10 Mart Milli Teatr Günüdür
Azərbaycan milli
teatr sənətinin kökləri xalqın
fəaliyyəti, məişəti, şənlik və toy
ənənələri, həmçinin,
dünyagörüşü ilə bağlıdır. Azərbaycan xalq teatrı yarandığı zamandan
realist özəllik daşımışdır.
Əsası 1873-cü ilin mart
ayında M.F.Axundovun "Lənkəran xanın vəziri"
tamaşası ilə qoyulmuş Azərbaycan teatrı
keşməkeşli illər yaşayaraq zamanın
mühakiməsində təsdiqini tapmışdır. Azərbaycan teatrının ideyaca sağlam bir
yöndə inkişaf etməsində, teatrda səhnə
realizmi tələblərinin həyata
keçirilməsində böyük xidmətləri olmuş
sənətkarlar nəslinin formalaşması xalqın ictimai
şüurunun yüksəlməsində müstəsna rola
malik oldu.
Bakıda ilk dəfə olaraq
"Artistlər ittifaqı" yaradılması
peşəkar teatrın inkişafına yol açmış
oldu. Azərbaycan teatrının repertuarı
milli dramaturqların - M.F.Axundov, N.Vəzirov, H.Vəzirov,
N.Nərimanov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə və
başqalarının pyeslərindən tərtib olunmaqla
yanaşı, rus və Qərbi
Avropa dramaturqlarının əsərlərinə meydan
verildi. V.Şekspir, F.Şiller, H.Heyne, J.B.Molyer, N.V.Qoqol,
İ.S.Turgenev, L.N.Tolstoy kimi klassiklərinin əsərləri
ilə teatr səhnəmiz zənginləşdi. Azərbaycan
teatrı ilk illərdən maarifçilik və demokratik
ideyalara sadiq qaldı.
Çox keçmədi ki, teatra olan zəruri
tələbat Bakıda "Müsəlman dram
artistləri" şirkətinin yaradılması ilə
nəticələndi. Şirkətə məşhur teatr
xadimi Cahangir Zeynalov rəhbərlik etməyə
başladı. Təqiblərə, maddi çətinliklərə
baxmayaraq, şirkət arasıkəsilmədən tamaşalar
hazırlayır, repertuarını genişləndirirdi.
Bakıda bir sıra cəmiyyətlərin yaradılması
teatr həyatında mühüm rol oynadı. Bu
cəmiyyətlərdə H.Ərəblinski, S.Ruhulla,
Ə.Vəli kimi professional aktyorlar birləşdirildi. Yeni məzmunda, ideyada olan əsərlər teatra
tamaşaçı axınını çoxaltdı.
Bir-birinin ardınca yaranan və formalaşan teatr cəmiyyət
və truppaları Birləşmiş Dövlət Teatrı
şəkilində fəaliyyətə başladı. Dram
truppası Birləşmiş Dövlət Teatrından
ayrılaraq, müstəqil teatra çevrildi. Bu teatr da
Azərbaycan Dövlət Dram Teatrı adı ilə
fəaliyyətə başladı. M.F.Axundovun "Hacı
Qara" komediyasının yeni quruluşdakı
tamaşası teatrın açılış günü
təqdim edildi.
Azərbaycan dramaturgiyasının inkişafında
son dərəcə mühüm rol oynayan, mədəni
quruculuq sahəsində, eləcə də, teatr
sənətinin təşəkkülündə böyük
xidmətlər göstərən N.Vəzirov, Ə.Haqverdiyev,
C.Məmmədquluzadə, S.S.Axundov kimi realist-demokrat
yazıçıların fəaliyyəti,
N.Nərimanov, Ü.Hacıbəyov, M.Maqomayev,
C.Cabbarlının və başqa görkəmli
ədəbiyyat və incəsənət xadimlərinin, aktyor
və rejissorların mətbuatda çıxışları
teatrın inkişaf prinsiplərinin, milli və dünya
dramaturqlarının klassik irsinə düzgün
münasibətin müəyyənləşməsində
mühüm rol oynamışdır.
1970-ci illərdə Azərbaycanda, bütün
sahələrdə olduğu kimi, teatr sahəsində də
intibah yarandı. Teatra, sənət adamlarına böyük
qayğı və hörmətlə yanaşan, onlara
sözün əsil mənasında, hamilik edən Ümummilli
Lider Heydər Əliyevin səyi və köməyi nəticəsində
milli teatr sənətimiz vüsətli inkişaf yoluna
düşdü.
Teatr
yarandığı zamanda etibarən hər onilliyi
fəaliyyəti dövründə yaddaqalan olub. Sənətkarlara fəxri adların verilməsi, yeni
tamaşalar, qastrol səfərləri və digər
uğurlar Azərbaycan milli teatrının
məşhurluğunu artırdı. Müstəqillik dövründə
yaranan, formalaşan və "Dövlət teatrı"
statusu alan Pantomim Teatrı, Bələdiyyə Teatrı,
Yuğ Teatrı, Gənclər Teatrı, Miniatür
Teatrı, Kamera Teatrı janr, forma müxtəlifliyi, üslub
zənginliyi yolu ilə inkişaf yoluna düşdülər.
Teatr tənqidçisi İntiqam Kərimovun
"Azərbaycan peşəkar teatrının tarixi və
inkişaf mərhələləri" adlı kitabında bu
və ya digər məqamlar əsaslı şəkildə
öz əksini tapmış oldu. İlham Rəhimlinin
"Akademik Milli Dram Teatrı" salnaməsi isə teart
tariximizdən dəyərli nümunəyə çevrildi.
Müasir
dövrümüzdə Azərbaycan teatrına dövlət
tərəfindən diqqət xüsusi olaraq
ayrılmışdır. "Azərbaycan teatrı 2009-2019-cu
illərdə" Dövlət Proqramına əsasən teatr
səhnələrində yeni tamaşalar hazırlanmağa
başladı. Azərbaycan teatrı dünya teatr
səhnəsində rola malik teatra çevrildi.
Dünyanın, demək olar ki, bütün teatr
səhnələrində Azərbaycan teatrlarının
hazırladıqları tamaşalar oynanılır.
Azərbaycan
teatrları Azərbaycan Prezidenti
İlham Əliyev
Sərəncamına əsasən təmir və bərpa
etdirilir. Bu proses ardıcıl olaraq davam etdirilir. Azərbaycan
teatrı dünya standartlarına uyğun səviyyədə
müasir avadanlıqlarla təchiz olunur.
Bu gün
Azərbaycan teatrı böyük ruh yüksəkliyi ilə
Milli Teatr Gününü qeyd edir. Xüsusi olaraq, qeyd edək
ki, teatrın belə bir səviyyəyə
yüksəlməsində peşəkar aktyorların da rolu
müstəsnadır. Azərbaycan teatrı dedikdə, ilk
növbədə, bu ağır yükü çiynində
daşıyan aktyorların siması göz önündə
canlanır. Bu qisimdə olan sənətkarlardan biri də
Nəsibə Zeynalovadır. Elə bu günün bayram kimi
qeyd olunması da elə onun ölüm tarixi ilə
bağlıdır. Azərbaycan teatr sahəsində
çalışan sənətkarlar bayramı qeyd
etməklə yanaşı, Azərbaycan teatr səhnəsinin
böyük ustad sənətkarı olan Nəsibə
xanımın anım gününü də qeyd edirlər.
Azərbaycan teatrsevənləri arasında
"Qaynana" kimi sevilən, Milli Musiqili Komediya
Teatrının inkişafında müstəsna rol oynayan,
qırx ildən çox işlədiyi sənət
ocağının repertuar ağırlığını
ləyaqətlə çiyinlərində daşıyan
Nəsibə xanım Azərbaycan realist aktyor məktəbinin
ən layiqli nümayəndələrindən biri kimi
formalaşıb və şöhrətlənmişdir.
Yaradıcılığının
mayası gülüş və musiqi ilə yoğrulmuş
Nəsibə xanım orta məktəbdən rəqqasəlik
etmiş, milli oyun havalarının mürəkkəb və
lirik incəliklərinə yiyələnmişdi. Gənc
aktrisa yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya
Teatrının truppasına birinci dərəcəli aktrisa
kimi fəaliyyətə başlamışdır. Həmin il
Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili
alıb. Aleksandr Tuqanovdan, Məhərrəm Haşımovdan,
Ağasadıq Gəraybəylidən dərs alan
tələbə Nəsibə Zeynalova texnikumda oxuyarkən
Katarina, Elvira, Yelizaveta kimi rollarını oynayıb.
Ömrünü
Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa sənət
ocağının müəyyən fasilələrlə
truppa, filarmoniyanın nəzdində dəstə-ansambl
şəklində fəaliyyət göstərdiyi illərdə
də kollektivdən ayrılmayıb. Aktrisa milli klassik
operettalarımızın tamaşalarında Gülpəri,
Cahan xala, Sənəm, Mələk xanım və Kələk
xanım kimi xarakterik səhnə obrazlarında
çıxış edib.
Aktrisanın
zəngin rollar qalereyasında tərcümə
əsərlərində ifa etdiyi Kabato və Barbale, Ziraldina,
Zivər xanım, Alma, Qesiya rollarının xüsusi yeri var.
Nəsibə Zeynalovanın
yaradıcılığının ən parlaq dövrü
isə çağdaş bəstəkarların müasir
mövzusu musiqili komediya əsərlərinin
tamaşalarındakı bir-birindən fərqlənən komik
personajların ifası ilə bağlıdır. Bu baxımdan aktrisanın Xanpəri, Nargilə,
Şərəf və Nisə, Məsmə,
Məhərrəm Əlizadə və Ağası Məşədibəyov),
Züleyxa, Tükəz, Tərlan, Zemfira, Şölə
xanım, Xeyransa, Matan, Güləndam, Qəmər və
başqa rollarının əvəzsiz ifaçısı
sayılır. Xüsusilə, Cənnət xala,
Nargilə, Züleyxa rolları zəngin ifadə
vasitələri, yumorun milliliyi, təbii reallığı
ilə səhnəmizin nadir inciləri sırasında durur.
Azərbaycan
Televiziyasında onlarla yumoristik səhnəciklərdə,
teletamaşalarda, intermediyalarda çıxış etmiş
Nəsibə Zeynalova, həmçinin,
"Azərbaycanfilm"in çoxlu ekran
əsərlərinə çəkilib. Kino obrazları
içərisində Fatmanisə, Telli, Züleyxa,
Cənnət xala, Gülsüm, Əsli xala rolları daha
canlı və daha şöhrətlidir.
Musiqili
teatrımızın inkişafında böyük
xidmətlərinə görə Nəsibə xanım xalq
artisti fəxri adına layiq görülüb. "Hicran"
musiqili komediyasındakı Qızbacı roluna görə
Azərbaycan Dövlət Mükafatı Laureatıdır.
1974-cü ildə Rauf Kazımovski onun
yaradıcılığı barədə "Aktrisanın
təbəssümü" televiziya filmini çəkib.
Nəsibə
Zeynalovanın obrazları həyatiliyi və real bədii
təsvirləri ilə həmişə orijinal
görünüb. Aktrisa gözlənilməz, ancaq
mənalı və ifadəli, dadlı və şirəli
ifadə vasitələrilə cilvələnən
improvizənin mahir ustası idi.
Rəqs,
mahnı və hərəkətlərdən eyni epizodda,
hətta eyni məqamda yüksək peşəkarlıqla
istifadə edib. Xalq yumorunun, "Qaravəlli" oyun
tamaşalarının, lətifə söyləmələrinin
estetik oyungöstərmə prinsiplərindən
həssaslıqla bəhrələnib. Tipajlığın
bədii dəyərlərinə tam yiyələnməklə
tipik xarakter yaratmağa üstünlük verib və bu
istiqamətdə obrazın məzmun-forma vəhdətini vacib
şərt kimi dəyərləndirib. Obrazın xarakterini
hərəkətdə (yeriş, duruş, oturuş və
sairə) koloritli tərzdə verməkdə Musiqili Komediya
Teatrında Nəsibə xanıma tay aktrisa olmayıb.
Nəsibə
xanım klassik operettalarda obrazın sözlərinə
qarşı çox həssas idi və təhrifə, yaxud
əlavəyə qətiyyən yol verməzdi. Ancaq
librettosu zəif musiqili komediyalarda ifa etdiyi rolun
sözlərini dəyişər, dialoqların məntiqini
gücləndirər, vəziyyətə uyğun deyimlər,
cümlələr qurardı. Bu axtarış
tamaşadan-tamaşaya davam edər, bəzi əlavələr
olar, müəyyən ixtisarlar aparılar, tapıntılar
cilalanardı.
Aktrisa
məişət yumorunu incə ştrixlərlə
ictimai-sosial mahiyyətə yönəldərdi. Satirik
boyaları müəyyən rollarda qrotesk
səviyyəsinə qaldırır, boyalardan gen-bol istifadə
edir, ancaq heç vaxt janrın estetik prinsip və
meyarlarını pozmurdu. Elə buna görə də,
Azərbaycan teatr səhnəsində möhürünü
vurdu. Nəsillərə örnək ola biləcək
sənət məktəbini yaratdı.
Zümrüd
Səs.- 2011.- 10 mart.- S. 12.