Novruz bayramının
respublika səviyyəsində
keçirilməsi ilə
bağlı tədbirlər
planı təsdiqlənib
İlaxır çərşənbə günü
simvolik alov yandırılacaq
Bütün həyatını Azərbaycan
xalqının rifahına
və çiçəklənməsinə
sərf etmiş Ümummilli Liderimiz və Ulu Öndərimiz
Heydər Əliyevin sovet hakimiyyəti illərində Azərbaycana
birinci rəhbərliyi
dövründə xalqımızın
yaddaşında özünə
yuva qurmuş Novruz bayramı milli-mənəvi xüsusiyyətləri və
dəyərləri özündə
əks etdirməklə
dövlət səviyyəsində
qeyd edilmiş, bununla da imperiyanın
sərt qadağalarına
baxmayaraq, milli bayramımız qorunaraq nəsillərdən-nəsillərə ötürülməklə saxlanılmışdır.
Azərbaycan xalqı müstəqillik
əldə etdikdən
sonra, xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdan
Ümummilli Liderimiz və Ulu Öndərimiz
Heydər Əliyev cənablarının bilavasitə
səyləri nəticəsində
Novruz bayramı dövlət bayramı elan olunmuş, Ümummilli Liderimizin şəxsən iştirakı
ilə milli bayramımız ümumxalq şənlikləri
çərçivəsində yüksək təmtəraqla
qeyd edilmişdir.
Ümummilli Liderimiz Heydər Əliyev cənablarının
adət-ənənələrimizin və milli-mənəvi dəyərlərimizin qorunması
sahəsində fəaliyyətini
uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin göstərişi
və tapşırığı
əsasında hər
il dövlət və milli bayramlarımız, xüsusilə, Novruz bayramımız ildən-ilə
daha yüksək təmtəraqla qeyd edilərək, xalqımızın
silinməz yaddaşına
həkk olunmaqdadır.
Azərbaycan Respublikasının birinci
xanımı, Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü
və təşkilatçılığı
ilə həyata keçirilən ölkəmizin
dünya ictimaiyyətinə
tanıdılması, xalqımızın
maddi-mənəvi irsinin,
milli adət-ənənələrinin təbliği sayəsində
kütləvi şəkildə
genişmiqyaslı tədbirlərin
əməli nəticəsi
olaraq, Azərbaycan xalqının milli sərvəti olan Muğam və Aşıq sənətindən
sonra, milli adət-ənənələrimizi özündə əks etdirən və öz orijinallığı
ilə seçilən Novruz bayramımız
2009-cu il sentyabrın
30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 2010-cu il 23 fevralda isə BMT Baş Assambleyasının 64-cü sessiyasının
iclasında mart ayının 21-i "Beynəlxalq
Novruz Günü"
elan edilmişdir.
Beynəlxalq ictimaiyyətin diqqət və maraq mərkəzində
olan, Azərbaycan xalqının adət və ənənələrini,
milli ənənəvi
xüsusiyyətlərini özündə
əks etdirən, soydaşlarımıza və
ölkə vətəndaşlarımıza
sevinc bəxş edən Novruz bayramının Bakı şəhərində yüksək
əhval-ruhiyyədə və
təntənə ilə
keçirilməsi məqsədilə
Bakı Şəhər
İcra Hakimiyyəti tərəfindən İlaxır
çərşənbə günü və Novruz bayramı münasibətilə şənliklərin
keçirilməsinə dair
tədbirlər planı
təsdiq edilmişdir.
Tədbirlər planına uyğun olaraq, 15 mart 2011-ci il tarixində İlaxır çərşənbə günü
simvolik alovu yandırmaq üçün
Bakının "Azneft"
meydanından Suraxanı
rayonu "Atəşgah"
məbədinə doğru
bayram karvanı yola düşəcəkdir.
Bayram karvanı üçün
xüsusi bəzədilmiş
dəvələr, süvari
dəstələri və
milli geyimli cəngavərlər faytonlarda
hərəkət edən
musiqiçiləri, Dədə
Qorqud və Bahar qızını, Novruz bayramının atributları olan Kosa və Keçəli
yol boyunca müşayiət edəcəklər. Hərəkət
zamanı səsgücləndirici
qurğu vasitəsilə
Ulu Öndərimiz Heydər Əliyevin kəlamları səsləndiriləcək,
bayram təbrikləri
söyləniləcəkdir.
El ağsaqqalı Dədə
Qorqudun xeyir-duasıyla
"Atəşgah" məbədindən
gətirilmiş alovun
köməkliyi ilə
üç məşəl
yandırıldıqdan sonra
Qız Qalasının
qarşısında İlaxır
çərşənbə günü münasibətilə
Bakı Şəhər
İcra Hakimiyyəti və "Azərbaycan Televiziya və Radio Verilişləri"
Qapalı Səhmdar Cəmiyyətinin birgə
təşkil etdiyi konsert proqramı şəhər sakinlərinə
təqdim olunacaqdır.
Konsertin sonunda Dənizkənarı Milli Parkda möhtəşəm
bayram atəşfəşanlığı
olacaqdır.
Qeyd edək ki, tədbirin baş rejissoru əməkdar incəsənət
xadimi, Prezident mükafatçısı Bəhram
Osmanovdur.
ZÜMRÜD BAYRAMOVA
Səs.- 2011.- 8 mart.- S. 10.