Paytaxtda möhtəşəm
bayram şənliyi keçirilib
Novruz ərəfəsində
sonuncu çərşənbədə
yer oyanır, torpaq nəfəs alır. Bu çərşənbə xalq arasında "Yer çərşənbəsi",
"İlaxır Çərşənbə"
və ya "Torpaq çərşənbəsi"
adlanır. İnama görə "Torpaq çərşənbəsi" yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum
səpmək olar. Əfsanəyə görə
adamların ərzaq qıtlığından əziyyət
çəkdikləri bu
gündə Su, Od və Yel
Torpaq xatunun yeraltı məbədinə
qonaq gəlir, burada yatmış torpağı oyadırlar.
İlaxır Çərşənbə
4 çərşənbənin mərasim, ayin, etiqad, oyun və
şənliklərlə ən
zəngin olanıdır.
Bu vaxt əvvəlki
çərşənbələrdə icra olunan bütün
ayin və mərasimlər daha şən, böyük xalq şənlikləri kimi təkrar qeyd olunur. Mərasim
sübh tezdən suya tapınma ayini ilə başlayır. İnsanlar
su kənarına gedir, su üstünə
atlanır, dərdini,
arzusunu axar suya deyir və
ondan imdad diləyirlər. Bütün
günü davam edən mərasim axşam şənlikləri
ilə daha da gurlaşır. Bu axşam üzərlik
yandırılır, tonqallar
alovlanır, tonqal üstündən tullanılır,
bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq falları qurulur.
Subaylar qonşu evlərin qapısının
arxasında gizlənərək
ilk eşitdikləri sözə uyğun təzə ildə onları gözləyən
hadisələri öncədən
bilməyə çalışırlar.
Bu səbəbdəndir
ki, həmin günün axşamı yalnız yaxşı sözlər danışılması
adət hesab olunur.
Martın
15-də Azərbaycanda yurdumuza
baharın gəlişini
müjdələyən çərşənbələrdən
sonuncusu - İlaxır
çərşənbə əsl ümumxalq bayramı kimi qeyd olunur. Ölkə
ərazisində kütləvi
şənliklər və
mərasimlər keçirilir,
təbiətin oyanması
ilə yurdumuza qədəm qoyan baharın elimizə xoşbəxtlik, ruzi-bərəkət və
əmin-amanlıq gətirməsi
arzulanır.
SİA-nın xəbərinə
görə, İlaxır
çərşənbə münasibətilə Bakı
Şəhər İcra
Hakimiyyətinin təşkilatçılığı
ilə paytaxtda bayram tədbirlərinə
start verilib. Bayram tədbirləri Bakının Neftçilər
prospektindəki "Azneft"
meydanından başlanıb.
Milli geyimli gənclərin, Novruz bayramının əsas simvollarından sayılan Kosa və Keçəl,
eləcə də Dədə Qorqud rollarında oynayan aktyorların tamaşası
paytaxt sakinlərinin böyük marağına
səbəb olub.
Bundan əlavə, "Azneft" meydanındakı
tədbirdə Azərbaycan
xalqının qədim
tarixini özündə
əks etdirən tamaşalar da nümayiş etdirilib. Orta əsrlərin döyüşçülərinin geyimində olan gənclər at belində, cəngi musiqisinin sədaları altında dairə vurublar.
Milli geyimli oğlan
və qızlar "Azneft" meydanından dəvələrdən ibarət
karvanla Suraxanı rayonu ərazisindəki
"Atəşgah" məbədindən
od götürmək üçün yola düşüblər. Onları
şən və oynaq musiqi sədaları
altında Novruzun əsas personajları olan Dədə Qorqud, Bahar qız,
Keçəl və Kosa müşayiət edib.
"Atəşgah"
məbədindən od
götürən karvan
musiqi sədaları altında Novruz personajlarının iştirakı
ilə Heydər Əliyev Sarayı qarşısından keçərək
Qız qalasına yaxınlaşıb. Gətirilən
odla saat 19.00-da Qız qalasının üstündəki məşəl
alovlandırlıb. Qız
qalasının qarşısındakı
meydanda incəsənət
ustalarının iştirakı
ilə bayram konserti təşkil olunub. Burada tanınmış musiqiçilərin
ifasında baharı, yazın gəlişini vəsf edən mahnılar səsləndirilib.
Mərasim möhtəşəm
atəşfəşanlıqla davam edib.
Səs.- 2011.- 16 mart.- S. 7.