Aqrar sektorun inkişafı əsas prioritetdir
Dünya ərzaq böhranı Azərbaycanda bu
sahədə həyata keçirilən islahatların
düzgünlüyünü göstərir
Kənd təsərrüfatının hərtərəfli
inkişafını, eyni
zamanda, ərzaq təhlükəsizliyinin təmin
olunmasını qarşısına
məqsəd qoyan Azərbaycanda bu il ərzində atılan ilk addımlardan biri məhz heyvandarlığın
inkişafı ilə
bağlı olub.
Belə ki, ölkə başçısının
növbəti Sərəncamı
ölkədə heyvan
mənşəli məhsulların
istehsalını artırmaq,
habelə damazlıq heyvandarlığı inkişaf
etdirmək məqsədi
ilə verilib.
Sərəncama əsasən,
2011-ci ildə xaricdən
damazlıq heyvanların
idxal olunması və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı
məhsulları istehsalçılarına
50 faiz güzəştlə
lizinq yolu ilə satılması həyata keçiriləcək.
Bunun üçün
2011-ci il dövlət
büdcəsində nəzərdə
tutulmuş Prezidentin ehtiyat fondundan "Aqrolizinq" Açıq
Səhmdar Cəmiyyətinə
5 milyon manat vəsait ayrılıb.
Bu sahənin əsas problemləri heyvandarlıqda əsas problemlərdən biri yem bazasının zəif olmasıdır. Senaj və silos kimi
qiymətli yemlər heyvanların yem rasionundan çıxıb.
2007-ci ildə ölkədə
cəmi 6,4 min ton yaşıl qarğıdalı kütləsi
və 2,4 min ton kökümeyvəlilər
istehsal olunub. İnək və camışlar əsasən
kəndətrafı örüş
sahələrinin hesabına
saxlanılır.
Bu sahədə problemlərin aradan qaldırılması üçün
iribuynuzlu mal-qaranın
cins tərkibinin yaxşılaşdırılması ilə bağlı aparılan işlər genişləndirilir və
hər il xaricdən cins mal gətirilir. Göründüyü kimi,
Azərbaycanda maldarlığın
inkişafı üçün
böyük tədbirlər
görülür.
Ümumiyyətlə, bu gün ölkədə aqrar sahənin müxtəlif qollarının
inkişafı ilə
yanaşı, əhalinin
ərzaq məhsulları
ilə etibarlı təminatına dair
2008-2015-ci illəri əhatə
edən Dövlət Proqramı mövcuddur. Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərti
olduğundan, bu sahənin diqqət mərkəzində olması
hər bir dövlətin ümdə
vəzifəsidir. Bundan
başqa, Azərbaycanda
kənd təsərrüfatının
inkişafını güclü
zərurətə çevirən
digər amil ölkənin Ümumdünya
Ticarət Təşkilatına
üzvlük istiqamətində
apardığı danışıqlarıdır.
Təşkilata üzv olmaq istəyi ölkənin aqrar sahəsinin rəqabətədavamlı
olması tələbini
labüd edir. Mövcud vəziyyət daxili ərzaq bazarının idxaldan asılılığının maksimum azaldılması və ərzaq ehtiyatlarının yaradılması
məsələsinə kompleks
yanaşma tələb
edir.
Araşdırmalar göstərir
ki, 2003-2007-ci illər
ərzində aqrar bölmədə real artım hər il orta hesabla
4,5 faiz təşkil edib. Sahənin davamlı inkişafı
üçün fermerlərə
yanacağın, motor yağının və gübrənin alınmasına
çəkilən xərclərin
50 faizinin dövlət
tərəfindən ödənilməsi,
taxıl əkinlərinə
görə subsidiyaların
verilməsi və s. davam etdirilir.
"2008-2015-ci illərdə Azərbaycan Respublikasında
əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına
dair Dövlət Proqramı"nın ötənilki icrasına gəlincə, İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə,
2010-cu ildə qarğıdalı
da daxil olmaqla 966,7 min hektar sahədən hər hektardan orta hesabla 20,7 sentner olmaqla 2 mln ton taxıl
məhsulu toplanıb.
Beləliklə, ərzaq təhlükəsizliyimizin əsas
sahəsi olan taxılçılıq inkişaf
edəcək və özümüzü təmin
etmək üçün
bunun çox böyük rolu olacaq. Bildiyiniz kimi, kənd təsərrüfatının inkişafı
üçün kompleks
tədbirlər görülür.
Texnikalar alınır,
lizinqə verilir, aqroservislər yaradılır,
subsidiyalar verilir, güzəştli şərtlərlə
gübrələr, yanacaq
verilir və sair. Dövlət başçısı bildirir
ki, növbəti illərdə, xüsusilə,
bu il bu
məsələlərə daha da böyük
diqqət göstəriləcək.
Azərbaycanda aqrar sektorun ən önəmli sahələrindən
biri də üzümçülükdür. Prezident regional inkişaf proqramının
2 illiyi ilə bağlı konfransda deyib: "Düşünürəm
ki, biz gərək
üzümçülüyün inkişafı üçün
xüsusi bir proqram da qəbul
edək. Maliyyə resurslarını da cəlb edək, xüsusi proqram çərçivəsində üzümçülüyün inkişafı üçün
lazım olan bütün tədbirləri
görək. Çünki
hamı yaxşı bilir ki, üzümçülüyün
inkişafı uzun bir prosesdir. Bəzi hallarda bir ilə, iki
ilə, hətta üç ilə verilən kreditlər hesabına üzümçülüyün
inkişafını irəliyə
apara bilmərik. Yəqin ki, burada uzunmüddətli kreditlər haqqında fikirləşməliyik".
Dövlət başçısı
toxumçuluq məsələsinə
də toxunaraq bildirib: "Bununla bərabər, biz ölkəmizdə toxumçuluğun
inkişafına da böyük diqqət göstərməliyik. Hazırda
bu istiqamətdə işlər başlanıbdır.
Mən bu yaxınlarda böyük toxumçuluq zavodunun fəaliyyəti ilə tanış olmuşdum və bu sahədə
böyük perspektivlər
var. Həm gəlirli sahədir, həm də bizim üçün lazım olan sahədir.
O vaxt mənə verilən məlumata görə, hazırda biz özümüzü toxumla təxminən 30 faiz təmin edə bilərik. Elə etməliyik ki, özümüzü toxumla 100 faiz səviyyəsində təmin
edək. Bu məqsədlə ya mövcud olan zavodların fəaliyyəti
genişləndirilməlidir, ya da ki,
yeni zavodlar tikilməlidir, yaxud da hər iki
iş bərabər, paralel şəkildə aparılmalıdır. Hər
halda, bu, kənd təsərrüfatının
inkişafı üçün
çox vacib sahədir. Bu il və gələn
illərdə buna xüsusi diqqət göstərilməlidir".
Qeyd edək ki, Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 2010-cu il ərzində 1346 sahibkarlıq
subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə
71,5 mln manat güzəştli kredit vəsaiti ayrılıb. Bu il isə Sahibkarlığa
Kömək Milli Fondunun xətti ilə 125 milyon manat vəsait veriləcək.
Sahibkarlığın inkişafı
üçün yaradılmış
fondun xətti ilə son vaxtlar
soyuducu anbarların tikintisinə xeyli vəsait ayrılıb və bütün bölgələrdə soyuducu
anbarlar tikilib. Növbəti illərdə
yeni anbarlar da tikiləcək. Hazırda bu işin nəticələri
görünür. Yığılan
məhsullar anbarlarda saxlanılır və xarab olmur. Bundan
həm fermerlər bəhrələnirlər, həm
də ölkə vətəndaşları. Çünki
bu, istehlak qiymətlərinin normal səviyyədə saxlanılmasına
imkan yaradır.
Dünyada ərzq böhranı yaşandığı, ərzağın
qiymətinin sürətlə
bahalaşdığı bir
vaxtda Azərbaycanda aqrar sahənin prioritet olaraq götürülməsinin nə
qədər düzgün
olduğunu bir daha göstərdi. Ölkəmiz artıq özünü ərzaq məhsulları ilə təmin edə bilir.
Elçin Bayramlı
Səs.- 2011.- 10 mart.- S. 8.