Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva “Türk dünyasına xidmət” mükafatına layiq görülüb

 

Bu, Azərbaycan-Türkiyə dostluq qardaşlıq əlaqələrinin bir nümunəsidir

 

Ümummilli Lider Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarının təbliği istiqamətində yorulmadan çalışan Heydər Əliyev Fondu artıq dünyada özünə qarşı münasibəti formalaşdıra bilib. Müxtəlif sahələri əhatə edən fəaliyyətinin nəticəsində Azərbaycanın hüdudlarından kənarda özünü təsdiqləyib.

Qeyri-hökumət qurumu olaraq Azərbaycanla bağlı irimiqyaslı layihələri gerçəkləşdirən fond 7 illik fəaliyyətində neçə onillikləri əhatə edən layihələrə imza atmışdır. Ulu Öndərin ideyalarını dəstəkləyərək, ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası olunması istiqamətində proqram və layihələrin icrasına nail olaraq beynəlxalq arenada əməkdaşlığını davam etdirir. Müasir dövrümüzdə milli-mənəvi dəyərlərin qorunub saxlanılması, sosialyönlü məsələlərin həlli ilə bağlı elm, təhsil, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlanaraq uğurla həyata keçirilir. Belə ki, fondun həyata keçirdiyi sosialyönlü layihələr sırasında “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Yeniləşən Azərbaycana yeni məktəb” və s. proqram və layihələri xüsusi olaraq vurğulamaq lazımdır. Azərbaycanın hər bir məkanında gənc nəslin biliyə, müasir texnologiyalara, elmə yiyələnərək, dünya təhsil sisteminə inteqrasiya olunması prosesi gedir.

Heydər Əliyev Fondunun fəaliyyət istiqamətlərindən biri də Azərbaycanın beynəlxalq arenada tanınmasına, qədim və zəngin mədəniyyətə malik xalqımız haqqında obyektiv ictimai rəyin formalaşmasına kömək etməkdir. Bu sahədə optimal yol xalqlararası münasibətlərin möhkəmlənməsinə xidmət edən fəaliyyətin genişlənməsidir. Məhz buna görə Heydər Əliyev Fondu bir sıra dost dövlətlərdə nümayəndəliklər yaratmağı, eləcə də, bu ölkələrdə fəaliyyət göstərən analoji qeyri-hökumət qurumları ilə əməkdaşlıq əlaqələri qurmağı məqsədyönlü sayır. Artıq fondun Rusiya Federasiyasında, Rumıniyada, Türkiyədə və ABŞ-da nümayəndəlikləri fəaliyyət göstərir. Heydər Əliyev Fondunun nümayəndəlikləri Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım göstərir. Bu da Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqda xüsusi əhəmiyyət daşıyır.

Qısa bir zamanda şaxəli fəaliyyəti və əldə olunan nəticələr Heydər Əliyev Fondunu dünyada sözünü deyə biləcək bir qurum kimi formalaşdırıb.

Daim Heydər Əliyev ideologiyasına sadiqliyini nümayiş etdirən fond qardaş Türkiyə ilə sıx əməkdaşlıq əlaqəsi yaradır. Heydər Əliyev Fondu Azərbaycanın tərəqqisi yolunda Ümummilli Liderin zəngin irsindən bəhrələnir. QurumBir millət, iki dövlət” olan Türkiyə və Azərbaycan əlaqələrinə xüsusi önəm verir. İki dövlət arasında bütün sahələrdə olan əməkdaşlıq, qarşılıqlı münasibət özünü göstərir. Qarşılıqlı münasibətlərin nəticəsi olaraq Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars kimi mühüm layihələri həyata keçirməklə hər iki dövlət iqtisadiyyat sahəsində nüfuzlarını artırmışdır.

Dövlət səviyyəsində müxtəlif sahələrdə ehtiva olunan əlaqələr Heydər Əliyev Fondunun fəaliyyətində də özünü göstərir. Fond tərəfindən qardaş dövlətdə keçirilən tədbirlər Azərbaycanla bağlı reallıqların təbliğində müstəsna rola malikdir.  Belə ki, Türkiyənin Bursada Cənubi Qafqazda təhlükəsizlik və Türkiyə-Azərbaycan əlaqələrinə dair beynəlxalq konfransı, Uludağ Universitetində “Dünəndən bu günə Qarabağ problemi və Xocalı faciəsi” elmi konfransı, Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar olaraq Ankara, İzmir şəhərlərində keçirilmiş elmi konfranslar, Heydər Əliyev ildönümünə həsr olunmuş tədbirlər və s. dövlətlərarası əlaqələrin möhkəmlənməsinə töhfələrini verir.

Təşkil olunan tədbirlərdə Heydər Əliyev Fondunun Xocalı faciəsinin unudulmaması və dünya ictimaiyyətinə həqiqətlərin çatdırılması istiqamətində gördüyü işlər, həmçinin, Ermənistan Respublikasının və erməni diasporunun çeşidli psixoloji müharibə fəaliyyətləri, yalaniftiralarla dolu təbliğatları barədə məlumatlar faktlar əsasında təqdim olunur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, ölkəmizin başına gətirilən müsibətlərin dünyaya çatdırmaq üçün hərtərəfli fəaliyyəti göz önündədir.

Ulu Öndərimiz Heydər Əliyevin xalq yaradıcılığına bəslədiyi həssas münasibət  bu gün Onun adını daşıyan fond tərəfindən həyata keçirilir. Bu gün xalq sənətinin inkişafı, milli-mənəvi dəyərlərə qiymət Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın səyləri sayəsində yeni mərhələyə qədəm qoymuşdur. “Muğam sənəti”, “Aşıq sənəti”, “Novruz bayramı”nın YUNESKO-nun “Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısı”na daxil edilməsi bunun əyani ifadəsidir.

Bütün bunlar Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın əməli fəaliyyətində özünü təsdiqləyir. Onun bu genişmiqyaslı layihələri öz qiymətini alır. Bu illər ərzində Mehriban xanım Əliyeva əməli fəaliyyətinin nəticəsi olaraq dünyanın bir sıra nüfuzlu mükafatlarına layiq görülmüşdür. Müxtəlif sahələri əhatə edən əməli fəaliyyətin, yorulmaz səylərin nəticəsində Mehriban xanım Əliyevanın adının qarşısında müxtəlif adlartitullar yazılır. Sivilizasiyalararası dialoqa daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, təhsilə, həmçinin, islam aləmində görülən işlərə böyük dəstəyinə görə YUNESKO-nun, İSESKO-nun xoşməramlı səfiri adına layiq görülüb. Xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə “Qızıl ürək” beynəlxalq mükafatına, Azərbaycan ilə Polşa arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni ilə, Fransaya münasibətdə göstərdiyi xidmətlərinə və nümayiş etdirdiyi sadiqliyinə görə Fransa Respublikası Prezidentinin Sərəncamı ilə “Şərəf Legionuordeninin zabit dərəcəsi ilə, YUNESKO-nun “Qızıl Motsart” medalı ilə təltif olunub.  Bütün bunlar Azərbaycanın birinci xanımının vətəndaşlıq mövqeyinin ifadəsidir. Gördüyü işlər, bir xanım olaraq, Onun açıq düşüncəsindən, xalqa olan sevgisindən, xeyriyyəçilik missiyasından, humanizm prinsipindən yaranır. Sözsüz ki, sadaladığımız keyfiyyət və anlayışlar təkcə Azərbaycanın deyil, dünya dövlətlərinin diqqətində olduğundan, Onun əməyi yüksək qiymətini alır. Elə ötən gün Mehriban Əliyeva bu təltiflərin davamı olaraq  Türk Dünyası Yazarlar və Sənətçilər Vəqfi (TÜRKSAV) tərəfindən 15-ci “Türk dünyasına xidmət” mükafatına layiq görüldü. Bu mükafat 6 ölkəni təmsil edən şəxslərə və qurumlara verilib. Azərbaycanın birinci xanımı TÜRKSAV-ın idarə heyətinin qərarı ilə bu mükafata Ermənistanın işğal etdiyi ərazilərdən qaçqın və köçkün düşmüş insanlar üçün Heydər Əliyev Fondunun həyata keçirdiyi humanitar proqramlar, habelə, türk dünyası mədəni irsinin zəngin parçası olan Azərbaycan türklərinin maddiqeyri-maddi mədəniyyət abidələrinin qorunması və təbliği sahəsində böyük xidmətlərinə görə layiq görülüb.

TÜRKSAV-ın başqanı Yəhya Akengin Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya daTürk dünyasına xidmət” mükafatını təqdim etməkdən qürur duyduğunu bildirib. 15-ci “Türk dünyasına xidmət” mükafatı Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əlaqələrinin bir nümunəsidir.

Qeyd edək ki, Almaniyadan Yücel Feyzioğlu, Qazaxıstandan professor-doktor Dosay Kencetay, Şimali Kiprdən Mustafa Gökçeoğlu, Macarıstandan professor-doktor Edit Tasnadi, Türkiyədən Türk Dil Qurumunun rəhbəri Şükrü Haluk Akalın, Ali İhsan Kolcu, Çingiz Alyılmaz, Türkiyə Mühəndislər və Memarlar Birliyi və “Yeni Səs” dərgisi bu mükafata layiq görülmüşlər.

Onu da vurğulayaq ki, 2010-cu ildə Mehriban xanım Əliyeva Türk dünyası mədəni irsinin zəngin parçası olan Azərbaycan türklərinin maddiqeyri-maddi mədəniyyət abidələrinin qorunması və təbliği sahəsində böyük xidmətlərinə görə TÜRKSAV-ın “Türk dünyasına xidmət” mükafatına layiq görülmüşdür. Bu mükafat Ona Türkiyə tərəfindən ikinci dəfədir ki, təqdim olunur. Gördüyü işlər göz önündə olan və Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı reallıqları dünyaya bəyan edən Mehriban Əliyevanin fəaliyyəti daim ali və beynəlxalq mükafatlara layiq görülür.

 

 

NƏZAKƏT ƏLƏDDİNQIZI

 

Səs.- 2011.- 3 iyun.- S. 5.