Xocalı faciəsi Şimali Kiprdə də anılıb
Şimali Kipr Türk Cümhuriyyəti Doğu Akdeniz Universitetində də
"Azərbaycan" Cəmiyyətinin
təşkilatçılığı ilə Xocalı soyqırımının 19-cu ildönümünə
həsr olunmuş anım yürüş mitinq keçirilib. Yürüş zamanı
"Ya Qarabağ ya ölüm", "Qarabağ bizimdir bizim olacaq" , "Justice for Khodjaly'"
və digər şüarlar səsləndirilib.
Yürüşə xarici
tələbələr də
qoşulub. Atatürk meydanında Xocalı faciəsi qurbanlarının
şərəfinə əklil
qoyulub. Sonra bir dəqiqəlik sükutla onların xatirəsi yad edilib və Azərbaycanın himni səslənib. Sonra universitetin "Azərbaycan"
Cəmiyyətinin vitse-prezidenti
Elçin Süleymanov
Xocalı ilə bağlı çıxış
edib. Çıxışı
zamanı Ermənistanın
işğal altında
olan Azərbaycan torpaqlarında törətdiyi
vandalizmdən, azərbaycanlılara
məxsus tarixi-mədəni,
dini abidələri və qəbiristanlıqların
dağıtmaqları, dinc
azərbaycanlılara qarşı
törədilən soyqırım
aktları, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün
öz yurd-yuvasına dönməsinə imkan verilməməsindən danışıb.
Eyni zamanda erməni
terror təşkilatlarının 1905-1907, 1918-ci illərdə
Azərbaycan torpaqlarında törətdiyi soyqırımlar,
1948-1953-cü ildə yüz minlərlə azərbaycanlının
öz ata-baba yurdlarından zorla deportasiya edilməsi, 1988-ci ildə
Ermənistanın apardığı etnik təmizləmə
siyasəti nəticəsində bütün azərbaycanlıların
Ermənistandan zorla qovulması və bu gün orada bir nəfər
belə olsun azərbaycanlının yaşamaması barədə
də ətraflı məlumat verib. Universitetin rektoru Abdullah
Öztoprak öz çıxışda ermənilərin Azərbaycan
xalqına qarşı törətdiyi vəhşilikləri qəti
şəkildə pislədi. Tədbir televiziya və başqa
kütləvi informasiya vasitələri ilə geniş
işıqlandırılıb.
Səs.- 2011.- 1 mart.- S. 9.