Azərbaycan gəncliyi müxalifətin təxribatçı
çağırışlarını birmənalı şəkildə
rədd edir
Əli Əhmədov: "Mən bütün
Azərbaycan gənclərinə üzümü tutub
deyirəm ki, siz ermənilərin dəstəklədikləri
şüarları irəli sürən gənclərlə bir
ola bilməzsiniz"
Dünən Yeni Azərbaycan Partiyasının Nərimanov
rayon təşkilatının
qərargahında YAP Sədrinin
müavini, İcra katibi, millət vəkili Əli Əhmədov partiyanın
Gənclər Birliyinin
fəalları ilə
görüşüb. Öncə
qarşıdan gələn
Novruz bayramı münasibətilə gəncləri
təbrik edən Əli Əhmədov onlara gələcək fəaliyyətlərində
uğurlar arzulayıb.
Ə.Əhmədo çıxışı zamanı
bildirib ki, hazırda Azərbaycan gəncliyinə böyük
diqqət yetirilir. Ölkəmizdə gənclər
siyasətinin Ümummilli
lider Heydər Əliyev tərəfindən
müəyyənləşdirildiyini deyən YAP Sədrinin müavini onu da söyləyib ki, hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Azərbaycan hökuməti gəncliyin
inkişafı ilə
bağlı vacib tədbirlər həyata keçirir, gənclərin
yüksək təhsil
alması, öz bilik və bacarıqlarını,
potensiallarını nümayiş
etdirmək üçün
müvafiq addımlar atır. Bildiyiniz kimi, hökumətimiz tərəfindən gənclərimizin
dünyanın ən nüfuzlu ali məktəblərində təhsil
almaları ilə bağlı Dövlət Proqramı həyata keçirilir. Hesab edirəm ki, həmin gənclər təhsillərini uğurla
başa vuraraq, dövlətimizin inkişafı
istiqamətində öz
töhfələrini verəcəklər.
Bu gün Azərbaycan sürətlə
inkişaf edir, bütün sahələr
üzrə böyük
uğurlar qazanır. Gənclər bizim gələcəyimizdir və
ölkəmizin sabahı
onlarla bağlıdır".
Ə.Əhmədov qeyd edib ki, bu
gün Azərbaycan gəncliyi ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət, eləcə də, dövlətin xüsusi diqqət və qayğısı sayəsində sürətlə
inkişaf edir. Məhz bunun nəticəsidir ki, bu gün
gənclərimiz Azərbaycan
Prezidenti İlham Əliyevin ətrafında
sıx birləşərək,
onlara göstərilən
etimadı yüksək
səviyyədə doğrultmağa
çalışır və
bu istiqamətdə səylərini davam etdirirlər.
YAP Sədrinin müavini
Ə.Əhmədov, həmçinin,
vurğulayıb ki, gənclər yüksək təhsil almaq, müxtəlif faydalı işlərlə
məşğul olmaqla
yanaşı, ölkəmizin
ictimai-siyasi həyatında
da fəal iştirak etməlidir:
"Ölkəmizin ən
güclü siyasi qüvvəsi olan YAP bu amilə
böyük önəm
verir. Son 20 ildə ölkə əhalisinin sayı 2 milyon nəfər artıb və yaş tərkibi baxımından gənclərin
sayı xüsusi çəkiyə malikdir.
1990-cı illərin əvvəlində
Azərbaycanda əhalinin
sayı 7 milyon idisə, indi bu göstərici 9 milyonu ötüb. Demoqrafik göstəricilər
baxımından gənclərin
mövqeyi yüksəkdir.
Təbii ki, insan amili hər
bir cəmiyyətin başlıca potensialıdır,
hər bir millətin sərvətidir,
dəyəridir. Azərbaycan
gəncliyi yaxşı
təhsil almış,
müasir texnologiyaya yiyələnən, istedadlı
gənclikdir. Bu isə etibarlı gələcək deməkdir.
Ancaq bununla yanaşı, biz istəyirik ki, belə gənclər ölkənin ictimai-siyasi həyatında da fəal olsunlar. Hazırda YAP
üzvlərinin sayı
530 minə çatıb
ki, onların da 40 faizini məhz
gənclər təşkil
edir. Ölkə Prezidenti İlham Əliyev hər zaman gənclərə böyük önəm verir, dövlət başçısının təşəbbüsü
ilə ölkədə
həyata keçirilən
gənclər siyasəti uğurla davam etdirilir. Azərbaycanın ən fəal gəncləri isə məhz YAP-ın sıralarındadır.
Son vaxtlar YAP Gənclər Birliyinin fəaliyyəti xeyli genişlənib. Ölkənin
ictimai-siyasi həyatında
partiyanın gəncləri
fəal iştirak edirlər. Beləliklə,
onlar ölkə Prezidentinin həyata keçirdiyi siyasətə
dəstək olurlar".
YAP Sədrinin müavini
Ə.Əhmədovun sözlərinə
görə, dünya dəyişir, inkişaf edir, yeni texnologiyalar
yaranır: "Bu gün nəinki
Azərbaycan, bütün
dünya gənclərinin
maraq göstərdiyi sosial şəbəkələr
formalaşıb. Ölkəmizin
bütün gəncləri
kimi, YAP-ı təmsil edən gənclər də bu sosial şəbəkələrdə
fəal iştirak edirlər, müzakirələrə qatılırlar. Bununla gənclərin cəmiyyətə inteqrasiyası
sürətlənir, ictimai
fikrə təsir imkanları artır. Nəticədə gənclərlə
işin yeni məqamları meydana çıxır. Bütövlükdə,
hesab edirik ki, ölkə gənclərinin fəal bir hissəsi olan YAP-ın gəncləri respublikanın
ictimai-siyasi həyatında
yaxından iştirak edir və bundan
sonra da edəcəklər."
YAP-ın İcra katibi son vaxtlar müxalifət
partiyalarının nəzarətində
olan və xüsusilə də, ölkədən kənardakı
qruplarla əlaqəsi
olan bir qrup gəncin sosial şəbəkələrdən
istifadə edərək,
müəyyən çağırışlar
etdiyini, təxribatçı
ideyalar ortaya atdığını bildirdi:
"Birmənalı şəkildə
bildirmək istəyirəm
ki, Azərbaycan gəncləri bu ideyaları dəstəkləmirlər.
Belə çağırışlara
səs verənlərin
sırasında ermənilər
var. Azərbaycanın
torpaqlarını işğal
etmiş ermənilər
tərəfindən dəstəklənən
bir ideyanın ölkəmizin əleyhinə
olduğunu sübut etməyə heç bir ehtiyac yoxdur.
Mən təklif edərdim ki, bu gənclər Azərbaycanın torpaqlarının
işğaldan azad edilməsi ilə bağlı çağırışlar
versinlər. Mən bütün Azərbaycan gənclərinə üzümü
tutub deyirəm ki, siz ermənilərin
dəstəklədikləri şüarları irəli
sürən gənclərlə
bir ola bilməzsiniz".
Tədbirdə YAP Gənclər
Birliyinin sədri Seymur Orucov, fəal gənclərdən
Əmir Hacılı,
Aytən Əliyeva, Nicat Nəbiyev, Sahil Hacıyev və Lamiyə Cəfərova çıxış
etdilər.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2011.- 10 mart.- S. 4.