Gənc Tamaşaçılar
Teatrı "Əcəl
atı"nı təqdim edib
Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrında "Əcəl
atı" tamaşasının
premyerası nümayiş
etdirilib. Yazıçı-publisist Vaqif Əlixanlının
"Hardasan oğul"
əsəri əsasında
səhnələşdirilən "Əcəl atı" tamaşası yüksək
vətənpərvərlik ruhunda qələmə alınaraq xalqımızın
başına gətirilən
müsibətləri əks
etdirir. İki hissədən ibarət olan tamaşanın quruluşçu rejissoru Ağalar İdrisoğlu, quruluşçu rəssamı
Mustafa Mustafayev, bəstəkarı, əməkdar
incəsənət xadimi
Sərdar Fərəcov,
rejissoru Sərvər Əliyev, rəqslərin və plastik hərəkətlərin quruluşçusu
Vüsal Mehrəliyevdir.
Torpaqlarımızın
azadlığı uğrunda şəhid olmuş
soydaşlarımızın əziz xatirəsinə həsr
olunmuş səhnə əsərində rolları əməkdar
artistlər Qəmər Məmmədova (Sədəf qarı),
Rahib Əliyev (İrvahim, ata), Lətifə Əliyeva
(Məsmə), Gülər Nəbiyeva, aktyorlar
Şəfəq Əliyeva (Mariya), Xalidə Şərifova
(Gülnaz), Yasəmən Məmmədova (Züleyxa),
Hüsniyyə Əhmədova (gəlin), Məhərrəm
Musayev (Şəmi), Sərvər Əliyev (Səftər,
Əbdülqasım), Vahid Əliyev (urus), Elxan Qurban (Karen),
Sabir Məlikov (şofer), Elşən Çarhanlı (Feliks),
Zenfira Əbdülsəmədova (II gəlin), Natiq
Fərzəliyev (Səftərin oğlu), Ədalət
Əbdülsəmədov (Coqaş, Sarvan), Kərəm
Hadızadə (Marlen), Qədirhüseyn İsmayılov
(Əlvahim), Elşən Hacıbabayev (Hətəm),
Rəşad Səfərov (Seyfi, müəllim), Fidan Abbasova
(uşaq), Nuriyə Əliyeva canlandırmışlar.
Tamaşa kəskin
konfliktlər, dramatik məqamlar, maraqlı epizodlar
üzərində qurulmuşdur. Qorxudulan
əhali doğma yurd-yuvalarını qoyub qaçmağa hazırlaşır.
Kəndin ağbirçəyi
Sədəf qarının
insanları geri qaytarmaq istəyi baş tutmur. Sədəf qarıdan başqa heç kimin gözünə görünməyən yəhər-yüyənli
əcəl atı sonda kənddə yalqız qalan qarını özü ilə aparır. Tamaşaçılar tərəfindən
maraqla qarşılanan
səhnə əsəri
Qarabağ həqiqətlərini
bir daha soydaşlarımızın yaddaşına
həkk edərək,
Gənc Tamaşaçılar
Teatrın repertuarında
uzunömürlü tamaşalardan
biri olacaq.
Zümrüd
Səs.- 2011.- 1 mart.- S. 12.