Azərbaycanlı və türkiyəli xanımların
əl işlərindən
ibarət 8-ci xeyriyyə
sərgisi
Gəncliyə Yardım Fondunda azərbaycanlı və türkiyəli xanımların əl işlərindən ibarət
8-ci xeyriyyə sərgisi
açılıb. Tədbirdə
Azərbaycanın və
Türkiyənin dövlət
himnləri səslənib.
Sərgidən əldə
olunan vəsait xeyriyyə tədbirlərinə
sərf edilir. Xocalı şəhidlərinin ailələrinə,
qocalar evinə və imkansız ailələrə yardım,
"Qarabağ suallar və faktlar" kitabının və digər bir neçə kitabın nəşri bu sərginin vəsaiti hesabına həyata keçirilmişdir. Ötən
il keçirilmiş sərgidən əldə
olunan vəsait "Qarabağ suallar və faktlar" kitabının türk dilində nəşrinə
və Gəncliyə Yardım Fondunun "Yüz imkansız ailəyə birillik ərzaq yardımı"
layihəsinə xərclənmişdir.
Milli Məclisin
deputatı Fazil Qəzənfəroğlu, Türkiyənin
Azərbaycandakı səfirinin xanımı Günay
Kılıç və Nazirlər Kabinetinin qaçqınların
və məcburi köçkünlərin problemləri,
miqrasiya və beynəlxalq təşkilatlarla iş
şöbəsinin müdiri Qurban Sadıqov və
başqaları fondun xeyriyyəçilik fəaliyyətini
yüksək qiymətləndiriblər. Fondun prezidenti
Əhməd Tecim bildirdi ki, budəfəki
xeyriyyə sərgisindən
əldə olunacaq vəsaitin Gəncliyə Yardım Fondunun "25 əlilə əlil arabası", "50 imkansız
tələbəyə birillik
təqaüd", "100 imkansız
ailəyə birillik ərzaq yardımı"
layihələrinin reallaşdırılması
üçün istifadə
olunması planlaşdırılıbdır. Sərgi
dörd gün davam edəcəkdir.
Zümrüd
Səs.- 2011.- 8 mart.- S. 12.