Qadınlar hər bir ailənin dayağıdır

 

YAP Qax rayon təşkilatında 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı görüş keçirildi

 

YAP Qax rayon təşkilatı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbirdə partiya fəalları, rayonun ictimai-siyasi həyatında səmərəli işlərilə fərqlənən qadınlar iştirak edib.

Tədbir iştirakçıları ilk öncə rayonun mərkəzində ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoyublar. Tədbiri giriş sözü ilə açan YAP Qax rayon təşkilatının sədri Nizami Əhmədov qadınları təbrik edərək vurğulayıb ki, Azərbaycanda gender siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsinin hüquqi əsasını məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü   rəhbərliyi altında 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycanın Konstitusiyası təşkil edir: "Beynəlxalq hüquqi aktlarda konvensiyalarda əksini tapmış əsas insan hüquq azadlıqlarının geniş şəkildə təsbit olunduğu bu Konstitusiyada qadınların cəmiyyət həyatındakı yeri rolu, qadın siyasətinin fundamental prinsipləri əksini tapmışdır. Bu gün Azərbaycan qadınının həm ailədə, həm işdə, həm cəmiyyətdəki layiqli mövqeyi dövlətimizin uğurlu, xoşbəxt sabahına, xalqımızın firavanlığına ən ciddi təminatlardan biridir. Respublikamızda bərqərar olan demokratik mühit ölkə qadınlarının zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaradır".

Tədbirdə YAP Qax rayon təşkilatı qadınlar şurasının sədri Şəkər Abdullayeva "Qadınlar cəmiyyətin əsas dayağıdır" mövzusunda məruzə edib. Ş.Abdullayeva çıxışında bildirib ki, Azərbaycan qadınının müasir cəmiyyətdəki uğurları, respublikanın ictimai-siyasi həyatında qadınların xüsusi çəkisinin olması, dövlətimiz tərəfindən qadınlara göstərilən diqqət qayğının olmasının təsdiqidir. YAP Qax rayon təşkilatının qadınlar şurasının sədri onu da söyləyib ki, rayon təşkilatının tərkibindəki 3362 nəfər partiya üzvünün 1693 nəfəri, yəni 50 faizi qadınlardır.

Ş.Abdullayeva onu da vurğulayıb ki, bu gün ölkəmizin bütün qadınları, o cümlədən, Qax rayonun qadınları Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin hər bir azərbaycanlı qadın üçün örnək olan YUNESKO İSESKO-nun  xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın ətrafında sıx birləşərək, dövlətimizin inkişafı naminə fəaliyyətlərini davam etdirəcəklər.

Tədbirdə gənc məktəblilər öz şeir, mahnı rəqsləri ilə qadınları təbrik etdilər.

Sonda YAP Qax rayon təşkilatı tərəfindən qadınlar arasında keçirilən "YAP Azərbaycanda qadın siyasətinin uğurları" mövzusunda inşa yazı müsabiqəsinin "Mənim ailəm" mövzusunda əl işi müsabiqəsinin qalibləri diplom hədiyyə ilə təltif olunublar.

Həmçinin, tədbirdə partiya sıralarına yeni qəbul olmuş qadınlara üzvlük vəsiqələri təqdim olunub.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 8 mart.- S. 6.