Heydər Əliyev Fondunun fəaliyyəti Avropada yüksək qiymətləndirilir
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva
Avstriyanın ölkəmizdəki səfiri ilə
görüşüb
Heydər Əliyev Fondunun fəaliyyəti Avropada yüksək qiymətləndirilir və
təqdir edilir. Bu fikir Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın dünən Avstriyanın Azərbaycandakı səfiri
xanım Silvia Mayer-Kaybiç ilə görüşündə səslənib.
Görüşdə qonağa
Heydər Əliyev Fondunun çoxşaxəli
fəaliyyəti barədə
ətraflı məlumat
verilib. Bildirilib ki, 7 ildir fəaliyyət göstərən
Fond Azərbaycanın
tərəqqisi və
xalqımızın rifahı
naminə genişmiqyaslı
proqram və layihələr həyata keçirir. Ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə
ehtiram əlaməti olaraq yaradılan Fondun məqsədi ulu öndərin zəngin irsini öyrənmək və təbliğ
etmək, görkəmli
siyasət və dövlət xadiminin Azərbaycanın sosial-iqtisadi,
mədəni tərəqqisinə
yönəlmiş genişmiqyaslı
fəaliyyəti barədə
gələcək nəsillərdə,
qonaqlarda əyani təsəvvür yaratmaqdır.
Bununla bərabər,
Fond təhsil, səhiyyə, mədəniyyət, elm
sahələri ilə bağlı genişmiqyaslı
layihələr də həyata keçirir. Fondun "Yeniləşən Azərbaycana
yeni məktəb",
"Təhsilə dəstək",
"Uşaq evləri
və internat məktəblərinin inkişafı",
"Diabetli uşaqlara
ən yüksək qayğı", "Talassemiyasız
həyat naminə"
layihə və proqramları müstəqil
Azərbaycanın sürətli
inkişaf perspektivlərinə
hesablanmışdır. Fondun genişmiqyaslı beynəlxalq əlaqələrindən
danışan Mehriban xanım Əliyeva
YUNİSEF, YUNESKO, BMT-nin İnkişaf
Proqramı kimi nüfuzlu qurumlarla uğurlu əməkdaşlığın
qurulduğunu diqqətə
çatdırmışdır. Səfir xanım Silvia Mayer-Kaybiç Heydər Əliyev Fondunun həm ölkə daxilində həm də onun hüdudlarından
kənarda gördüyü
nəcib işlərin
Avropada da yüksək qiymətləndirildiyini
bildirmiş, bu fəaliyyətin humanitar əhəmiyyətini və
örnək olduğunu
xüsusi qeyd etmişdir. Görüşdə
təhsil və mədəniyyət sahələrində
əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə
olunmuşdur.
Səs.- 2011.- 16 mart.- S. 3.