"Ordumuz Dağlıq Qarabağ problemini həll etmək, torpaqlarımızı geri qaytara bilmək qabiliyyətinə malik bir ordudur

 

Novosibirskdə fəaliyyət göstərən Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun sədri Mirkazım Seyidovun SİA-ya müsahibəsi:

 

- Bir neçə gün bundan qabaq orduda baş verən hadisələri bəzi insanlar siyasiləşdirərək, cəmiyyətin milli orduya olan düşüncələrini dəyişməyə çalışırlar. Bununla bağlı deyə bilərsiniz?

- Bu çox ciddi bir məsələdir. Ordu tək dövlətimizin gücü, qüdrəti deyil, həm Azərbaycanın stabilliyi, sakitliyi, dincliyi, rifahının qarantıdır. Bu gün xalqla ordunu bir araya qoymaq, onu siyasiləşdirmək birmənalı şəkildə pislənməli ictimaiyyətin bütün üzvləri tərəfindən mənfi qiymətini almalıdır. Ordu ilə bağlı müxtəlif şaiyələr yayan, onu siyasiləşdirmək istəyənlər birmənalı şəkildə bilməlidirlər ki, dövlətin ordusu vəhdət, birlik təşkil etməlidir. Bu gün orduda mehribanlıq yaratamaq lazımdır. Düzdür, bu gün Amerika başqa digər dövlətlərin ordusunda bundan da dəhşətli faciə, hadisələr olur. Amma onlar hadisələri bu şəkildə siyasiləşdirmirlər. Bu, sadəcə olaraq Azərbaycanı sevməyən, narahatçılıq yaratmaq istəyən qüvvələrdir ki, onlar bu hadisədən istifadə etmək istəyirlər. Qəti şəkildə ordunu dövlətə, xalqa qarşı qoymaq olmaz. Hər bir orduda nizam-intizam yaradılıb. Bizim güclü ordumuz var. Ümummilli lider Heydər Əliyevin ən böyük uğurlarından biri odur ki, o sağlam ordu quruculuğu ilə vaxtında məşğul olub güclü ordu yarada bilib. Bu gün bizim ordumuz Dağlıq Qarabağ problemini həll etmək, torpaqlarımızı geri qaytara bilmək qabiliyyətinə malik bir ordudur. Ordumuz güclüdür, müxtəlif təlimatlar keçib, ən müasir standartlara cavab verə biləcək silahlarla silahlandırılıb. Bu cür hadisələr hər bir dövrdə olub. Hətta sovet dövründə belə hadisələrə rast gəlmək mümkün idi. Bu kimi hadisələrdən istifadə edənlər Azərbaycanın ərazi bütövlüyünü istəməyənlərdir. Lakin onların istəkləri baş tutmaz. Ona görə ki, Azərbaycanda ordu, xalq siyasiləşməyə gedəndir.

Azərbaycan xalqı heç zaman öz ordusuna biganə qalmayıb, bu gündən sonra da qalmaycaq. Biz öz gücümüzü, dövlətimizin gücünü məhz ordunun gücü ilə, ordu isə özünün gücünü xalqı ilə hiss edir. Ona görə bu kimi siyasiləşmədən əl çəkmək lazımdır hər addımda bunu pisləmək lazımdır. Bu da bizim ictimaiyyətdən asılıdır. Onlar həqiqi mənada buna öz münasibətlərini bildirməlidirlər ki, siyasi oyunbazlar öz oyunlardan əl çəksinlər. Ali Baş Komandamız ordu rəhbərləri orduda baş vermiş hadisənin nəticələrinin araşdırılma prosesini, istintaq aparılmasını nəzarətdə saxlayacaqlar orada cinayətkar varsa, onlar öz layiqli cəzalarını alacaqlar. Biz hər zaman ordumuza, orduda xalqa sadiq olaraq ölkəmizin müstəqilliyinin qarantı olmalıyıq. Başqa yolumuz yoxdur.

- Dövlət başçısının tapşırığı ilə ölkəmizdə korrupsiyaya qarşı mübarizə ilə bağlı tədbirlər həyata keçirilir. Bu tədbirləri necə qiymətləndirirsiniz?

- Ölkəmizdə korrupsiyaya qarşı mübarizə ilə bağlı komissiyanın yaradılmasının özü çox gözəl bir haldır. Bu çox maraq doğuracaq bir işdir. Çünki müxtəlif dövrlərdə hətta ümummilli lider Heydər Əliyev tərəfindən korrupsiya ilə bağlı komitə yaradılmışdı həmin komitənin fəaliyyəti böyük effekt vermişdi. Lakin bu gün korrupsiyaya qarşı müdafiə komissiyasının apardığı Azərbaycan xalqının ürəyindən olan bir addımdır. Məmurların korrupsiyaya uğraması bu gün insanların bu ya digər tərəfdən istismarına gətirib çıxarır. Ona görə hazırda ölkəmizdə korrupsiyaya qarşı mübarizə məqsədi ilə həyata keçirilən tədbirləri alqışlamaq lazımdır. Bir neçə il bundan qabaq beynəlxalq səviyyədə Azərbaycanı korrupsiya olan ölkə adlandırmaq istəyirdilər. Amma bu əslində belə deyil. Korrupsiya bütün dövlətlərdə var. Lakin bu gün ölkəmizdə bu bəlaya qarşı tədbirlərin həyat keçirilməsi birmənalı şəkildə xalqın rifahına, bir növ sosial problemlərinin həllinə böyük dəstək kimi qiymətləndirilir. Prezident İlham Əliyev, Korrupsiyaya qarşı Mübarizə Komissiyasının sədri Ramiz Mehdiyev xalqın tələbinə, istəyinə, arzusuna uyğun olaraq daim komissiyanın işini nəzarətdə saxlayacaq onun məntiqi sonluğunun xalqımızın xeyrinə olacaq dərəcədə düzgün istiqamətdə apara biləcək. Bu prosesdən daha çox xalq bəhrələnəcək bu mübarizədən dövlətimizin özü onun daxili xarici siyasəti müsbət nəticələr əldə edəcək. Mən bu prosesi yüksək qiymətləndiririəm. Bu işin məntiqi sonluğuna çatdırılmasına uğurlar arzu edirəm.

- Son zamanlar Yaxın Şərqdə baş verən hadisələr bir sıra ölkələrin narahatlığına səbəb olub. Bəs, Azərbaycanın bu hadisələrdən narahat olmasına əsas varmı?

- Bilirsiniz, bizim xalqımızın, dövlətimizin hər zaman özünəməxsus siyasəti var. Ona görə Yaxın Şərqdə baş verən hadisələr Azərbaycanda heç bir iğtişaşa gətirib çıxara bilməyəcək. Azərbaycan 1992- ci ildə bu ixtişaşları yaşayıb vətəndaş müharibəsinin qədər təhlükəli olduğunu 1993-cü ildə hiss edib, başa düşüb. Həmin il xalqın iradəsi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsilə vətəndaş müharibəsinə son qoyulub. Hakimiyyətə gəldikdən sonra onun siyasəti nəticəsində Azərbaycan sivil dövlətlər arasında özünü göstərə, lider dövlətlər arasında öz mövqeyini möhkəmləndirə bilib. Hazırda Zaqafqaziyada hər hansı bir iri layihələrin həllinin Azərbaycan olmadan həyata keçilməsi mümkün deyil.

O zaman Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsinin baş tutmayacağı ilə bağlı fikirlər səsləndirilirdi. Lakin bu gün siz görüsünüz ki, dünya dövlətləri Azərbaycanı müstəqil dövlət kimi qəbul edib, Bakı-Tbilisi-Ceyhan layihəsi reallaşıb.

Bu gün beynəlxalq səviyyədə iğtişaşların olması, başqa dövlətlərdə olan hadisələr dünya dövlətlərinin narahatçılığına səbəb olur. Bütün dünya xalqları həmin ölkələrin rəhbərlərini insan hüquqlarını pozmamağa, qəti addımlar atmağa çağırırlar. Lakin bunlar bizi qorxutmur. Ona görə qorxutmur ki, biz onu yaşamışıq yolumuzu müəyyənləşdirmişik.

Düzdür, bizim müstəqiliyimizi qəbul etməyən, bizi sevməyən, nailiyyətlərimizə sevinməyən qonşularımız da var. Onlar bu gün vəziyyətdən istifadə edib ölkəmizdə təxribat həyata keçirməyə çalışırlar. Lakin bu təxribat heç zaman baş tutmayacaq. Çünki dövlətmizin ordusu, milli təhlükəsizliyi, dövlətimizi sevən ona inan xalqımız var. Dünyada baş verən iqtisadi böhran bir sıra ölkələrə güclü zərbələr vursa da ölkəmizdən yan keçdi. Bu da Azərbaycan rəhbərinin apardığı siyasətin nəticəsi idi. Mən əminəm ki, iqtisadi böhrandan yan keçdiyimiz kimi bu iğtişaşlardan da yan keçəcəyik. Mən buna əminəm.

 

 

Səs.- 2011.- 1 mart.- S. 8.