“Uşaqlar
bizim gələcəyimizdir”
Səbail rayonunda Uşaqların
Beynəlxalq Müdafiəsi Günü münasibətilə
tədbir keçirilib
Dünən 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Səbail rayon icra hakimiyyətinin təşkilatçılığı ilə ənənəvi bayram tədbiri keçirildi. Dənizkənarı Milli Parkdakı “Park Bulvar” Ticarət və İstirahət Mərkəzinin “İl Pato” restoranında təşkil olunan musiqili-əyləncəli tədbirə rayon ərazisində yaşayan aztəminatlı ailələrin uşaqları, xüsusi qayğıya ehtiyacı olan və rayondakı 219 saylı məktəbdə təhsil alan əlil uşaqlar, həmçinin, Daun Sindromlu Şəxslərin Assosiasiyasının üzvləri, ümumilikdə, 120-dən çox uşaq və onların valideynləri iştirak etdi. Tədbiri giriş sözü ilə açan Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov iştirak edən bütün uşaqları və onların valideynlərini 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edərək, onlara cansağlığı, xoşbəxt həyat və səadət arzuladı. Bayramın tarixçəsindən danışan A.Əsgərov bildirdi ki, bu günün bayram kimi qeyd olunması 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən qərara alınmışdır. Hazırda Azərbaycanda əhalinin 29 faizini 18 yaşınadək uşaqlar təşkil edir. Uşaqlar dövlət tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunmuşlar: “Ölkəmizdə uşaq siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ümummilli Liderimiz Heydər Əliyevin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əliyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayıcağına və Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Ölkə başçısının “2009-cu ilin “Uşaq ili” elan olunması ilə bağlı Sərəncamı Azərbaycan dövlətinin uşaqlara sonsuz qayğısının bariz təzahürü sayılmalıdır. Heydər Əliyev Fondunun fəaliyyəti Azərbaycanın gələcəyi olan uşaqlara yüksək qayğı nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının bu gün də səfərbər olunmasına yönəlmişdir. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi əsasında ötən illər ərzində respublikamızın müxtəlif bölgələrində 250 müasir məktəb binası tikilib istifadəyə verilmiş, 40-dan çox körpələr evi, bağça və internat məktəbi əsaslı təmir olunubdur. Bu gün dövlətimiz hər bir azərbaycanlı uşağının yüksək sosial-mənəvi mühitdə böyüməsinə çalışır. Məqsəd - uşaqların layiqli, firavan yaşayış səviyyəsinin, təlim-tərbiyəsinin, təhsilinin, sosial müdafiəsinin, sağlamlığının yüksək səviyyədə təşkil edilməsidir”.
RƏFİQƏ
KAMALQIZI
Səs.- 2011.- 2 iyun.- S. 8.