Qadınlar zəriflik təcəssümüdür
YAP Gədəbəy rayon təşkilatı ilə
RİH-nin birlikdə 8 Mart Beynəlxalq Qadınlar Günü
münasibətilə tədbir keçirib
Dünən YAP Gədəbəy
rayon təşkilatı
ilə RİH birlikdə
8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir
keçirib. Tədbir
iştirakçıları ilk öncə rayonun mərkəzində
ucaldılan Ümummilli
Liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin önünə
gül dəstələri
düzüblər.
Sonra YAP Gədəbəy rayon təşkilatının
sədri Ramazan Muradov tədbirdə çıxış edərək
bütün qadınları,
o cümlədən, rayonun qadınlarını
təbrik edib. R.Muradov müasir Azərbaycanda qadınlara olan münasibətlə bağlı fikirlərini də söyləyib:
"Azərbaycanda qadınların
hüquqlarının qorunması,
onların ictimai fəallığının təşkili
məsələsi Ulu
Öndərimiz Heydər
Əliyev tərəfindən
hər zaman diqqət mərkəzində
saxlanılıb.
Ulu Öndərimiz tərəfindən qoyulan
bu siyasət bu gün Prezidentimiz
İlham Əliyev tərəfindən də
uğurla davam etdirilir. Belə ki, ölkəmizdə qadınların hüquqları
yüksək səviyyədə
qorunur, onlar seçib-seçilmək hüququna
malikdirlər və cəmiyyətdə müxtəlif
sahələrdə çalışırlar.
Gədəbəy rayon icra hakimiyyəti başçısının birinci
müavini Qüdrət
Paşayev Azərbaycan
qadınlarının siyasi
cəhətdən də
fəal olduğunu söyləyib. Q.Paşayev
onu da vurğulayıb
ki, bu gün
qadınlarımızın istər dövlət, istərsə də digər strukturlarda təmsilçiliyi mövcuddur:
"Cəmiyyətdə müəyyən
streotiplər, fərqli
yanaşmalar var ki, onların hamısını aradan qaldırmaq olduqca çətindir. Bunun üçün davamlı
iş aparmaq lazımdır".
Tədbirdə YAP Gədəbəy rayon təşkilatı qadınlar şurasının
sədri Nəzakət
Hüseynova da Azərbaycan qadınının
ictimai-siyasi həyatındakı
fəallığından danışıb
və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, millət vəkili Mehriban xanım Əliyevanın dünya miqyasındakı fəaliyyətini
xarakterizə edib.
Tədbir Gədəbəy
rayon aşıqları
və mədəniyyət
işçilərinin bayram konserti ilə davam etdi.
R. HÜSEYNOVA
Səs.- 2011.- 8 mart.- S. 6.