Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı Beyləqan rayonunda sürətlə həyata keçirilir
Birinci Dövlət
Proqramının
uğurlu davamı
olan 2009-2013-cü illəri
əhatə
edən ikinci
Dövlət
Proqramının
icrası da reallaşmaqdadır. Ölkənin
regionlarında müasir
infrastruktur yaradılması
məsələlərinə
toxunan Prezident İlham
Əliyev
demişdir: “Regionlarda müasir infrastrukturun yaradılması
məsələsi
öz həllini
tapdı. Regionların
siması dəyişdi,
şəhərlərimiz
öz qədim
simasını saxlamaqla müasirləşdi, gözəlləşdi, abadlaşdı.
İnsanlar üçün çox
gözəl
şərait yaradıldı,
infrastruktur layihələri
icra edildi, sosial
obyektlərin tikintisinə
böyük
diqqət göstərildi.
Bir sözlə,
bölgələrdə,
ən ucqar yerlərdə
yaşamaq üçün
daha da yaxşı
şərait yaradılmışdır”.
Beyləqan: qədim bölgənin ən yeni tarixi hərtərəfli inkişafla əlamətdardır
Mil düzünün
zəhmət
meydanı, hünər
qalası olan Beyləqan
bu gün
özü boyda quruculuq,
yeniləşən bödgəyə
çevrilib. Kürlə
Araz arasındakı
bu münbit
ərazi
tarixi yüksəlişin,
çiçəklənmənin
şahidi olmuşdur.
Ulu Öndər
Heydər Əliyevin
Azərbaycana birinci
dəfə rəhbərliyi
dövründə
də Beyləqanda
iqtisadi həyat
dirçəlmiş, sosial-mədəni
sahə inkişaf
etmişdi. Ümummilli Lider Heydər
Əliyevin
1993-cü ilin yayında
xalqın tələbi
ilə hakimiyyətə
qayıdışı Beyləqanın
taleyində həlledici
rol oynamış, bölgənin
işğalı təhlükəsi
sovuşdurulmuş, rayon
dirçəliş və
yeniləşmə yoluna
qədəm
qoymuşdur. Prezident
İlham Əliyevin təşəbbüsü
və rəhbərliyi
ilə həyata
keçirilən
regional inkişaf
proqramı isə qədim
torpağa yeni
həyat gətirmişdir.
Beyləqan şəhəri, bütün
yaşayış məntəqələri
tanınmaz dərəcədə
dəyişmişdir.
Rayona budəfəki
səfərimiz
zamanı hər
addımda yeniliklə,
yüksək
inkişaf göstəriciləri
ilə üzləşdik,
uğurlarla
Uğurların möhkəm təməli
Ərazisi
1131 kv.km olan
Beyləqan rayonunda
87 min nəfərdən
çox əhali yaşayır. Son
bir ildə rayonda
əhalinin
sayı 1,4 min nəfər
artaraq 86,5 min nəfərə
çatmışdır. Rayona
gələnlərin
sayı 316, gedənlərin
sayı isə 21 nəfər
olub. Bu, son
12 ildə ən yaxşı
göstəricidir.
Rayon iqtisadiyyatının
əsasını
aqrar sahə təşkil
edir. Əkinçilik
və maldarlıq
aparıcı sahələrdir.
Ötən ildə
rayon iqtisadiyyatında
məhsul istehsalının
ümumi həcmi
faktiki qiymətlərlə
93,2 milyon manat təşkil
etmişdir. Məhsul
buraxılışının
adambaşına düşən
həcmi 1050 manat
təşkil edərək, əvvəlki
ilin müvafiq
dövründəkinə
nisbətən
1,0 faiz artmışdır. Ümumi
həcmin 50 milyon
manatı (73,8 faiz) iqtisadiyyatın
istehsal, 17,8 milyon manatı
(26,2 faiz) xidmət
sahələrinin
payına düşür. Bu
sahələrdə
əlavə dəyər
müvafiq olaraq
0,7 və 4,0 faiz artmışdır.
Ötən
ildə rayonun iqtisadi və sosial sahələrinin
inkişafı
üçün bütün
maliyyə mənbələri
hesabına qoyulan
vəsaitin məbləği
8,3 milyon manatı təşkil
etmişdir. Onun
6,1 milyon manatı və
ya 73,3 faizi tikinti-quraşdırma
işlərinə
yönəldilmişdir.
Təhsil və səhiyyədə modern standartlar
Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramının
digər rayonlarda olduğu kimi,
Beyləqan rayonunun həyatında
özünün
səmərəli
həllini tapmaqdadır. Rayonda
sosial-iqtisadi və
mədəni-quruculuq işləri
yüksək
templə aparılır. 2010-2011-ci
tədris ilinin
əvvəlində
Beyləqan rayonunda
54 orta ümumtəhsil
məktəb
fəaliyyətdə
olubdur. Məktəblərdə
təhsil alan
şagirdlərin sayı
12925 nəfərdir.
Mövcud pedaqoji işçilərin
sayı 1910 nəfərdən
çoxdur. Məktəblərdə
1038 sinif otağı, 65 laboratoriya,
5 akt zalı, 20 idman
zalı, 12 yeməkxana,
51 kitabxana var. Rayonda
30 məktəbdənkənar
uşaq müəssisəsi
fəaliyyət
göstərir.
Rayon əhalisinə 1 mədəniyyət
və istirahət
parkı, 55 idman qurğusu,
47 kitabxana, 4757 yeri olan
17 kənd mədəniyyət
evi, 1470 yeri olan
18 klub, 700 yerlik rayon
mədəniyyət
sarayı xidmət
göstərir.
Rayonda tarix-diyarşünaslıq
və Heydər
Əliyev
muzeyləri var.
Son beş ildə
dövlət
proqramı çərçivəsində,
Heydər Əliyev
Fondunun təşəbbüsü
ilə 1680 yerlik 7 ümumtəhsil
məktəbi
binası, yardımçı
korpus tikilib istifadəyə
verilibdir. 22 məktəbdə
əsaslı, 23 məktəbdə
isə cari təmir
işləri
aparılıb,
220 yerlik 1 orta məktəb
tikilib, 6 məktəbdə
əsaslı və cari
təmir işləri
görülübdür.
Rayon əhalisinə 565 çarpayısı
olan 11 xəstəxana,
28 ambulator-poliklinika müəssisəsi,
113 həkim, 327 nəfər
orta tibb işçisi
xidmət göstərir.
Bu statistik məlumatları
qeyd edərkən
həm də
onu nəzərdə
tuturuq ki, Dövlət
Proqramının
icrasına uyğun
olaraq növbəti
illərdəki
tədbirləri
müqayisə edərkən
ölkəmizin ildən-ilə
necə böyük
sürətlə
inkişafının
qürurunu ayrı
bir ovqatla yaşayaq.
Tikinti-quruculuq
Dövlət
Proqramında yol infrastrukturu üzrə nəzərdə
tutulmuş tədbirlərə uyğun olaraq respublika və
yerli əhəmiyyətli avtomobil yollarının 43,1 kilometr
hissəsi əsaslı təmir olunubdur. 45,4 kilometr yol dənəvər
asfalt-beton qarışığı ilə tikilib, 31,6 kilometr
qara örtüklə üzlənibdir. Bu yolların 93,5 min
kvadratmetrində orta təmir işləri
aparılıbdır. 15 yaşayış məntəqəsinin
daxili yollarına 92,8 min kvadratmetr yeni asfalt örtüyü
salınıb, 84,1 kilometrdə müvafiq təmir-tikini işləri
aparılıbdır. Şəhərdaxili küçə və
prospektərin 31,5 min kvadratmetr, səkilərin və ictimai həyətlərin
isə 7,7 min kvadratmetr hissəsi dənəvər asfalt beton
qarışığından tikilibdir. 4,5 kilometr uzunluqda yeni səkilər
salınıb, 99 min kvadratmetr tamet və üzlük dekorativ
daş döşənibdir. Rayonda uğurlu start
götürmüş yenidənqurma, tikinti-abadlıq və mədəni
quruculuq işləri ötən il daha intensiv davam etdirilir.
Qarabağ müharibəsi əlilləri və şəhid ailələri
üçün 24 mənzilli yaşayış binası
tikilib, 81 saylı Beyləqan Dairə Seçki
Komissiyasına, Meliorasiya İdarəsinə, Əhalinin Sosial
Müdafiəsi Mərkəzinə, Məşğulluq Mərkəzinə
və Əmək Müfəttişliyinə, “Texnikabank”a yeni
inzibati binalar tikilib istifadəyə verilibdir.
Ümumiyyətlə,
bütün bu uğurlu işlər, onu deməyə əsas
verir ki, Beyləqan rayon ictimaiyyəti Ümummilli Liderimiz Heydər
Əliyevin ideyalarını uğurla həyata keçirən
ölkə Prezidenti İlham Əliyevin daxili və xarici siyasət
xəttini dəstəkləyir və müdafiə edirlər.
RƏFİQƏ
KAMALQIZI
Səs.-
2011.- 17 iyun.-S. 7.