Qadınlar cəmiyyətin aparıcı qüvvəsinə çevrilib

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi "Azercell" şirkətinin dəstəyi ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə və komitənin 5 illik yubileyinə həsr olunmuş tədbir keçirib

 

Dünən "Park İnn" otelində Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi 8 Mart Beynəlxalq Qadınlar Gününə komitənin 5 illik yubileyinə həsr olunmuş tədbir keçirdi. Tədbirdə millət vəkilləri, ictimai-siyasi sahədə fəaliyyət göstərən fəal qadınlar, QHT KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən  Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Azərbaycanın xanımları əsası Heydər Əliyev tərəfindən qoyulan qadın siyasətinin fəal iştirakçılarına çevriliblər. Builki 8 Mart bayramının komitənin 5 illik yubileyi ilə üst-üstə düşdüyünü deyən H.Hüseynova qeyd edib ki, Azərbaycan öz zəngin ənənələri olan, ailə dəyərlərini daim yüksək tutan, qadına xüsusi status verən bir ölkədir. Buna baxmayaraq, dünyanın ən sivil ölkələrində belə mövcud olan ailə, qadın uşaq problemləri Azərbaycanda da var: "Azərbaycan öz zəngin ənənələri olan, ailə dəyərlərini daim yüksək tutan, qadına xüsusi status verən bir cəmiyyət olmağı ilə yanaşı, bəzən bütün dünyanın ən sivil ölkələrində belə müşahidə olunan qadın, ailə uşaq problemləri ilə üzləşir. Erkən nikahlar, qızların təhsildən yayınması, ailədaxili münasibətlərdə zorakılıq halları, idarəetmədə daha da geniş təmsilolunma imkanları kimi məsələlərə diqqət ilk gündən komitənin fəaliyyət dairəsinə daxildir. Komitə yarandığı gündən daim güclü dövlət dəstəyini hiss etmişdir".

H.Hüseynova onu da bildirib ki, bu gün Azərbaycan qadınından söz düşərkən ilk əvvəl hamının gözləri önündə Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın parlaq obrazı canlanır: "Bu gün Azərbaycan qadını qürur duyur ki, qadınların ictimai həyatda fəal rolunun təmin edilməsinə böyük qayğı ilə yanaşan, dünyada qadın hərəkatı liderlərindən biri kimi tanınan, insanlara məhəbbət şəfqət rəmzi olan Birinci Xanımımız var!"

Daha sonra çıxış edən Türkiyə Soroptimister Federasiyasının sədri Şenay Öndər Azərbaycan qadınları haqqında danışaraq, bildirib ki, iki ölkə arasında əlaqələrin getdikcə inkişaf etməsi çox gözəl haldır: "Biz Azərbaycan qadınlarının fəaliyyətini çox yüksək qiymətləndiririk. Biz hamımız bir kökdən olan qadınlarıq. Heç bir siyasi məsələlər türk qadınlarının arasında problem yaratmamalıdır. Biz daima inkişafa, əlaqələrimizi genişləndirməyə, qadınların dünyada hüquqlarının qorunması üçün hər cür addım atmağa çalışmalıyıq".

Tədbirdə, həmçinin, Azərbaycanın görkəmli qadınlarına həsr olunmuş "İlklər" təqvimi, "Ailə, Qadın, Uşaq" jurnalının yubileyinə həsr olunmuş xüsusi buraxılışın "Uşaqlar.az" veb-saytının təqdimatı keçirilib.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 8 mart.- S. 7.