"Cənnət
anaların ayaqları
altındadır"
YAP Nərimanov rayon təşkilatının
təşkilatçılığı ilə 8 Mart
Beynəlxalq Qadınlar Günü münasibəti ilə
tədbir keçirilib
Dünən YAP Nərimanov
rayon təşkilatının
təşkilatçılığı ilə təşkilatın
qərargahında 8 Mart
Beynəlxalq Qadınlar
Günü münasibətilə
tədbir keçirilib.
Tədbirdə rayonun ictimai-siyasi
həyatında fəal
iştirak edən dövlət, elm və təhsil, səhiyyə, mədəniyyət
və digər sahələrdə çalışan,
həmçinin, bir çox ictimai təşkilat və birliklərə rəhbərlik
edən qadınlar iştirak edib. Görüşdə çıxış edən YAP Nərimanov rayon təşkilatının
sədri Təhmiraz Tağıyev qarşıdan
gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə
bütün Azərbaycan
qadınlarını - analarımızı,
bacılarımızı, ömür-gün
yoldaşlarımızı, dostlarımızı
və qızlarımızı
səmimi-qəlbdən təbrik
etdi, onlara cansağlığı və
səadət arzulayıb.
T.Tağıyev demişdir:
"Məhəmməd peyğəmbər
demişdir: "Cənnət
anaların ayaqları
altındadır. Bütün tarix
boyu Azərbaycan qadını şərəfli
ana adını daşımaqdan əlavə,
qəhrəmanlıq göstərmiş,
qəhrəman adını
şərəflə yaşamışdır.
8 Mart Beynəlxalq Qadınlar Günü qadınların mübarizə
hərəkatı ilə
yaransa da, bu gün inkişaf
etmiş ölkələrdə qadınlar
bayramı keçirilir.
Azərbaycanda ənənəsi
olan bu bayram
böyük sevinc və fərəh hissi ilə keçirilir. Təkcə
qadınlar deyil, elə kişilər də bu bayramın
xoş ruhunu hiss edir, duyur.
Qadın, birinci növbədə, ana olduğu üçün,
tərbiyəçi, zəhmətkeş,
eyni zamanda, həyat yoldaşına arxa, dayaq, qızlarımız
valideynlərinə övlad,
qardaşlarına bacı
olduğu üçün
diqqətə və qayğıya layiqdirlər.
Bu bayramda oğlanlar, kişilər öz bacılarını,
analarını və
qadınlarını təbrik
edirlər".
T.Tağıyev onu da vurğulayıb ki, bu bayram
dünya miqyasında geniş surətdə qeyd edilir: "Bu sahədə dövlət siyasəti prinsiplərinin bünövrəsi
Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş
və prioritet istiqamətləri dəqiqləşdirilmişdir.
Çox sevindirici haldır ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, millət vəkili Mehriban xanım Əliyeva da ailə, qadın və uşaq məsələlərinə böyük
diqqət göstərir.
Milli dəyərləri
və müasir meyilləri özündə
birləşdirən ailə
modelinin yorulmaz təbliğatçısı olan
Mehriban xanımın bu sahədə fəaliyyəti bütün
dövlət strukturları
və cəmiyyət üçün örnəkdir".
YAP Nərimanov rayon təşkilatının sədri
tədbirdə gənc
və sevilən müğənni Sevda Yahyayeva partiyaya qəbul olunmaq üçün ərizə
verib: "YAP ətrafında birləşən,
iqtisadiyyatımızın inkişafında,
cəmiyyətin müxtəlif
təbəqələrində özlərini təsdiqləmiş,
sayı 200 mindən artıq olan gənclərimiz tək respublika daxilində deyil, ölkədən kənarda da Azərbaycanı layiqincə
tanıtmışlar. Sıralarımızda belələri
çoxdur. Belə gənclərdən biri də gənc və sevimli müğənnimiz Sevda Yahyayevadır. Bu gün bu əziz
bayram ərəfəsi
YAP-ın üzvlük
vəsiqəsini ona təqdim edirik".
YAP-ın üzvü olmaqdan şərəf duyduğunu,
bu adı Ulu Öndər Heydər Əliyev ideyalarına, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının
Sədri İlham Əliyev siyasətinə sadiq qalmaqla doğruldacağını bildirən
Sevda Yahyayeva hər zaman Azərbaycanın adını
uca tutacağını
bildirib.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2011.- 8 mart.- S. 5.