Müasir düşüncəli Azərbaycan gəncliyi həmişə diqqət qayğı ilə əhatə olunub

 

Seymur Orucov: "Azərbaycan gəncləri öz dövlətinə, millətinə, xalqına o qədər bağlıdır ki, onlar xoşagəlməz hallar yaratmaq istəyən qruplara imkan verə bilməzlər"

 

- Seymur müəllim, son zamanlar ictimaiyyətimizdə belə bir fikir formalaşıb ki, bir qrup müxalifətçi gənclər paytaxtda iğtişaşlar törətməyi planlaşdırırlar. Sizcə, bu plan dərəcədə realdır?

- Nəzərinizə çatdırım ki, bir qrup müxalifçi gənclər iğtişaşlar törətməyinin heç bir real vəziyyəti yoxdur. Bunu etmək üçün kütləvi narazılıqlar olmalıdır. Yəni, gənclərə qayğı göstərilməsin onların bir çoxu müxalifətin tərəfində olsun. Onlar gərək müəyyən saya sahib olsunlar ya müəyyən qədər sosial bazaları olsun ki, kütləvi iğtişaş, hansısa bir aksiyanı keçirməyə nail ola bilsinlər. Bunlar nəinki iğtişaş, kütləvi tədbir, hətta 20-30 nəfəri bir yerə yığıb aksiya keçirə bilməyəcəyi qədər zəif sosial vəziyyətə malikdirlər. Səbəb isə budur ki, bu gün Azərbaycan gəncliyinə dövlətin, hökumətin yüksək gözəl diqqət qayğısı var. Gənclər haqqında Dövlət Proqramının qəbul edilməsi, hər il Gənclər Gününün qeyd olunması onların xaricdə təhsil almaları üçün şəraitin yaradılması, bir çox gənclərin ölkə Prezidenti tərəfindən təltif edilməsi deyilənləri bir daha təsdiqləmiş olur. Bundan əlavə, gənclərin sağlam yüksək vətənpərvərlik ruhunda yetişməsi üçün zəruri addımlar atılır. İdman komplekslərinin, sağlamlıq düşərgələrinin tikilərək, istifadəyə verilməsi, informasiya texnologiyalarına münasibət gənclərin artıq "naftalin" qoxan müxalifət partiyaları ilə əməkdaşlığı üçün heç bir zəmin, baza yaratmır. Bu, sadəcə olaraq, 5-10 ya daha az adamın, həyatından küskün, əqli cəhətdən tam yetişkən olmayan cılız insanların müəyyən adlarda sosial şəbəkələrdə digər internet məkanlarında özlərindən uydurduqları məsələlərdir. Onlardan iğtişaş, aksiya, heç bir şey gözləmirik. Biz gənclərlə söhbətlər aparırıq. Bir çox gənc bu kimi çağırışları heç əhəmiyyət vermir. Bunun üçün də nəticəni real hesab etmirəm.

- Küçələrə çıxıb hay-küy salmaqla ictimai-siyasi vəziyyətə xələl gətirmək mümkündürmü?

- Bu, qeyri-mümkündür. Azərbaycan hökuməti sosial bazası zəif olan dövlət deyil ki, ona belə bir iğtişaşlarla xələl gətirsinlər. Müəyyən qruplar istəsə, xarici istəklərin və ya Azərbaycanın düşmənləri ilə əlbir olsalar belə hüquq-müdafiə orqanlarından əlavə, gənclərin özləri bunları yaratmağa imkan verməzlər. Yəni, Azərbaycan gəncləri öz dövlətinə, millətinə, xalqına elə bağlı insanlardırlar ki, onlar bu cür qruplara bu cür əməllərin həyata keçirilməsinə imkan verə bilməzlər. Bizim tərəflərə demək istəyirəm ki, çox rahat olun. 1 nəfər 500 adla, 200 adla, 20 adla çağırışlar yaza bilər. Onlar görünüş etibarı ilə çox görünə bilər, amma keyfiyyət etibarı ilə bir saydadır. Bunu üçün də belə hesab etmirəm ki, kimsə Azərbaycanda bugünkü sabitliyə xələl gətirə bilər və yaxud hay-küy saymaqla nəyəsə nail ola bilərlər.

- Müxalifətin törətmək istədiyi iğtişaşlarda, qarşıdurmalarda gənclərdən sui-istifadə olunması və onların buraya cəlb olunmasına, o cümlədən, beynəlxalq təşkilatların bu məsələyə qərəzli münasibətinə sizin mövqeyiniz necədir?

- Gənclər, xüsusi jurnalistlər tərəfindən belə sui-istifadə hallarına yol verilir. Üzümü həmin gənclərə tutub səslənirəm ki, əziz gənclər siz, bizlər hələ ki, gəncik. Sizlərin də öz iradəniz, fikriniz olsun, belə şeylərə aldanmayın. Siz necə icazə verərsiz ki, sizlərdən kimsə Azərbaycanın satqınlarına havadarlıq etsin? Özünüz daha sonra peşman olmaqdansa, öncədən belə yalanlara aldanmayın. Gəlin Avropa, xaricin bir çox təşkilatlarından pul alıb, onların maliyyə dəstəkləri ilə öz həyatlarınızı qurmayın. Bunun əvəzində xarici ölkələrdə inkişaf edin, Azərbaycandakı həqiqətləri yayın, özünüzü dilə öyrədin, həmin sahələrin mütəxəssisləri olun. Əgər bu şeylərə gedirsinizsə, belə təsir altına düşürsünüzsə, demək, sizin müəyyən psixoloji probleminiz var.

- Bu gözlənilməz aksiyaların planlaşdırılmasında müxalifətlə yanaşı, xarici qüvvələrin də rolu varmı?

- Bu gün Azərbaycan çox güclü iqtisadi inkişaf yolundadır. İqtisadi inkişaf təkcə dildə deyil. Biz bunu rəqəmlərlə də ifadə edə bilərik. Dünyada iqtisadi inkişafın baş verdiyi bir vaxtda Azərbaycanın ümumdaxili məhsulu 5,7% artıb. Keçən il Azərbaycana qoyulmuş 15,1 milyon vəsaitin 9,5 milyon qeyri-neft sektoruna yönəlib. Azərbaycan heç bir beynəlxalq maliyyə təşkilatından asılı deyil, ölkədə yoxsulluğun səviyyəsi 9,1% düşüb. Bütün bunlarla bərabər, dünya, Avropanın bəzi ölkələri Azərbaycandakı sabitliyi, inkişafını, fəaliyyətini qısqanır. Artıq Azərbaycana bu cəhətdən təsir edə bilmirlər. Çünki Azərbaycan kredit alan ölkədən, kredit verən ölkəyə çevrilib. Ölkənin valyuta ehtiyatları kifayət qədərdir. Cənab Prezidentimizin apardığı siyasət nəticəsində Azərbaycanın özünün iqtisadi inkişaf proqramları düzgün həyat keçirildiyi üçün düşmən dövlətlərinin "silah"ları əllərindən alınıb. İkinci bir məsələ ondan ibarətdir ki, Azərbaycandakı bütün hakimiyyət cənab Prezidentə, ölkə başçısına o qədər bağlıdır ki, onlara heç kim, heç nə ilə təsir edə bilməz. Bunun üçün müəyyən qədər gənclərdən istifadə etməyə çalışırlar. Müəyyən jurnalistlər var ki, tələbə ola-ola jurnalistlik edirlər. Onların danışıqlarından hiss olunur ki, özü də bilmədən kimsə onları öz tərəflərinə çəkərək, savadlarından istifadə edərək, belə mənfi yerlərə yönəldirlər. Biz də onları yönəldirik ki, bu yollardan əl çəksinlər, həqiqətləri yazsınlar. İnsan heç vaxt vətəninə xəyanət etməməlidir.

- Seymur müəllim, YAP Gənclər Təşkilatı müxalifətin uydurduğu yalanlara uyaraq onların təsirinə düşən gənclərin bu yoldan çəkindirmək üçün hansı işlər görür?

- Biz, YAP Gənclər Təşkilatı olaraq debatlar, diskussiyalar, internet məkanda, sosial şəbəkələrdə söhbətlər aparırıq. Müəyyən gənclərimiz var ki, onlar sosial şəbəkələrdə həmin gənclərə şərhlər yazaraq, onlarla diskussiya apararaq, həqiqətləri izah edir, hökumətinə, dövlətinə bağlı olmalarını izah edirlər. Bir çox gənc artıq o səhvlərini başa düşüb və müxalifətdə deyillər. Xarici dövlətlər Azərbaycanda bu sabitliyi pozmaq üçün gənclərdən istifadə edirlər. Çoxu bu yoldan qayıdaraq vətənini, xalqını sevən gənclərin arasına qoşulub. Bu məsələlərin həlli əsasən təbliğatdan asılıdır. YAP Gənclər Təşkilatının üzvü olaraq sosial şəbəkələrdə qruplar yaradaraq, gəncləri düzgün yola dəvət edirik. Artıq müəyyən qədər nəticələrimiz də var.

 

 

 

Tapdıq Qurbanlı

 

Rəfiqə Kamalqızı

 

Səs.- 2011.- 12 mart.- S. 5.