Müstəqilliyimizin iyirminci ildönümü təntənəli
surətdə qeyd ediləcək
Bununla bağlı Mədəniyyət və Turizm
Nazirliyinin tədbirlər planı təsdiq edilib
2011-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin
bərpa edilməsinin
iyirminci ildönümü
tamam olur. Bu illər ərzində
demokratik, hüquqi və dünyəvi dövlətin qurulması
xalqımızın tarixi
nailiyyətidir. Hələ ötən
əsrin 70-ci illərindən
başlayaraq, Azərbaycanın
böyük oğlu Heydər Əliyev strategiyasına uyğun olaraq respublikamızda həyata keçirilən
genişmiqyaslı proqramlar
müasir iqtisadi potensialın formalaşdırılmasına,
sosial-mədəni həyatın
canlandırılmasına və
milli-mənəvi
dəyərlərin dirçəldilməsinə
yönəldilərək gələcək
müstəqilliyimizin təmin
olunması üçün
zəmin hazırlamışdı.
Keçid
dövrünü başa vuran respublikamız bu gün
özünün uzunmüddətli inkişaf
strategiyasının istiqamətlərini müəyyən
edən bir ölkədir. Mədəniyyət
və sosial həyatda qazanılan müvəffəqiyyətlərin miqyasının parlaq göstəricisi tikilən
yüzlərlə məktəb,
yeniləşən mədəniyyət
ocaqları, muzeylər
və parklardır. Aparılan quruculuq və abadlıq işləri sayəsində
bu gün paytaxtımız yeni görkəm almaqdadır,
şəhər və
rayonlarımız ildən-ilə
gözəlləşir.
İyirmi illik inkişaf
yolumuzun ən parlaq nəticəsi ondan ibarətdir ki, bu
gün Azərbaycan, sözün əsil mənasında,
artıq tam müstəqil ölkədir. Ölkəmizdə gerçəkləşdirilən siyasət daim Azərbaycan xalqının
maraqlarına xidmət
göstərir. 2010-cu ildə
Azərbaycanda Dövlət
Bayrağı Meydanının
açılışı olmuş və dünyanın ən yüksək bayrağı
ucaldılıb. Bu
meydan Azərbaycanın
son iyirmi ildə keçdiyi inkişaf yolunun rəmzinə çevrilib.
Azərbaycanın dövlət müstəqilliyinin
bərpasının iyirmiillik
yubileyinin ölkəmizin
həyatında müstəsna
əhəmiyyət daşıyan
ictimai-siyasi hadisə olduğunu nəzərə
alaraq, müstəqillik
illərində Azərbaycan
Respublikasının keçdiyi
zəngin inkişaf yolunda qazandığı parlaq nailiyyətlərin təbliğini təmin etmək məqsədi ilə Prezident İlham Əliyev "Azərbaycan
Respublikasının dövlət
müstəqilliyinin bərpasının
iyirminci ildönümü
haqqında" 21 yanvar
2011-ci il tarixli Sərəncam imzalayıb.
Azərbaycan Respublikası mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev dövlət müstəqilliyinin bərpasının
iyirminci ildönümünü
ölkəmizdə dövlət
səviyyəsində təntənəli
surətdə qeyd olunması və bu Sərəncamın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin tədbirlər planını təsdiq etmişdir.
Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpasının
iyirminci ildönümünə həsr olunmuş xüsusi
loqotipin tərtibi və foto-albomun hazırlanması,
irimiqyaslı beynəlxalq layihələrin
gerçəkləşməsi, Ü.Hacıbəyli adına
Beynəlxalq Musiqi Festivalı, Bakı Beynəlxalq Kitab
Sərgi Yarmarkası, Ümumrespublika Daxili Turizm və X
Beynəlxalq Turizm sərgiləri, UNİMA-nın
iştirakı ilə beynəlxalq kukla teatrları, gənc
ifaçıların caz və ikinci beynəlxalq muğam
festivalları, Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumu və
Kulturoloqların Beynəlxalq Bakı Forumu,
"Xalçaçılıq və bərpa işi"
mövzusunda beynəlxalq konfrans, xalq rəssamı Tahir
Salahovun əsərlərinə toxunulmuş xalçalrın
sərgisi, dəyirmi masaların və konsertlərin təşkili,
müxtəlif ölkələrdə "Azərbaycan
Günü"nün keçirilməsi kimi layihlərinin
hamısı bu proqramın tərkibinə daxil edilmişdir. Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin bərpasının
iyirminci ildönümünə
həsr olunmuş tədbirlər planı çərçivəsində, həmçinin, gənc nəslin Vətənə
məhəbbət, Azərbaycan
xalqının tarixinə,
mədəni irsinə,
dövlət rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması, istedadlı uşaq, yeniyetmə və gənclərin aşkara çıxarılması, onlara
dövlət qayğısının
artırılması məqsədilə
uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin
nəfəsli və zərb alətləri üzrə respublika
müsabiqəsi, uşaq
rəqs kollektivlərinin
respublika müsabiqəsi,
uşaq xor kollektivlərinin respublika müsabiqəsi və
"Müstəqil Azərbaycanım"
mövzusunda uşaq incəsənət və rəssamlıq məktəbləri
şagirdlərinin rəsm
əsərlərindən ibarət
respublika müsabiqəsinin
keçirilməsi də
nəzərdə tutulmuşdur.
Zümrüd
Səs.- 2011.- 4 mart.- S. 12.