Azərbaycan ilə Türkiyəni dərin köklərə malik sarsılmaz dostluq və qardaşlıq əlaqələri birləşdirir
Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım
Əliyeva Türkiyənin Azərbaycandakı səfiri ilə
görüşüb
Dünən Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Türkiyənin ölkəmizdəki
səfiri Hulusi Kılıç ilə görüşüb. Qonağı Heydər Əliyev Fondunda salamlamaqdan məmnun olduğunu bildirən Mehriban xanım Əliyeva Azərbaycan ilə Türkiyənin dərin köklərə malik sarsılmaz dostluq və qardaşlıq əlaqələrinin xalqlarımızın
və ölkələrimizin
birgə maraqlarına
xidmət etdiyini vurğulamışdır. Digər sahələrdə olduğu
kimi, humanitar sahədə də əməkdaşlığın faydalı olacağından
əminliyini bildirən
Azərbaycanın birinci
xanımı gələcəkdə
yeni birgə layihələrin həyata
keçirilməsi üçün
Fondun açıq olduğunu diqqətə çatdırmışdır. Mehriban xanım Əliyeva bildirmişdir ki, Heydər Əliyev Fondu əməkdaşlığa hər
zaman hazırdır. Səfir Hulusi Kılıç xoş sözlərə görə
Heydər Əliyev Fondunun prezidentinə təşəkkürünü bildirmiş, onu qarşıdan gələn
Novruz bayramı münasibətilə təbrik
etmişdir.
Türkiyəli diplomat
Heydər Əliyev Fondunun həyata keçirdiyi
möhtəşəm layihələrdən xəbərdar
olduğunu, ölkəsində bu fəaliyyətin
yüksək qiymətləndirildiyini və qürur hissi
doğurduğunu vurğulamışdır. Əməkdaşlığın perspektivlərinə toxunan səfir, qarşılıqlı fəaliyyətin qardaş ölkələrimizin inkişafına
sanballı töhfələr
verəcəyinə ümidvar
olduğunu diqqətə
çatdırmışdır. Səfir ümummilli liderimiz Heydər Əliyevin "bir millət, iki dövlət" kəlamını
xatırladaraq Fond ilə əməkdaşlığın
xalqlarımızın münasibətlərinin
daha da möhkəmlənməsinə
xidmət edəcəyini
demişdir.
Səs.- 2011.- 16 mart.- S. 3.