Qadınların cəmiyyətdə rolu olduqca böyükdür

 

"Səs" qəzeti qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə dəyirmi masa keçirdi

 

(Əvvəli ötən sayımızda)

 

Artıq ənənəvi olaraq ölkəmizin ictimai, siyasi və mədəni həyatında baş verən əhəmiyyətli hadisələrlə bağlı hökumət, dövlət nümayəndələrinin, millət vəkillərinin, ziyalıların iştirakı ilə "Səs" qəzetində dəyirmi masalar təşkil olunur. Məhz mətbu orqanın redaksiyasında keçirilən dəyirmi masanın budəfəki mövzusu da, qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunub. Dəyirmi masada Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının sədri, Milli Məclisin üzvü Sədaqət Vəliyeva, YAP Qaradağ rayon təşkilatı qadınlar şurasının sədri Təranə İsmayılova, Səbail rayon icra hakimiyyəti başçısı aparatı təhsil, səhiyyə və mədəniyyət şöbəsinin müdiri Pərvanə Kazımzadə, "Zəngin Azərbaycan Uğrunda" İctimai Birliyinin sədri İradə Əliyeva, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Aynənsə Paşayeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşı Laçın Həsənova, "Demokratik Qadın dünyası" İctimai Birliyinin sədri Vəsilə Kərimova iştirak edirdilər.

"Səs" qəzetinin şöbə müdiri Rəfiqə Kamalqızı dəyirmi masada giriş sözü ilə çıxış edərək, kolektiv adından qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınlarına təbriklərini çatdırdı.  R.Kamalqızı qadınların cəmiyyətdəki çoxşaxəli rolundan bəhs edərək, zərif cinsin nümayəndələrinin ölkəmizin aparıcı sahələrində tutmuş olduğu mövqelərindən, onların milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasında və təbliğində aparıcı rolunu vurğuladı. Qeyd etdi ki, bu gün belə bir möhtəşəm bayramı qeyd etməyə Azərbaycan qadınının mənəvi haqqı var. "Müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında rol oynayan bir varlıqdır. Bununla yanaşı, ölkənin həyatında yüksək fəallıq göstərən Azərbaycan qadını ictimai-siyasi proseslərdə də yaxından iştirak edir. Azərbaycanın dünya dövlətləri sırasında tanınmasında, müstəqillik dövrümüzün ilk illərində ölkəni mövcud olan xaoslardan xilas edən Ümummilli Lider Heydər Əliyevin qadınlarımıza verdiyi qiymət hər kəsə bəllidir. Ulu Öndərimiz Heydər Əliyev Azərbaycan qadınına nə qədər zərif, mədəni bir şəkildə yanaşaraq, onun incə ruhuna xoş ovqatlar bəxş edirdi. Onu da qeyd edim ki, hər il 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində Ümummilli Lider Heydər Əliyev qadınlarla görüş təşkil edir, onların bayramını təbrik edirdi. Bu, qadına dövlət tərəfindən göstərilən qayğının  təzahürü idi. Azərbaycan qadınının adını ən yüksək və layiqli formada  Avropa, Amerika kimi ölkələrdə daha da ucalara qaldıran Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili  Mehriban xanım Əliyevanın timsalında da qadına münasibət, inam tamamilə başqa bir səpkidə olduğunu aydın şəkildə görmək mümkündür" deyən R.Kamalqızı Ulu Öndər Heydər Əliyevin zəngin irsinin ən layiqli davamçısı olan cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasətin tərkib hissəsində də, qadın faktoruna böyük önəmin yer almasından bəhs etdi. Məhz dəyirmi masa iştirakçılarına da ölkədə qadınların rolu və cəmiyyətimizin aparıcı qüvvəsi olan zərif cinsin nümayəndələrinin tutmuş olduqları vəzifələrdən asılı olmayaraq, onların bir ana kimi sağlam övlad böyütmələrinə toxunan R.Kamalqızı bu mövzu ətrafında müzakirələrin aparılmasının zəruriliyini vurğuladı.

 

“Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın timsalında qadınlarımızın nə dərəcədə böyük işlər görməyə qadir olduğunu hər kəs görüb"

 

Sədaqət Vəliyeva:

- Ölkəmizdə aparılan geniş quruculuq, abadlıq işləri, həyata keçirilən məqsədyönlü siyasət qadınların da müxtəlif sferalarda təmsilçilik hüququ əldə etməsinə böyük imkanlar yaradır. Ona görə , bugünkü reallıqda cəmiyyətimizin ayrı-ayrı təbəqələrində qadınlarımızın aparıcı qüvvə kimi iştirakını müşahidə etmək mümkündür. Çünki Azərbaycan qadını, qeyd etdiyimiz kimi, özünün milli-mənəvi keyfiyyətlərini qorumaqla yanaşı, həmçinin, çalışdığı təhsil, səhiyyə digər spektrlərdə aktiv bir nümunə olmağı da bacarır. Bu isə zərif cinsin nümayəndələrinin dövlət idarəçilik sistemində, ictimai-siyasi proseslərdə yaxından iştirakına böyük təkan vermiş olur. Məhz bu səbəbdən təhsil, səhiyyə, mədəniyyət sahələrində qadınlarımızın böyük çoxluq təşkil etməsini görmək mümkündür. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın timsalında qadınlarımızın dərəcədə böyük işlər görməyə qadir olduğunu da hər kəs görmüşdür. Bundan əlavə, ölkə siyasətinin həyata keçirilən genişmiqyaslı uğurlu siyasətin tərkib hissəsində qadınlara da böyük önəmin verilməsi təqdirəlayiq hal kimi qiymətləndirilir. Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən milli inkişaf strategiyamızın, eyni zamanda, müxtəlif spektrləri əhatə edən siyasətin tərkib hissəsində qadın faktoruna da böyük önəm verilmişdir. Ümummilli Lider Heydər Əliyev siyasətinin ən layiqli davamçısı olan möhtərəm cənab Prezidentimiz İlham Əliyev həyata keçirdiyi uğurlu daxili xarici siyasətin əsas parametrlərində qadınların təmsilçiliyinə xüsusi önəm verir. Eyni zamanda, seçkili orqanlarda qadınlarımızın say tərkibinin xeyli dərəcədə artması, parlament bələdiyyə sistemində zərif cinsin nümayəndələrinə ayrıca yer verilməsi dövlətimizin gender bərabərliyinə dərəcədə xüsusi diqqət yetirdiyinin bariz nümunəsi kimi qiymətləndirilir. Ona görə , həyata keçirilən bu cür böyük işlər Azərbaycan qadınlarında böyük stimul yaratmaqla yanaşı, onların ictimai-siyasi proseslərdə, mədəni-kütləvi tədbirlərdə fəallığına əhəmiyyətli dərəcədə öz təsirini göstərmiş olur.

 

Azərbaycan qadınları ən yüksək dəyərlərə malikdir"

 

İradə Əliyeva:

- Azərbaycan qadını çox güclü qüvvətlidir. Tarix boyu da mərd cəsur Azərbaycan qadını igidlərimizlə yanaşı, böyük qəhrəmanlıq səlnamələri yaratmışlar. Onların göstərmiş olduğu şücaətlər, ailələrinin, həyat yoldaşlarının, özlərinin mənəvi keyfiyyətlərini qorumaq üçün dərəcədə çətin əzablara qatlaşmağı bacarması Azərbaycan qadınının özünün milli kimliyini isbat etmişdir. Təkcə Dağlıq Qarabağ münaqişəsi tarixində ermənilər tərəfindən başımıza gətirilən müsibətlərdə qadınlarımız böyük iztirablar çəkmiş, öz övladlarını itirmiş, ailə başçılarını şəhid vermişlər. Bu günlərdə 19-cu ildönümünü qeyd etdiyimiz əsrin faciəsi olan Xocalı soyqırımında da Azərbaycan qadınına ağır zərbələr dəymişdir. Amma bütün bunlara baxmayaraq, özünün milli-mənəvi keyfiyyətlərini daima hər şeydən uca tutan ailə dəyərlərinin toxunulmazlığına heç bir halda razı olmayan cəsur qadınlarımız öz canlarına belə qıymağı bacarmışlar. Bütün bunlar isə qadınlarımızın dərəcədə yüksək dəyərlərə malik olduğunu sübut edir.

 

Aynənsə Paşayeva:

- Bizim təmsil olunduğumuz komitənin, geridə buraxdığımız 5 ildə gördüyü işlər dövlətimizin böyük dəstəyi diqqət qayğısı sayəsində mümkün olmuşdur. Qadınlarla sahəsində gender bərabərliyinin təmin olunmasında uğurlu işlər mükəmməl nəticələr əldə olunmuşdur. Bu gün qadınlarımızın müxtəlif dövlət strukturlarında çalışması zərif cinsin nümayəndələrinə göstərilən diqqət qayğının, böyük etimadın bariz nümunəsi kimi qiymətləndirilir. Amma bütün bunlara baxmayaraq, qadınlarımız ölkəmizin bütün strukturlarında, ictimai-siyasi proseslərdə, mədəni-kütləvi tədbirlərdə daha aktiv, fəal iştirak etməklə geniş imkanlar əldə etməyi düşünürlər.

 

Azərbaycan qadını haqqında ən gözəl fikir formalaşıb"

 

Sevil Yusifova:

- Bu gün örnək ola biləcək qadınların həyatı, fikirləri mətbuatımızda daha çox önə çəkilməlidir. Azərbaycan Milli Elmlər Akademiyasında digər ali təhsil müəssisələrində kifayət qədər savadlı, intellektli qadınlarımıza rast gəlmək mümkündür ki, bu gün onların fəaliyyəti cəmiyyətimizüçün örnək göstərilə bilər. Bir faktı da qeyd edim ki, bu yaxınlarda Xocalı soyqırımı ilə bağlı beynəlxalq bir tədbirdə iştirak edərkən, oradakı xarici dövlət təmsilçilərinin böyük əksəriyyəti Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın gördüyü böyük işləri sadalayırdılar. 48 ölkənin nümayəndəsinin qatıldığı bu tədbirdə Azərbaycan qadınının nəyə qadir olduğu bütün dünya üçün örnək ola biləcək nümunə nümayiş etdirdiyi daha açıq şəkildə vurğulandı. Ona görə tam əminliklə demək olar ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva öz fəaliyyəti ilə Azərbaycan qadını haqqıda ən gözəl fikri formalaşdırıb. İstər Onun gördüyü mərhəmətli işlərlə bağlı, istərsə də mədəniyyətimizin, milli tarixi ənənələrimizin təbliği ilə bağlı görmüş olduğu böyük işlər biz qadınlara daha həvəslə çalışmağa bir stimul vermiş olur. Digər bir tərəfdən isə, artıq dünyanın nüfuzlu qadın təşkilatları xarici ölkələrin qadın təmsilçiləri Azərbaycan qadını haqqında bilgi əldə etmək üçün hörmətli millət vəkilimiz Mehriban xanım Əliyevanın fəaliyyətinə nəzər salaraq, qadınlarımız haqqında müfəssəl fikir formalaşdırırlar.

 

Azərbaycan qadını bütün hallarda ən yüksək intellektə milli mənəvi keyfiyyətlərə malik olduğunu isbatlayıb"

 

Təranə İsmayılova:

- Azərbaycan qadınları ziyalı olduğu qədər ölkənin ictimai-siyasi həyatında baş verən proseslərdə yaxından iştirak edirlər. Təbii ki, Yeni Azərbaycan Partiyası da Azərbaycanın ən aparıcı siyasi partiyası olaraq öz sıralarında qadınların say tərkibinin daha da artmasına xüsusi önəm verir. Bu da partiyamızın fəaliyyətinin daha da çoxşaxəli olmasına öz töhfəsini vermiş olur. Bir sıra məktəblərə, səhiyyə müəssisələrinə rəhbərlik edən qadınlarımız ailənin bir xanımı olmaqla yanaşı, öz üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyi bacarırlar. Bir faktı da diqqətinizə çatdırım ki, son bələdiyyə parlament seçkilərində qadınların iştirak faizi əhəmiyyətli dərəcədə yüksəlmiş onlar seçki orqanlarında yüksək təmsilçilik hüququ əldə etmişlər. Bütün bunlarla yanaşı, Azərbaycan qadını həmişə böyük istedadı ziyalılığı ilə seçilib. Çünki Azərbaycan qadını bütün hallarda ən yüksək intellektə milli-mənəvi keyfiyyətlərə malik olduğunu isbatlamış olur.

 

Pərvanə Kazımzadə:

- Qadınlarımızın yüksək dövlət strukturlarında yüksək təmsilçilik hüququ əldə etməsi Yeni Azərbaycan Partiyasının ümumilikdə, ölkəmizdə qadınlara olan diqqət qayğının bariz nümunəsidir. Eyni zamanda, gün sadə Azərbaycan qadını da sadaladığımız bütün yüksək mənəvi, əxlaqi keyfiyyətləri özündə əks etdirə bilir. Çünki qadınlarımız hər zaman öz ailəsinə, övladına, həyat yoldaşına sadiqliyi onların daha da xoşbəxtliyi üçün əlindən gələni etməyi bacarırlar.

 

 

RƏFİQƏ KAMALQIZI,

 

TAPDIQ QURBANLI

 

Səs.- 2011.- 4 mart.- S. 8-9.