Xalq rəssamı Oqtay Sadıqzadənin 90 illiyinə həsr olunmuş yubiley sərgisi

 

Dünən Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyi Azərbaycan Dövlət İncəsənət Muzeyi tərəfindən xalq rəssamı Oqtay Sadıqzadənin 90 illik yubileyinə həsr olunmuş sərginin açılışı oldu.

Sərgidə rəssamın müxtəlif forma məzmunlu ola əsrləri sənətsevərlərə təqdim olundu. İdeya-bədii mahiyyətinə, yüksək peşəkarlıq orijinal üslubuna görə bir-birindən fərqlənən sənət əsərləri Oqtay Sadıqzadənin uzun illər yaradıcılıq dövrünün bədii ifadəsidir. Sərgidə Oqtay Sadıqzadənin 100-dək rəngkarlıq qrafika əsərləri nümayiş etdirilir.

Qeyd edək ki, rəssam Oqtay Sadıqzadə 24 fevral 1921-ci ildə tanınmış ədiblər - yazıçı Seyid Hüseynin şairə Ümmügülsüm xanımın ailəsində dünyaya göz açmışdır. Valideynlərini repressiya illərində itirən Oqtay Sadıqzadə gənc yaşlarından rəssamlığa, ədəbiyyata maraq göstərməyə başlamışdır. O, 1939-cu ildə Bakı Rəssamlıq Texnikumunu, 1956-cı ildə isə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun qrafika şöbəsini  bitirmişdir. O, rəssamlığın müxtəlif sahələrində çalışmış, uzun illər Azərbaycan təsviri sənətinin inkişafına yorulmadan xidmət göstərmişdir. Görkəmli fırça ustasının bədii yaradıcılıq fəaliyyəti Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilmişdir. Oqtay Sadıqzadə 1977-ci ildə əməkdar incəsənət xadimi, 1992-ci ildə  xalq rəssamı fəxri adlarına layiq görülmüşdür.

Bildiyimiz kimi, bu günlərdə isə, fevral ayının 24-də  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən xalq rəssamı Oqtay Sadıqzadənin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalanmışdır. 

Yaradıcılıq yolu diqqətdə olan rəssamın əsərləri Azərbaycanda onun hüdudlarından kənarda təşkil olunan onlarla sərgidə uğurla nümayiş etdirilmiş, ölkəmizin milli mədəniyyətinin təbliğinə xidmət göstərmişdir. Oqtay Sadıqzadənin əsərləri hazırda R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində, Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində, Azərbaycan Tarixi Muzeyində, C.Cabbarlı adına Teatr Muzeyində, Ü.Hacıbəyovun, S.Vurğunun, Bülbülün, H.Cavidin ev muzeylərində, Dövlət Rəsm Qalereyasında, Naxçıvanın muzey qalereyalarında, Moskva Dövlət Tretyakov Qalereyasında, Orenburqun, Lvovun, Ulyanovskun muzeylərində saxlanılır. Bundan başqa ustad sənətkarın tabloları Azərbaycan, Almaniya, ABŞ, Kanada, İsrail, Rusiya, Belarus Pakistanda bir çox şəxsi kolleksiyaları bəzəyir.

 

 

Zümrüd

 

Səs.- 2011.- 16 mart.- S. 12.