Azərbaycan muğam musiqisinin memarı

 

Bu gün Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaratmış dünyaşöhrətli cazmen Vaqif Mustafazadənin doğum günüdür. İfası, novatorçuluğu ilə Azərbaycan caz musiqisinə yeni, orijinal üslub bəxş edən sənətkar yaşadığı qısa bir zaman məsafəsində dünyanı musiqisi ilə heyrətləndirə bildi. Yaradıcılığa kiçik yaşlarından başlayan Vaqif Mustafazadənin sənət uğurları məhz onun sənət səhifələrini bəzədi. Belə ki, sənətkar musiqisi ilə dünyaya səs saldı. Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi yeni caz fikrinin yaradıcısıdır. O, Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaratmışdır. Onun yeni devizi caz-muğam adlanır. Sənətkarı Azərbaycan muğam caz hərəkatının memarı da adlandırırlar. Caz-muğam üslubunun banilərindən biri olan Vaqif Mustafazadə zaman anlayışına sığışmayan bir insan ömrü yaşadı. O, gözəl pianoçu olmaqla yanaşı, həm çoxsaylı caz əsərləri yaratmış istedadlı bəstəkar kimi yaddaşlarda qaldı.

Vaqif Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinə daxil olduqdan bir il sonra 1958-ci ildə Azərbaycan Dövlət Radio Verilişləri Komitəsində solist kimi əmək fəaliyyətinə başlayır. 1964-cü ildə o, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olur 1965-ci ildə Tbilisiyə köçür. Onu "Orera" ansamblına musiqi rəhbəri vəzifəsinə dəvət edirlər. Burada caz festivallarında konsertlərdə müvəffəqiyyətlə çıxış edir. Tallində keçirilən Ümümdünya Caz Musiqisi Festivalında o, bir neçə kompozisiyanı ifa edir maraqla qarşılanır.

1968-ci ildə Azərbaycanın musiqi aləmində yüksək nüfuza malik olan məşhur bəstəkar, Azərbaycanın mədəniyyət naziri Rauf Hacıyevin təkidi ilə Vaqif Mustafazadə Tbilisidən Bakıya qayıdır. Doğma Bakı, İçərişəhərin dar küçələri, burada keçirdiyi uşaqlıq illərinin unudulmaz xatirələri, tanış insanların mehriban çöhrələri Vaqif üçün sanki yeni ilham mənbəyinə çevrildi o, yaradıcı fəaliyyətinin yeni mərhələsinə qədəm qoydu. Beynəlxalq caz müsabiqələri festivallarının laureatı olur. Fortepiano simfonik orkestr üçün konsertin, "Muğam" simfoniyasının, bir sıra caz kompozisiyalarının pyeslərin müəllifidir. 1970-ci ildə "Leyli" vokal kvartetini yaradır. Qısa müddətdə bu qrup bakılı musiqisevərlərin böyük rəğbətini qazanır. Bir il sonra 1971-ci ildə bəzi səbəblərə görə "Leyli" vokal qrupunun tərkibi adı dəyişir. Bu dəfə "Sevil" adlanan qrup tamaşaçılara daha doğma, daha yaxın olur. Bu dövrdə müxtəlif mahnı melodiyaların caz üslubunda yazılışları videokliplərin təşkili işləri üzərində işləyən Vaqif Mustafazadə özünün həm bacarıqlı, öz işini gözəl bilən düzgün yol göstərən musiqi rəhbəri olmasını sübut etdi. O öz kompozisiyalarında tez-tez dünya Azərbaycan klassiklərinin yaradıcılığına müraciət edir onlardan bəhrələnirdi. Azərbaycan bəstəkarlarının əsərlərinə hədsiz rəğbət bəsləyən Vaqif Mustafazadə dahi Üzeyir Hacıbəyovun sənətkarlığı qarşısında baş əyir, Qara Qarayev, Fikrət Əmirov, Niyazi kimi peşəkar bəstəkarların yaradıcılığına böyük hörmətlə yanaşırdı.

1971-ci ildən 1977-ci ilə kimi "Sevil" vokal-instrumental qrupuna, 1977-ci ildən 1979-cu ilə kimi "Muğam" instrumental qrupuna başçılıq edir. Ansamblın belə adlanması heç təsadüfi deyildi. Vaqif caz muğamın incə sintezini ilk baxışda bir-birinə tam əks olan Şərq Qərb aləmlərini birləşdirən musiqini çoxsaylı sənətsevərlərin yaddaşında əbədi həkk etdi. Kollektivdə işləyən peşəkar musiqiçilər ondan çox şey öyrənmişdilər. Bu, sözün həqiqi mənasında, yüksək musiqi məktəbi öz üzərində daimi illəri idi.

1978-ci ildə Monakoda keçirilən 8-ci Beynəlxalq Caz Festivalında "Əzizəni gözləyirəm" musiqisinə görə birinci mükafatı almışdı. 1979-cu ildə Azərbaycanın əməkdar incəsənət xadimi adına, 1982-ci ildə isə ölümündən sonra Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür. O, fortepiano konsertlərinin, "Muğam" simfoniyası başqa fortepiano şedevrlərinin müəllifidir. Lakin bütün bunlar Vaqifin öz övladlarından - iki qızından ötrü həqiqi sənət adamının nümunəsi etalonu olmasına, onlara gözəl tərbiyə əla musiqi savadı verməsinə mane olmadı. Gürcüstanda keçirilən "Tbilisi 78" Ümumittifaq Festivalında Vaqif kiçik qızı Əzizə ilə birlikdə çıxış edirdi. Bu festivalda Vaqifin laureat adına layiq görülməsi, səkkiz yaşlı Əzizəyə isə festivalın xüsusi mükafatının verilməsi hər ikisinin qəlbində hədsiz qürur sevinc hissləri oyatdı. O vaxt Vaqif bəlkə heç təsəvvür edə bilməzdi ki, gənc Əzizə onun arzularını həyata keçirəcək, dünya şöhrətli musiqiçi olacaq.

Təəssüf ki, Vaqif dünya caz səhnəsində çıxış edib öz məharətini göstərə bilmədi. Dövrün sərt qanunları çoxlu maneçilik çətinliklər törədirdi. Yalnız bir dəfə, 1979-cu ildə Vaqifin Monakoda keçirilən Ümumdünya Caz Musiqi Müsabiqəsinə göndərdiyi "Əzizəni gözləyərkən" adlı kompozisiya, müəllifinin bütün dünya musiqiçiləri ilə rəqabət apara biləcəyini sübut etdi. Vaqif kompozisiyasının müsabiqədə birinci yer tutması, özünün isə dünya miqyaslı musiqiçilər arasında ən yaxşı ifaçı adına layiq görülməsi xəbərini alanda, bəlkə ömrünün ən həyəcanlı xoşbəxt anlarını yaşadı. Müsabiqədə qalib gəldiyinə görə ona hədiyyə kimi, sülh həyat eşqinin rəmzi, sırf musiqi rəmzi olan " royal" verilmişdi. Vaqif Mustafazadənin musiqisi, bax, belə musiqi idi.

Azərbaycanda sosializm siyasətinin sərt qaydaların hökm sürdüyü, heç asan olmayan o illərə bu günümüzün prizmasından baxanda başa düşürük ki, Vaqif Mustafazadə kimi qeyri-adi, heç kəsə bənzəməyən pianoçu bəstəkar üçün o dövrdə yaşamaq işləmək heç asan deyilmiş. Vaqif şəxsiyyətinin ətrafında həmişə çoxlu mübahisə polemikalar olub, onun sağlığında da, ölümündən sonra da. O, cəmiyyətin yaratdığı stereotiplərə tabe olmurdu. Onun əsər improvizasiyaları bu gün həm peşəkar caz musiqiçiləri, həm onun işini davam etdirməyə cəhd göstərən gənclər tərəfindən diqqətlə təhlil müzakirə edilir. Vaqif Mustafazadə öz zəmanəsinin inqilabçısı görkəmli şəxsiyyət idi. Gerçəkliyi qəbul etmək istəməyənlər daha canfəşanlıqla onun əleyhinə təbliğat aparsalar da, o, sənətdə bir etalon oldu. Vaqifin yaradıcılığını milli musiqimizə, muğama xəyanət kimi qiymətləndirənlər bununla da kifayətlənmirlər. Vaqifin televiziyada solo-konsert vermək cəhdi dəfələrlə boşa çıxır. Vaqif bu ədalətsizliyin, haqsızlığın fövqündə dayansa da, gündən-günə gərilən əsəblər özünü büruzə verir.

1979-cu il dekabrın 15-də Vaqif "Muğam" qrupu ilə birlikdə Daşkənd şəhərində növbəti qastrollarda idi. Konsertin birinci hissəsi zamanı hiss etdi ki, barmaqları sözünə baxmır, nəfəsi təngiyir. Həkimlər konsertin davam etdirilməsini məsləhət görmədilər, lakin Vaqif öz fikrindən dönmədi ikinci hissədə çox gözəl ifa edib, çıxışını sona çatdırdı. Bu, Vaqif Mustafazadənin həyat eşqi enerjisi ilə dolu insanın, Azərbaycan caz musiqisinin əfsanəsi olan musiqiçinin son konserti oldu.

 

 

Zümrüd

 

Səs.- 2011.- 16 mart.- S. 12.