni Azərbaycan Partiyası həmişə xeyriyyəçiliklə
məşğul olmaqla yanaşı, geniş və əhəmiyyətli
layihələr həyata keçirir. Bu baxımdan bu günkü
xeyriyyə konserti də Ümummilli Liderimiz Heydər Əliyevin
Qayıdış günündə keçirilir.
Göründüyü kimi, keçirilən bu tədbir də
yüksək səviyyədə təşkil olunub. Hər bir
Azərbaycan vətəndaşı belə bir tədbirlərdə
birlik nümayiş etdirməlidir”.
İradə Hüseynova:
“Yeni Azərbaycan Partiyası həmişə bu və ya digər
formada aksiyalar keçirir və bu da cəmiyyət tərəfindən
müsbət qaşılanılır”
Azərbaycan
Respublikasının təhsil nazirini müavini İradə
Hüseynova Yeni Azərbaycan Partiyasının keçirdiyi
bütün tədbirlərin cəmiyyət tərəfindən
yüksək dəyərləndirildiyini söylədi: “Vətənini
sevən hər bir kəs Azərbaycanın uğurlu
inkişafı yolunda üzərinə düşən öz
missiyasını tam məsuliyyəti ilə yerinə yetirməlidir.
Bu gün Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri, millət vəkili
Mehriban xanım Əliyevanın gördüyü xeyriyyə
işlər beynəlxalq ictimaiyyət tərəfindən
yüksək qiymətləndirilir. Bu gün tam əminliklə
deyə bilərik ki, Azərbaycan bütün sahələrdə
böyük inkişaf yolundadır. Bu baxımdan Yeni Azərbaycan
Partiyasının bu günkü tədbiri də cəmiyyətimiz
tərəfindən yüksək dəyərləndirilir. Çünki Yeni
Azərbaycan Partiyası həmişə bu və ya digər
formada aksiyalar keçirir və bu da cəmiyyət tərəfindən
müsbət qaşılanılır”.
Aydın Quliyev: “YAP-nın
belə tədbirlər keçirməsi bir daha onu göstərir
ki, bu partiya siyasi fəaliyyət göstərməklə
yanaşı, eyni zamanda dövlətçilik kondeksində
olan məsələlərlə də məşğul
olur”
“Bakı xəbər” qəzetini
baş redaktoru Aydın Quliyev YAP-nın keçirdiyi belə tədbirləri
müsbət dəyərləndirdi: “Yeni Azərbaycan
Partiyasının belə tədbirlər keçirməsi bir
daha onu göstərir ki, bu partiya siyasi fəaliyyət göstərməklə
yanaşı, eyni zamanda cəmiyyətin ən geniş
kütlələrinin marağında və dövlətçilik
kondeksində olan məsələlərlə də məşğul
olur. Bu təqdirə
layiq bir addımdır. İnanıram ki, cəmiyyətimizdə
bir sıra məsələlrlə bağlı belə bir
aksiyaların keçirilməsi davamlı olacaq və bu tədbirləri
nümunə saymaq oldar”.
Şahlar Əsgərov:
“YAP-nın bugünkü tədbiri də xeyirli
başlanğıcdır və inanıram ki, bu
başlanğıc çox gözəl nəticə verəcək”.
YAP İdarə Heyətinin
üzvü, professor Şahlar Əsgərov belə tədbirlərin
cəmiyyət tərəfindən də müsbət dəyərləndirildiyini
vurğuladı: “Bir halda ki, cəmiyyətimiz demokratik, liberal əsaslarla
qurulursa, ona görə də insanlara imkan, şərait
yaratmaq lazımdır ki, müəyyyən ictimai proseslərə
öz münasibətlərini bildirsinlər. Belə xeyriyyə
vasitəsi ilə əsgərlərimizi, xəstə
uşaqları, talantlı, istedadlı gənclərimizi
müdafiə edə bilərik. Yeni Azərbaycan Partiyası həmişə
həyata keçirdiyi layihələr uğurlu olub.
Bugünkü tədbir də xeyirli başlanğıcdır.
İnanıram ki, bu başlanğıc çox gözəl nəticə
verəcək”.
YAP-ın
üzvü olan sənətçilər də bu xeyriyyə
konsertini yüksək qiymətləndiriblər. Gənc
müğənni Kərim hesab edir ki, belə xeyriyyəçilik
xalqımızın mentalitetindən irəli gəlir:
“Ümumiyyətlə, xeyirxahlıq, humanist addımlar
xalqımızın gözəl ənənələrindən
biridir. Belə bir xeyriyyə konsertini təşkil edən
insanlara da təşəkkür edirəm. Eyni zamanda, hesab edirəm
ki, bu cür xeyriyyə tədbirləri ildə bir neçə
dəfə təşkil edilsə daha yaxşı olar.
Çünki bütün bunlar xalqımızın necə
gözəl ənənələrə malik olduğu
bütün dünyaya nümayiş etdirir”.
“Evrovision
2010” mahnı müsabiqəsində ölkəmizi təmsil edən
Səfurə Əlizadə də xeyriyyə konserti ilə
bağlı fikirlərini bölüşərkən
YAP-ın bu tədbirinin yükəsk dəyərə malik
olduğunu bildirib: “İlk növbədə, 15 İyun Milli
Qurtuluş Gününün əhəmiyyətini qeyd etmək
istəyirəm. Xalqımızın çox çətin
anlarında Ulu Öndərimiz Heydər Əliyev dövlətimizi
məhv olmaq təhlükəsindən xilas edib. Məhz Onun qətiyyəti
və əzəməti sayəsində Azərbaycanımız
çətin böhranlardan qurtularaq böyük inkişaf
yoluna çıxdı. Ona görə də, hamımız bu
bayramı böyük sevinc hissi ilə qeyd edirik. Bu xeyriyyə
konserti həmçinin Silahlı Qüvvlərəmizə dəstək
məqsədilə keçirilir. Ordu bizim qürur yerimizdir. Nəzərə
alsaq ki, torpaqlarımız hələ də işğal
altındadır, onda hər bir vətəndaş ordumuza
qayğı ilə yanaşmalıdır. Bu mənada
YAP-ın bu təşəbbüsü yalnız və
yalnız alqışlanmalıdır. Mən həmçinin,
bu konsertin çox gözəl təşkil edildiyini də
vurğulamaq istəyirəm”.
Xalq
artisti Faiq Ağayev də bizimlə söhbətində 15
İyun Milli Qurtuluş Gününün tarixi əhəmiyyyəti
haqqında fikirlərini bildirib: “Bizim üçün fəxarətli
bir gündür. Çünki 1993-cü ilin iyun ayında Ulu
Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə
qayıtmaqla xalqımızı
və dövlətimizi fəlakətlərdən xilas etdi. Ona
görə də, Milli Qurtuluş Günü
bütövlükdə dövlətimiz üçün
önəmlidir”. F.Ağayev Azərbaycan Silahlı Qüvvələrinin
bayramının da tariximizdə xüsusi yer tutduğunu
bildirib. Onun sözlərinə görə, hələ Xalq
Cümhuriyyəti dövründə əsası qoyulan Azərbaycan
milli ordusu görkəmli sərkərdələr
yetişdirib: “Azərbaycan torpaqlarının bir hissəsinin
işğalda olması ordumuza daha da çox diqqət yönəltməyimizi
zəruri edir. Bu mənada mən YAP-ın bu təşəbbüsünü
yüksək qiymətləndirirəm. Ümumxalq partiyası
olan bu siyasi təşkilat həmişə insanların,
dövlətin mövqeyindən çıxış edir. Bu tədbir
də fikrimin təsdiqi ola bilər”.
Konsertdə
sənətçilərdən Elza Seyidcahan, Ədalət
Şükürov, Nadir Qafarzadə, Aygün Bəylər, Nura
Suri, Elnur Hüseynov, Sevda Yəhyayeva
və digərləri də çıxış etdilər.
Qeyd
edək ki, tədbirdən toplanan vəsait “Silahlı Qüvvələrə
Yardım Fondu”na keçiriləcəkdir. Konsertin gedişində
elan olunub ki, “Silahlı Qüvvələrə Yardım
Fondu”na 25 min manatdan artıq vəsait toplanıb.
RƏFİQƏ
KAMALQIZI
Səs.-
2011.- 17 iyun.- S. 8-9.