Azad söz və müstəqil mətbuat
Jurnalist Qadınlar Assosiasiyası bayram
günlərində həmkarlarını sevindirdi
Dünən Beynəlxalq Mətbuat Mərkəzində
Jurnalist Qadınlar Assosiasiyasının növbəti
tədbiri keçirildi.
Bu tədbir də əhatəliliyinə
və jurnalist peşəkarlığına
verilən dəyər
baxımından əhəmiyyətli
idi.
Mərasimdə çıxış
edən JQA-nın prezidenti Sevil Yusifova tədbirdə iştirak edənləri milli bayramlarımız münasibətilə təbrik
etdi. S.Yusifova tədbirin mahiyyəti barədə açıqlama
verərək həyata
keçirilən önəmli
layihələr barədə
də danışdı:
"Artıq 12 ildir ki, JQA jurnalist qadınları, müstəqil
mətbuatın inkişafı
istiqamətində onlara
dəstək olan dövlət məmurlarını,
diplomatları, ictimai-siyasi
xadimləri mükafatlandırır.
Bu gün də həmin ənənəyə sadiq
qalaraq işlədikləri
sahələrdə fəaliyyəti
ilə fərqlənənlərə
diplom və mükafatlar təqdim olunacaq".
Təşkilatın bir illik fəaliyyəti barədə
hesabat verən S.Yusifova onu da bildirdi ki,
ölkəmizdə qeyri-hökumət
təşkilatlarına göstərilən
diqqət və qayğı nəticəsində bir sıra layihələr gerçəkləşdirilibdir:
"Ötən il
"Yeni Azərbaycan"
qəzeti ilə birlikdə uşaq mətbuatının hazırkı səviyyəsi,
rayon qəzetlərinin
inkişafına mane olan səbəblərin təhlili ilə əlaqədar keçirdiyimiz
konfranslarda müasir mətbuatımıza göstərilən
dövlət qayğısı,
dəstəyi yüksək
dəyərləndirildi. Milli mətbutımızın 135 illiyi
ilə əlaqədar
ölkədə keçirilən
genişmiqyaslı tədbirlər,
Prezident İlham Əliyevin azad sözün, müstəqil
mətbuatın inkişafı
üçün imzaladığı
sərəncamlar, jurnalistlərin
sosial məişət
şəraitinin yaxılaşdırılması,
mətbuatda çalışan
əməkdaşlar üçün yaşayış
evinin inşası assosiasiyamız tərəfindən
həyata keçirilən
dəyirmi masalar ətrafında
təşkil olunan müzakirələrin əsas
prioriteti oldu".
Assosiasiyanın "Kaspi" qəzeti
ilə birgə həyata keçirdiyi layihə ilə bağlı məsələyə
də toxunan S.Yusifova onu da vurğuladı ki, keçirilən sorğular nəticəsində
dövlət başçımızın
bu xoş niyyəti azad sözə verilən dəyər kimi yüksək qiymətləndirildi:
"JQD "Lider Qadınlar"
təşkilatı ilə
birgə 2500-də artıq
jurnalistin tibbi müayinədən keçirilməsini
həyata keçirdi.
Biz 12 ildir ki, ictimaiyyət arasında tanınıb, nüfuz qazanan insanların ədalət prinsipləri əsasında
müəyyənləşdirilməsi üçün ekspertlərin,
ziyalıların
sadə insanların
rəyini öyrənir, aparılan sorğu əsasında qalibləri müəyyənləşdiririk. Təbii ki, JQA-nın diplom və mükafatlarına layiq görülənlər arasında,
cəmiyyətdə və
ictimai işlərdə
olduğu kimi, qadınlar üstünlük
təşkil edir".
Tədbirdə Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinə Dövlət
Dəstəyi Fondunun sədri Vüqar Səfərli mükafata layiq görülənləri
təbrik edərək,
son illərdə JQD-nin həyata keçiridiyi layihələrdən danışdı:
"Sevil Yusifovanın
təşəbbüsü ilə ərsəyə gələn və bu günlərdə təqdimatı keçirilən
"Zərif imzalar"
kitabı müasir jurnalistikamızın tarixində
önəmli hadisələrdəndir.
Ən əsası odur ki, JQA tək həmkarlarını
təbrik etmir, cəmiyyətdə tanınan və ictimai işlərdə fərqlənən bütün
peşə sahiblərini
unutmur".
"Kaspi" qəzetinin rəhbəri, filologiya elmləri namizədi Sona xanım Vəliyeva bildirdi ki, jurnalistlərə
verilən mükafat onların əməyinin qiymətləndirilməsi olmaqla,
məsuliyyətlərini də
artırır: "JQA-nın
fəaliyyəti göz
qabağındadır. Onun
həmkarlarının sağlamlığı
naminə həyata keçirdiyi layihə isə çox önəmlidir.
Sevil xanım bu istəyi ilə qələm dostlarına olan diqqətini büruzə verdi. Biz harada işləməyimizdən
asılı olmayaraq, ilk növbədə, vətəndaş mövqeyimizi bildirməli, xalq və dövlətçilik
naminə ölkədə
aparılan quruculuq işlərinin ictimaiyyətə
çatdırılmasında peşəkarlıq
nümunəsi göstərməliyik".
YAP Siyasi Şurasının
üzvü, "İki
sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə mükafata layiq görülənləri, JQA prezidentini
xeyirxah işləri üçün təbrik
edərək, söylədi
ki, bayram əhval-ruhiyyəsində olduğumuz
bir zamanda belə tədbirlərin keçirilməsinin özü əlamətdar,
yaddaşalarda iz
salan hadisədir:
"Ötən il
"Jurnalistlərin dostu"
mükafatına layiq görülən, müstəqil
mətbuata göstərdiyi diqqətə görə bu peşədə çalışan yazarların etimad və hörmətini qazanan Prezident İlham Əliyevin Azərbaycanda jurnalistikanın inkişafına
göstərdiyi xidmətləri misilsizdir. JQA-nın təşkil etdiyi bu mərasimi isə mən həmkar səmimiyyəti, başqalarının
əməyinə verilən dəyər kimi yüksək qiymətləndirirəm".
RƏFİQƏ KAMALQIZI
Səs.- 2011.- 10 mart.- S. 5.