Yeni Azərbaycan Partiyası müasir Azərbaycan gəncliyi

 

YAP Sabunçu rayon təşkilatında bu mövzuda tədbir keçirildi

 

Dünən yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının qərargahında "Yeni Azərbaycan Partiyası və müasir Azərbaycan gəncliyi" mövzusunda gənclərin iştirakı ilə tədbir keçirildi. Sabunçu rayon gənclərinin bir qrupunun və ictimai-siyasi proseslərdə aktiv olan gənclərin iştirakı ilə keçirilən tədbirdə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva İlaxır çərşənbəsi və qarşıdan gələn milli bayramımız olan Novruz bayramı münasibəti ilə gənclərə təbriklərini çatdırdı.

M.Abasquliyeva çıxışında ölkəmizdə gənclərin aparıcı rolundan bəhs etdi. Bildirdi ki, müasir düşüncəli Azərbaycan gəncliyi dövlətimizin ayrı-ayrı strukturlarında, ictimai-siyasi proseslərdə, vətəndaş quruculuğu sahəsində təmsil olunurlar. Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan milli müstəqilliyimizin bu gün özünün ən yüksək inkişaf dövrünü yaşadığını diqqətə çatdıran M.Abasquliyeva gənclərin də bu uğurlu işlərdə aparıcı qüvvə kimi iştirak etdiyini bildirdi. Qeyd etdi ki, hələ Ulu Öndərimiz Heydər Əliyev tərəfindən sovetlər dönəmində belə azərbaycanlı gənclərin SSRİ-nin ayrı-ayrı ölkələrinə, dünyanın ən qabaqcıl ali məktəblərində təhsil almaq üçün göndərilməsi bugünümüz üçün böyük örnəkdir. M.Abasquliyeva Ümummilli Liderin ən layiqli davamçısı olan Prezident İlham  Əliyevin gənclərə xüsusi diqqət və qayğı ilə yanaşmasının yüksək təzahürlərinin də, göz önündə olduğunu gənclərin diqqətinə çatdırdı. Ölkəmizdə gənclər siyasətinin aparıcı rolundan bəhs edən təşkilat sədri idmana qayğının, təhsilin ən yüksək səviyyəyə çatdırılmasının, mədəniyyətimizin inkişafının təmin edilməsinin kökündə məhz gənclərin gələcəyi naminə atılan addımların dayandığını vurğuladı. Son illər dövlət səviyyəsində gənclərin ayrı-ayrı proseslərdə aktivliyini daha artırmaq üçün görülən işlərin atılan addımların əhəmiyyətinə də toxunan M.Abasquliyeva təkcə Sabunçu rayonunun timsalında gənclərlə iş sahəsində əldə olunan uğurların sadalanmasının kifayət etdiyini söylədi.

Heydər Əliyev Fondunun prezidenti YUNESKO İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın gənclərin elmi biliklərinin artırılması, onların ən intellektual dəyərlərə yiyələnməsi üçün görmüş olduğu işlərə toxunan M.Abasquliyeva bütün bunların Azərbaycan gəncliyinin savadlı, intellektli, daha mütərəqqi ideyalara sahib olmaq, onların sosial problemlərini təmin etmək, asudə vaxtlarının səmərəli formada təşkilinə hesablandığını vurğuladı. Amma bütün bunların müqabilində bəzi maraqlı qüvvələrin Azərbaycan gəncliyinin potensialından, malik olduğu imkanlardan, xüsusiyyətlərindən özlərinin maraqları üçün istifadəyə cəhdlər etdiklərini söyləyən təşkilat sədri məhz belə xoşagəlməz hallara qarşı gənclərin özlərinin mövqe nümayiş etdirməsinin vacibliyini söylədi. Ölkəmizdə yaradılan yüksək səviyyəli texniki imkanlardan yararlanaraq, internet digər şəbəkələrdə gənclərimizin xüsusi olaraq, fəallıq nümayiş etdirdiyini onların bu imkanlardan daha doğru formada yararlanmasının vacibliyini M.Abasquliyeva gənclərin diqqətinə çatdırdı. 

 

Sağlam düşüncəli Azərbaycan gəncliyi gələcəyimizin qarantıdır

 

YAP Sabunçu rayon təşkilatının gənclər birliyinin sədri Rəşad Abasəliyev çıxışında ölkəmizdə gənclərlə sahəsində əldə olunan uğurlardan bəhs etdi. Bildirdi ki, gənclik bu gün özünün sağlam düşüncəsinə, elmi təfəkkürünə güclü dövlətinə arxalanır. Məhz dövlətimiz tərəfindən gənclər siyasətinə xüsusi önəm verilməsinin nəticəsi olaraq, azərbaycanlı gənclərin ən mötəbər idman bilik yarışlarında böyük uğurlara imza atdığını qeyd edən R.Abasəliyev həyata keçirilən bütün uğurlu işlərin gənclərin yüksək həyat tərzi yaşamasına xidmət etdiyini söylədi. R.Abasəliyev Ulu Öndərəmiz Heydər Əliyevin uğurlu möhtəşəm gənclər siyasətinin Onun ən layiqli davamçısı olan Prezident İlham  Əliyev tərəfindən böyük əzmlə davam etdirildiyini vurğuladı. Son illərdə ölkəmizin öz inkişafında əldə etmiş olduğu ən yüksək göstəricilərin məhz gənclərin , həyatından yan keçmədiyini onların müxtəlif proseslərdə daha aktiv formada iştirakını təmin etmək üçün zəruri addımların atıldığını da gənclərin diqqətinə çatdıran R.Abasəliyev bələdiyyə parlament seçkilərində gənclərə verilən xüsusi önəmin bunun bariz nümunəsi olduğunu bildirdi. Çox təəccüb təəssüf doğuran məqamlardan biri odur ki, bu gün bir sıra dairələr gəncliyimizi yanlış istiqamətə yönəltməklə öz maraqlarını təmin etməyə çalışdıqlarını bildirən R.Abbasəliyev dövlətinə xalqına sadiq olan müasir Azərbaycan gəncliyinin isə bu cür provakasiyalara qarşı iradə nümayiş etdirdiyini vurğuladı.

 

Azərbaycan gəncliyi dövlətinə xalqına həmişə sadiq olub

 

Tədbirdə gənclər adından çıxış edən Lamiyə Cəlilova Azərbaycan gəncliyinin böyük qüvvəyə malik olduğunu bildirdi. Qeyd etdi ki, Uca Tanrının insana bəxş etdiyi gənclik cığırından səmərəli formada istifadə edilməsinin zəruriliyini bildirdi. L.Cəlilova müasir gəncliyimiz milli ruhun ən böyük daşıyıcısı olduğunu heç bir halda neqativ hallara, yanlış istiqamətlərə yönəlməyəcəyinə əminliyini ifadə etdi.

Sabunçu rayon gənclərinin digər təmsilçisi Emin Yusifov da gənclərin müasir elmi biliklərə sahib olduğunu, onların öz gələcəklərini artıq indidən möhkəm təməllər üzərində qurulduğunu bildirdi. Bu gün bir çox internet məkanlarında, sosial şəbəkələrdə müəyyən qrupların toruna düşmüş gənclərin doğru yola gəlməsi üçün YAP ətrafında cəmləşmiş gənclər olaraq, onların üzərinə mühüm vəzifənin düşdüyünü söyləyən E.Yusifov gələcəyin məhz onların əlində olduğunu da diqqətə çatdırdı.

Tədbirdə çıxış edən digər gənclər ölkəmizdə gənclər siyasətinin əhəmiyyətinə toxundular. Sonda YAP sıralarına qəbul olmuş bir qrup gəncə partiya vəsiqələri təqdim edildi.

 

 

Tapdıq Qurbanlı

 

Səs.- 2011.- 6 mart.- S. 4.