"Azərbaycan mediasında redaksiya azadlığı, etika şəffaflıq" konfransı gərginliyi ilə yadda qaldı

 

Azərbaycan mediasında redaksiya azadlığı, etika şəffaflıq" mövzusunda iki günlük beynəlxalq konfrans bu gün öz işini yekunlaşdırdı. SİA-nın məlumatına görə, günün ikinci yarısında keçirilən diskussiyalar gərginliyi ilə yadda qaldı. "Mətbuatın özünü tənzimlənməsində Mətbuat Şurasının rolu: Azərbaycan jurnalistləri davranış qaydalarına necə əməl edirlər" mövzusunda keçən sessiyada peşə davranış qaydaları, dəyişikliklər müzakirə edildi. Bundan sonra mövzu ətrafında çıxışlar oldu. Media Hüquq İnstitutunun direktor müavini Xalid Ağalıyevin çıxışı müzakirələrdə aktiv iştirak edən "Səs" qəzetinin Baş redaktoru Bəhruz Quliyevi məsələyə sərt reaksiya verməyə vadar etdi. X.Ağalıyevin dövlət orqanlarında çalışanların əksəriyyətinin eyni zamanda həmin strukturlardakı mətbuat xidmətlərinin savadsız, səriştəsiz şəxslərdən ibarət olduğunu əsassız fikirlərlə sübut etməyə çalışması iclasın sədri Oliver Money-Kyrleni əvvəlcə qane etsə də, B.Quliyevin məsələyə fərqli mövqedən yanaşması onu bir az düşünməyə vadar etdi. X.Ağalıyev bəsit bir misalla - "Zəng etdim nazirliyə büdcə barəsində soruşdum, amma onlar mənə bunun dövlət sirri olduğunu əsas gətirərək heç bir məlumat vermək istəmədilər", - dövlət strukturlarından məlumatın çətinliklə alındığını, hətta bəzən buna da nail oluna bilmədiyini sübut etməyə çalışıb.

Bundan sonra "Səs" qəzetinin baş redaktoru B.Quliyev X.Ağalıyevə bunun üçün nazirlikdən yox, bir müddət əvvəl dövlət büdcəsinin dərc edildiyi rəsmi qəzetlərdən məlumat almağın kifayət etdiyini bildirib. Əlavə edib ki, adi, sadə bir məsələyə görə ölkənin adını, imicini korlamaq, beynəlxalq qrant təşkilatlarından pay ummaq Azərbaycan jurnalistinə yaraşmaz. B.Quliyevin çıxışından tədbirin aparıcısı cənab Oliver Money-Kyrle razı qaldı. Amma X.Ağalıyevin fikirlərinə, dediyi faktlara loyal, bir az da razılıq jesti ilə münasibət bildirməsi onu deməyə əsas verir ki, avropalı qonaq Azərbaycan həqiqətlərini daha çox X.Ağalıyev kimi "müxalifət" mövqeli şəxslərin dilindən eşitməyə adət edib. Ona daha çox neqativ faktlar, mənfi aura lazımdır. Azərbaycanda media etikası, şəffaflıq redaksiya müstəqilliyi bəyannaməsinin müzakirəsi imzalanması zamanı isə çıxış edənlər arasında söz çəkişməsi daha gərgin fazaya keçdi. Eynulla Fətullayevin "həbs edilmiş jurnalist" adı altında həbs olunduğunu əsas gətirərək onun azad olunmasını buna görə Prezidentə müraciət edilməyin vacib olduğunu bəyannaməyə salanlara da Bəhruz Quliyev etiraz etdi. O cənab Oliver Money-Kyrleyə xitabən: "Sizin siyahıda Eynulla Fətullayev jurnalist fəaliyyətinə görə həbs olunanlar kimi qeyd olunub. Amma məlum olduğu kimi, Eynulla törətdiyi konkret cinayət əməlinə görə həbs olunub. Əgər bu belədirsə, onun azadlığa buraxılması üçün jurnalistlərin nüfuzundan niyə istifadə olunmalıdır?", - dedi. Oliver Money-Kyrle Baş redaktorun fikirləri ilə razılaşdı. Bundan sonra B.Quliyev bəyannamənin hazırlanmasında baş verən texniki qüsurlara görə təşkilatçılara iradlarını bildirdi. Çıxış edən bir neçə qəzetin baş redaktoru da B.Quliyevlə həmfikir olduqlarını qeyd etdilər. Nəticədə qüsur aradan qaldırıldı.

 

 

Səs.- 2011 .- 4 mart.- S. 7.