Kitabxanaların elmi-texniki bazası gücləndirilir

 

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində fəaliyyət göstərən kitabxana oxucularına yüksək informasiya xidməti göstərir. Xidmət üçün hər cür şəraitə malik olan elmi-texniki bazası günü-gündən gücləndirilən kitabxana bu gün müxtəlif elmi müəssisələrdə çalışan alim, elmi işçi, universitet müəllim tələbələri, xalq təsərrüfatının müxtəlif sahələrində çalışan mütəxəssislərə xidmət göstərir.

Azərbaycan Milli Elmlər Akademiyasından verilən məlumata görə, kitabxana 1972-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Mərkəzi-Elmi kitabxanasının filalı kimi Naxçıvan Elm Mərkəzinin nəzdində ilk dəfə fəaliyyətə başlamış, daha sonra Ümummilli Lider Heydər Əliyevin 2002-ci il avqust tarixli Sərəncamı ilə yaradılan AMEA Naxçıvan Bölməsinin tərkibində fəaliyyətini davam etdirmişdir. Elmi kitabxanada iki kitab fondu, referativ jurnal fondu, dövrü mətbuat fondu zalı, kataloqlaşdırma, biblioqrafiya şöbələri, müvəqqəti mühafizə kitab mübadiləsi fondları fəaliyyət göstərir. Kitab fondları universal xarakterli olub elmi-texniki, ictimai-siyasi, ədəbi-bədii ədəbiyyatlarla komplektləşdirilmişdir.

Qeyd edək ki, fondları əks etdirən 52798 ədəd çap məhsulları kataloq-kartoteka sistemi vasitəsilə oxucuların xidmətindədir. Fəaliyyəti dövründə elmi kitabxanaya 32108 nüsxə Azərbaycan rus dillərində kitab daxil olmuşdur. Daxil olan kitabların 9030-u Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı əsasında latın qrafikası ilə çap olunmuşdur. Elmi kitabxanada xarici ədəbiyyat şöbəsi fəaliyyət göstərir ki, burada Qərbi Avropa Şərq dillərində ədəbiyyatlar sistemləşdirilmişdir. Bu gün kitabxanada ümumi həcmi 3209 nüsxə təşkil edən ingilis, türk, ərəb fars dillərində kitab jurnallar oxucuların xidmətindədir. Ümumi jurnal fondu isə cəmi 17645 nüsxədir.

Elmi kitabxanada informasiya təminatı məqsədilə müxtəlif mövzu kartotekaları, ümumi kartoteka, bibloqrafik kartotekalar, diyarşünaslıq kartotekası digər kartotekalar təşkil olunmuşdur. Bu kartotekalar qəzet jurnal materiallarını, kitabları əhatə edir.

Elmi kitabxananın oxucuları həm vaxtaşırı olaraq fondlara daxil olan yeni ədəbiyyatlarla tanış edilir. Bunun üçün burada yeni ədəbiyyat sərgiləri təşkil olunur yeni ədəbiyyatların siyahısı hazırlanır. Həmçinin kitabxanada yubiley, tarixi, əlamətdar günlərə müxtəlif mövzulara aid kitab sərgiləri təşkil edilir. Artıq 2011-ci ildə "Qanlı 20 Yanvar", "Naxçıvan Muxtar Respublikası-87", "Xocalı-əsrin faciəsi" mövzusunda kitab sərgiləri təşkil olunmuşdur. Bu məqsədlə 176 ədəd kitab, jurnal qəzet materiallarından istifadə edilmişdir.

Kitabxanada respublikamızda müdafiə olunmuş bütün namizədlik və doktorluq dissertasiyalarının avtoreferatlarının, həmçinin də, dissertasiyaların özlərinin sistemli kataloqu təşkil olunmuşdur. Avtoreferatların sayı artıq 3013 nüsxə, dissertasiyalar isə 32 nüsxə təşkil edir. Elmi kitabxanada 2005-ci ildən kitabların elektron kataloqlaşdırılması işləri aparılır. Hazırda 10230 nüsxə kitablar kataloqlaşdırılmışdır.

 

 

Zümrüd

 

Səs.- 2011.- 8 mart.- S. 12.