Nəsimi rayonunda Xocalı faciəsinin
19-cu ildönümü qeyd
olunub
Respublikamızın hər
yerində olduğu kimi, Nəsimi rayonunda da Xocalı
faciəsinin 19-cu ildönümü
geniş şəkildə
qeyd olunub. Rayondakı tədbirlərin
yekunu olaraq Azərbaycanın Milli Qəhrəmanı, Xocalının
müdafiəsi zamanı
həlak olmuş Aqil Quliyevin Nizami küçəsindəki
yaşadığı binanın
qarşısında anım
mərasimi keçirildi.
Qəhrəmanın xatirə
lövhəsi önünə
gül dəstələri
qoyuldu.Sonra rayon ictimaiyyəti nümayəndələrinin
iştirakı ilə
mərasim keçirildi.
Öncə tədbir iştirakçıları
rayon məktəblərində
Xocalı mövzusunda
keçirilmiş rəsm
müsabiqəsinin yekun
sərgisinə tamaşa
ediblər. Tədbirdə Nəsimi rayon icra hakimiyyətinin
başçısı Nəsib
Məhəməliyev 19 il
əvvəl xalqımızın
tarixində ən dəhşətli faciələrdən
olan Xocalı soyqırımına məruz
qaldığını söyləyib:
"Xalqımız düşmənə
cavab verən qəhrəman bir xalq olub. Bu
hadisə XX əsrin ən dəhşətli və qəddar faciələrindən biri
hesab edilə bilər.
Xocalı faciəsi iki
yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri
tərəfindən azərbaycanlılara qarşı, müntəzəm
olaraq, həyata keçirilən etnik təmizləmə və
soyqırımı siyasətinin davamı və ən
qanlı səhifəsidir. Öz miqyasına və dəhşətlərinə
görə dünya tarixində analoqu olmayan Xocalı
soyqırımını törətməkdə erməni
şovinistləri və ideoloqları uzağagedən məqsəd
güdürdülər. 1992-ci il fevralın 25-dən 26-na
keçən gecə Ermənistan silahlı qüvvələri
Rusiyanın 366-cı motoatıcı alayının
iştirakı ilə Xocalı şəhərini işğal
edərək, etnik azərbaycanlılara qarşı
soyqırımı aktı törətmişdir".
Anımla bağlı tədbirdə 1 və 54 saylı məktəblərin
və rayonun özfəaliyyət kollektivlərinin
hazırladıqları kompozisiya nümayiş etdirilib. Tədbirin
sonunda Nəsimi rayonunda məskunlaşmış 65 Xocalı
ailəsinə maddi yardım edildi.
RƏFİQƏ HÜSEYNOVA
Səs.- 2011.- 1 mart.- S. 10.