Tarixə adını yazan qadınlar"...

 

Millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayevanın müəllifi olduğu eyniadlı kitabının təqdimat mərasimi keçirilib

 

DünənPark İnnotelinin konfrans zalında tanınmış jurnalist, millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayevanın "Tarixə adını yazan qadınlar" adlı kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə elm ictimaiyyət xadimləri, xarici dövlətlərin diplomatik korpus nümayəndələri digər tanınmış şəxslər qatılmışdır.

Qeyd edək ki, üç cildən ibarət olan bu kitabda ayrı-ayrı fəaliyyət sahələrində böyük, əsrarəngiz işlər görmüş, "ilk"lərə imza atmış, tarixin müxtəlif dövrlərində yaşamış 100 məşhur qadının həyat fəaliyyəti haqqında tarixi-bədii oçerklər toplanıb. Təqdimat mərasimində açılış nitqi ilə çıxış edən fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə bildirdi ki, kitab Azərbaycanda gender elminin inkişafına mühüm töhfə kimi qəbul edilə bilər. Kitaba Azərbaycanın tarixində mühüm yer tutan üç azərbaycanlı qadının da adı daxil edilib. Bunlar Tomris, Sara Xatun Azərbaycanın birinci xanımı Mehriban Əliyevadır.

Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə bildirib ki, qadınları güclü olmayan cəmiyyət zəif hesab olunur: "Azərbaycan qadınları çox yüksək pillələrə qalxmağa nail olan qadınlardır. Son illər cəmiyyətdə qadınların qərarların qəbul edilməsi prosesində rolu əhəmiyyətli dərəcədə artıb".

Kitabın müəllifi Qənirə Paşayeva isə öz çıxış nitqində bildirdi ki, ümumiyyətlə, Azərbaycan qadın hüquqlarının qorunması sahəsində inkişaf etmiş ölkələr sırasındadır. Lakin hələ dünyanın bəzi ölkələrində qadınlar ən adi hüquqlardan belə məhrumdurlar: "Tarixə adını yazan qadınlar çox olub. Təəssüf ki, bəzən tarix onların adını lazımınca yazmayıb. Bu kitabı yazmaqda əsas məqsədim tarixə adlarını yazan, "ilk"lər yaradan qadınlarımızın həyatını, fəaliyyətini gənc qızlarımıza örnək kimi göstərmək olub. Bu kitab ən azı yüz qıza ünvanlanıb. Bu qadınların hekayətləri, çətinliklə əldə etdiyi uğurlar qızlarımızın hədəfə çatmaları üçün yardımçı olacaq. Amma kitab yalnız qızlarımıza ünvanlanmayıb. Kitab həm atalar, qardaşlar, həyat yoldaşları böyüməkdə olan gənc oğlanlar üçün yazılıb".

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Fikrət Akçura isə çıxış edərkən bildirdi ki,  Azərbaycan qadın hüquqlarının qorunması sahəsində bir çox ölkələrdən öndədir. Lakin buna baxmayaraq, həmin istiqamətdə qarşıda daha çox işlərin görülməsi vacibdir. Eləcə , əhalinin təxminən yarısını təşkil edən qadınların qərarların qəbul edilməsində rollarının daha da artırılması məqsədəuyğun düzgün olardı.

Sonda onu da xatırladaq ki, üç cildlik kitab halına salınmış topludakı materiallar Lent.az saytında silsilə şəkildə verilib geniş oxucu auditoriyası qazanıb.

 

 

R.RƏSULOV

 

Səs.- 2011.- 8 mart.- S. 10.