Gədəbəy: inkişaf və quruculuq dövrü
Rayonda sahibkarlığın
inkişafına 4,7 mln manat kredit
verilib
İqtisadi inkişaf yolunda inamla irəliləyən,
regionun aparıcı dövlətinə çevrilən
Azərbaycanın bölgələri
gündən-günə daha
da çiçəklənir,
ölkəmizin hər
bir guşəsində
irimiqyaslı layihələr
icra olunur. Prezident İlham
Əliyevin rəhbərliyi
altında regionlarda yeni sənaye müəssisələri, nəhəng
sağlamlıq mərkəzləri,
təhsil ocaqları, müasir idman kompleksləri, göz oxşayan parklar istifadəyə verilir, minlərlə insanın əməyə cəlb olunması onların rifah halının yaxşılaşması ilə
nəticələnir. Gədəbəy rayonunda da bu inkişaf bütün sahələrdə
özünü göstərir.
"Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı" çərçivəsində
genişmiqyaslı işlər görülür
Gədəbəy rayon
icra hakimiyyətindən əldə etdiyimiz məlumata görə,
"Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı" çərçivəsində
genişmiqyaslı işlər görülür. Bu
proqramın uğurla həyata keçirilməsində məqsəd
əhalinin sosial təminatını və güzəranını
yaxşılaşdırmaqdan ibarətdir. Verilən məlumata
görə, proqram çərçivəsində rayonda
bütün sahələrdə sürətli inkişaf gedir. Rayon
mərkəzində tikinti-quruculuq, abadlıq işləri, demək
olar ki, başa çatıb. 2009-cu ildə 8 məktəb
tikilərək istifadəyə verilib, sərhəd kəndlərin
qazlaşdırılması işləri davam edir. Rayonda 85 məktəbdən
76-sı yenidən tikilib və ya əsaslı təmir olunub. İcra
başçısı vurğulayıb ki, Gədəbəy
ölkənin ən böyük heyvandarlıq rayonlarından
biridir. Hazırda rayonda 350 min baş qoyun və keçi var.
85 min baş iri buynuzlu mal-qara var. Gədəbəy, həmçinin,
iri kənd təsərrüfatı və kartofçuluq
rayonudur. 2009-cu ildə rayonda 200 min ton kartof istehsal olunub. 2003-cü
ilə nisbətən rayonda minimum əmək haqqı 7 dəfə
artıb. 2003- cü ildə 44 manat idi isə indi 290
manatdır. 2009-cu ildə yaşayış sahələrinin
ümumi həcmi 130 min kvadratmetr olub. Kənd təsərrüfatı
məhsullarının emalı, kəndarası yolların təmiri
nəzərdə tutulub. Bilirsiniz ki, Gədəbəy mineral
sularla zəngindir. Slavyankada 3 turizm obyekti Maarif kəndində
Kiçik Qafqaz Turizm Mərkəzi açılıb.
Sürətli sənayeləşmə prosesi
Vurğulamaq
lazımdır ki, bu gün respublikamızın bütün
bölgələrində olduğu kimi, Gədəbəy
rayonunda da sahibkarlığın inkişafı
üçün münbit şərait yaradılıb. Bu səbəbdən
də kənd təsərrüfatı ilə yanaşı,
rayonda sənayeləşmə də sürətlənib. Belə
ki, ötən il mayın 26-da Gədəbəy qızıl
emalı zavodunun açılışı bunun bariz nümunəsidir.
Bununla da dünya qızıl istehsalçılarının
siyahısına Azərbaycan da qoşulub. Eyni zamanda, yeni Mis
zavodu istifadəyə verilməsi, Gümüş zavodunun
tikilməsi Gədəbəy rayonunda sənayeləşmə
prosesinin getdikcə sürətləndiyini təsdiq etməklə
yanaşı, həmçinin, rayonda sahibkarlara yaradılan əlverişli
şəraitin olduğunu da sübut edir.
Sahibkarlığa diqqət və qayğı
Güzəştli kreditlər hesabına layihələrin həyata keçirilməsi prosesi Gədəbəy rayonunda da uğurla aparılır. Belə ki, ötən dövr ərzində Gədəbəy rayonunda kartof saxlanması üçün ümumi tutumu 10 min ton olan soyuducu anbar kompleksinin yaradılması, gündəlik 10 ton süd və 10 ton kartof emalı sahəsinin yaradılması məqsədilə dəyəri 4,1 mln. manat, illik istehsal gücü 12,8 mln. litr olan müasir tələblərə cavab verən mineral su və limonad istehsalını nəzərdə tutan dəyəri 2,8 mln. manat olan 2 investisiya layihəsinə fond tərəfindən 4,7 mln. manat güzəştli kredit verilib. Həmçinin, bu layihələrin reallaşdırılması Gədəbəy rayonunda 100-ə yaxın yeni iş yerinin yaradılmasına da imkan verəcək.
Həyata keçiriləcək layihələr Gədəbəy rayonunun sosial- iqtisadi inkişafına təkan verməklə yanaşı, ölkədə kartofçuluğun inkişafında, əhalinin keyfiyyətli yerli ərzaq məhsulları ilə təmin edilməsində əhəmiyyətli olacaq.
Gədəbəy raon icra hakimiyyətinin verdiyi məlumata əsasən, 2010-cu ildə rayonda 3686 istehsalçıya 2 min 762 ha əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 110 min 486 manat yardım verilmişdir. Bundan əlavə, 303 buğda istehsalçısına 10 min 862 manat əlavə yardım verilməsi üçün sənədlər Respublika Komissiyasına təqdim olunmuşdur. Həmçinin, rayon "Aqroservis" xidməti tərəfindən istehsalçılara 50 faiz güzəştlə 213513 kq azot, 8080 kq superfosfat gübrələri satılmışdır. 2010-cu ildə Dövlət Proqramına (2009 - 2013-cü illər) əsasən Gədəbəy "Aqroservis" filialı tərəfindən ümumi dəyəri 114 min 895 manatlıq kənd təsərrüfatı texnikaları gətirilmişdir. Rayonda kənd təsərrüfatı məhsullarının istehsalı 2003-cü illə müqayisədə nəzərəçarpacaq dərəcədə artmışdır. Belə ki, kartof istehsalı 2010-cu ildə 208 min 777 ton olmuşdur, bu da 2003-cü illə müqayisədə, 57 min 277 ton çoxdur. Rayon üzrə adambaşına 2 ton 225 kq kartof düşür. Həmçinin, 2010-cu ildə 16698 sentner taxıl istehsal olunub. Ötən il 11223 ton ət istehsal edilib ki, bu da 2003-cü illə müqayisədə 8597 ton olub. Rayonda digər kənd təsərrüfatı məhsulları istehsalı da dinamik şəkildə artmışdır. Gədəbəydə iribuynuzlu mal-qaranın sayı 2003-cü ildə 44 min 827 baş olduğu halda 2010-cu ildə bu rəqəm 84 min 634 başa, yəni 39 min 207 baş çox, qoyun və keçilərin sayı 2003-cü ildə 206 min 824 baş olduğu halda, 2010-cu ildə 354 min 444 baş, yəni 145 min 620 baş çox olub. Rayonda istehsal olunan yüksək keyfiyyətli kənd təsərrüfatı məhsulları Bakı şəhərində keçirilən "kənd təsərrüfatı məhsullarının satışı yarmarkaları"na mütəmadi olaraq göndərilir. 2010-cu ildə kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarına 738 ton kartof, 146 ton kök, 245 ton kələm, 28,3 ton pendir, 13,1 ton bal, 5,1 ton armud, 9,3 ton alma, 97,7 ton çuğundur məhsulu göndərilib.
Təhsil və səhiyyədə yeniləşmə
faktorları
"Regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən
son 6 ildə Gədəbəydə tikinti-quruculuq işləri
geniş vüsət almış, yeni-yeni məktəb
binaları, mədəniyyət ocaqları, xəstəxanalar
tikilmiş, parklar salınmışdır. Belə ki,
2003-cü ilə kimi rayonda 1 ədəd də kompyuter
olmadığı halda, hazırda 400-ə yaxın kompyuter
var. Bu illərdə məktəblərə 3500-ə yaxın
parta, 300-dən çox lövhə, 600-dən artıq stol,
1400-ə yaxın stul, 400-dən çox rəf verilmişdir.
Məktəblərin hamısı pulsuz dərsliklərlə
təmin olunmuşdur. Son 6 ildə rayonda 26 yeni məktəb
binası tikilib istifadəyə veriləcək. 44 məktəb
binası əsaslı təmir olunmuş, 60-dan artıq əlavə
sinif otaqları tikilmişdir. Ötən il dövlət
proqramı çərçivəsində 200 yerlik Dəyəqarabulaq,
220 yerlik Xarxar kənd orta, 180 yerlik Arısu kənd əsas məktəbi
inşa olunaraq şagirdlərin istifadəsinə
verilmişdir. Bundan başqa, Çalburun kənd orta, 2
saylı şəhər orta, Ərtəpə və Mormor kənd
məktəbləri əsaslı təmir edilmişdir. Nəzərə
çatdıraq ki, 20-25 il əvvəl rayonun 86 ümumtəhsil
məktəbinin yalnız 4-ü birtipli layihə əsasında
inşa olunmuşdu və qalanları
uyğunlaşdırılmış, həm də çoxu qəza
vəziyyətində olan binalarda yerləşirdi.
Səhiyyə də əvvəlki
səhiyyə deyil. İndi akademik Zərifə Əliyeva
adına Mərkəzi rayon xəstəxanası ən
müasir tibbi avadanlıqlarla təchiz edilibdir. Hazırda əhalinin
sağlamlığı keşiyində 455 nəfər tibb
işçisi dayanır ki, onun da 90 nəfəri ali təhsilli
həkimdir. Rayonda 35 çarpayılıq uşaq xəstəxanası,
9 kənd sahə xəstəxanası, 9 həkim
ambulatoriyası, 49 feldşer-mama məntəqəsi, Gigiyena
Epidemiologiya Mərkəzi fəaliyyət göstərir. Bütövlükdə,
əhalinin hər min nəfərinə 9 həkim
düşür. Bütün bu nailiyyətlər, onu deməyə
əsas verir ki, regionların sosial-iqtisadi inkişafına dair
Dövlət Proqramı Gədəbəy rayonunda böyük
uğurla reallaşır.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2011.- 4 mart.- S. 6.