Qadınlar cəmiyyətin
aparıcı qüvvəsidir
8 Mart Beynəlxalq Qadınlar Günü
Daşkəsəndə qeyd olunub
Dünən Yeni Azərbaycan Partiyasının
Daşkəsən rayon
təşkilatının və
Daşkəsən rayon
icra hakimiyyətinin təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbir keçirilib. Daşkəsən
rayon icra hakimiyyətinin inzibati binasında keçirilən
ümumrayon tədbirində
qadınların cəmiyyətdəki
rolundan bəhs edilib.
Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd
Abıyev tədbirdə
çıxış edərək,
qadın olan yerdə məhəbbət,
səmimiyyət, mehribançılıq,
gözəl həyatın
olduğunu bildirib. Bildirdi ki, Azərbaycan
qadını Şərqdə,
ilk dəfə olaraq, demokratik şəraitdə seçmək
və seçilmək
hüququ qazanıb. Tarixə nəzər saldıqda da, Azərbaycan qadınının öz həyat yoldaşı ilə birlikdə bütün çətinliklərə
çiyin-çiyinə dayanaraq
iradə nümayiş
etdirdiyini bildirən
Ə.Abıyev bu gün də, Azərbaycan qadınının
ən gözəl mücəssəməsinin nümunə
olduğunu diqqətə çatdırdı. "Heydər Əliyevi
Fondunun prezidenti,
YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri,
Milli Məclisin üzvü Mehriban xanım Əliyeva ölkənin birinci xanımı kimi çox fəal, gərgin iş aparır, beynəlxalq aləmdə Azərbaycan qadını haqqında onun xoş əməllərinə
dair yüksək ideoloji təminat yaradır. Cəmiyyətimizin digər aktiv
qadınları özlərinin
yüksək intellekti,
dəyərli təklifləri
ilə nümunə olur" deyən Ə.Abıyev xanımları təbrik edərək, Ulu Öndər Heydər Əliyev siyasətinin ən layiqli davamçısı
Prezident İlham Əliyevin ölkəmizin
qüdrətlənməsi və
zənginləşməsi
naminə qadınların
həmişə olduğu
kimi, milli-mənəvi
dəyərlərimizin təbliğin
işində daha çox fəallıq nümayiş etdirəcəyinə
əminliyini ifadə etdi.
Bayram tədbirində YAP fəalları rayon ictimaiyyətinin nümayəndələri
çıxış edərək,
ölkəmizdə qadınların
aparıcı bir qüvvəyə çevrildiyini,
qadın faktorunun əsas olduğunu bildirdilər.
Qeyd edək ki, Daşkəsən rayon Quşçu kəndində də, 8 Mart Beynəlxalq Qadınlar Gününə
həsr olunmuş toplantı keçirilib.
Bayram tədbirlərində
rayonun qadınlarının
bir qrupuna müxtəlif qiymətli hədiyyələr təqdim
edilib.
Tapdıq Qurbanlı
Səs.- 2011.- 8 mart.- S. 7.