YAP-ın bütün uğurlarının arxasında
xalqın inamı və bu inamdan
doğan dəstəyi
dayanır
Yeni Azərbaycan Partiyasının Qaradağ rayon
təşkilatının yaradılmasının 18-ci ili tamam
olub
Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ
rayon təşkilatının
yaradılmasının 18-ci ili tamam olub.
SİA-nın verdiyi məlumata görə, dünən rayon təşkilatı bu münasibətlə tədbir keçirib. Tədbir iştirakçıları
əvvəlcə xalqımızın
Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı
və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi
önünə gül
dəstələri düzüblər.
Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilib. Öncə Yeni Azərbaycan Partiyasının yaranmasından,
fəaliyyətindən bəhs
edən film nümayiş etdirilib və 18 yaşı tamam olmuş gənclərə partiyaya
üzvlük vəsiqəsi
təqdim olunub.
Tədbirdə çıxış
edən rayon təşkilatın sədri,
YAP Siyasi Şurasının
üzvü Aydın Hüseynov partiya üzvlərini ildönümü
münasibətilə təbrik
edərək onlara gələcək fəaliyyətlərində
uğurlar arzulayıb.
A.Hüseynov bildirib ki, Ulu öndər
Heydər Əliyevin qurucusu olduğu partiyanın təsis yığıncağı keçiriləndən
sonra bölgələrdə
onun yerli strukturları formalaşdırılmağa
başlayıb. Onun sözlərinə görə,
təşkilatın sıralarının
artmasının ciddi səbəbləri var:
"Müqayisəolunmaz faktdır
ki, YAP-ın bütün uğurlarının
arxasında xalqın inamı və bu inamdan doğan
dəstəyi dayanır.
Azərbaycan xalqı Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu
və bu gün cənab Prezident İlham Əliyevin rəhbərlik
etdiyi YAP-a böyük etimad göstərir, inanır. Onu da vurğulamalıyıq
ki, partiyamız da gördüyü işlərlə, üzərinə
götürdüyü missiya
ilə xalqın inamını doğruldub.
Yeni Azərbaycan Partiyası Azərbaycanın
və ümumiyyətlə,
regionun ən böyük və güclü siyasi partiyası kimi daim inkişaf edir, müasir dünyanın təcrübələrini
mənimsəyir".
YAP Qaradağ rayon
təşkilatının sədri
Aydın Hüseynov Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu
YAP-ın böyük
nailiyyətlər əldə
etdiyini bildirib, dövlətçiliyin möhkəmləndirilməsində
və Azərbaycanın
regionda lider dövlətə çevrilməsində
Ulu öndərin xidmətlərindən danışıb.
Bildirilib ki, hər zaman xalqın rifahını nəzərə alaraq, çoxsaylı dövlət
əhəmiyyətli proqramlar
irəli sürən
YAP xalqın yüksək
etimadını qazanıb,
500 mindən çox üzvü ilə regionun ən güclü siyasi partiyasına çevrilib.
A.Hüseynov qeyd edib ki,
122 ilk təşkilatda
10 mindən çox üzvü birləşdirən
YAP Qaradağ rayon təşkilatı partiyanın
proqram vəzifələrinin
həyata keçirilməsində,
ölkəmizin sosial-iqtisadi
inkişafında fəal
iştirak edir. Öz fəaliyyətində
Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi prinsipləri rəhbər tutan təşkilat Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilən siyasətin həyata keçirilməsində yaxından
iştirak edir.
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Yeni Azərbaycan
Partiyası Qaradağ
rayon təşkilatının
yaradılmasının 18 illiyi
münasibətilə tədbir
iştirakçılarını təbrik edib. Siyavuş Novruzov söyləyib ki, 18 il ərzində rayon təşkilatı böyük işlər görüb, çox hadisələrin şahidi
olub: "Qeyd olunduğu kimi, kiçik bir otaqda yaradılmış
YAP Qaradağ rayon təşkilatı qısa
müddət ərzində
sıralarını genişləndirərək,
mütəşəkkil bir
təşkilata çevrilib.
Bu gün rayon təşkilatı öz sıralarında rayonun ictimai-siyasi həyatında
aktiv iştirak edən 10 mindən artıq insanı birləşdirir. Əlbəttə
ki, bütün bunlar Ümummilli liderimiz Heydər Əliyevin ideyalarının
dəstəklənməsinin göstəricisidir. Bu
gün burada əyləşmiş bir çox insanlar ağır şəraitdə
məsuliyyətli qərarlar
qəbul edərək
yaratdıqları bu rayon təşkilatının
ölkəmizin inkişafı
naminə nümayiş
etdirdiyi fəaliyyətlə
fəxr edə bilərlər".
Siyavuş Novruzov söyləyib ki, YAP Qaradağ rayon təşkilatının digər
rayon təşkilatlarından
fərqləndirici cəhətləri
də var: "Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev məhz, Qaradağ rayonundan deputat seçilib, eyni zamanda, bir
neçə qurultayda
YAP Qaradağ rayon təşkilatı tərəfindən
seçilmiş nümayəndə
kimi, həmçinin,
cənab Prezident İlham Əliyev sizlərlə birlikdə
YAP Qaradağ rayon təşkilatının tədbirlərində
də iştirak edib".
İcra katibinin müavini sonda tədbir iştirakçılarını
bir daha təbrik edərək, onlara uğurlar arzulayıb.
Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman
Mikayılov tədbirdə
çıxış edərək,
18 yaşının tamam
olması münasibətilə
YAP Qaradağ rayon təşkilatının üzvlərini
təbrik edib. O, qeyd edib ki,
müstəqil dövlətimizin
möhkəmləndirilməsində YAP fəallarının özünəməxsus
rolu var: "Hazırda partiyamızın
500 mindən çox üzvü var. YAP nəinki bölgənin, eyni zamanda, dünyanın
ən mütərəqqi,
tanınmış siyasi
partiyasıdır. Bu gün YAP bir çox ölkələrin
nüfuzlu partiyaları
ilə sıx əməkdaşlıq edir.
Əldə edilən uğurlar YAP-ın nüfuzunu daha da artırır".
Natiq bildirib ki, Ulu
öndər Heydər
Əliyevin xalqımızın
təkidli tələbi
ilə hakimiyyətə
qayıdışı müstəqil
dövlətçiliyimizi anarxiyadan,
parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi
tənəzzüldən, beynəlxalq
təcriddən xilas edib: "Ümummilli liderin işləyib hazırladığı müstəqil
dövlət quruculuğu
konsepsiyası müasir
Azərbaycan dövlətinin
uğurlarının bünövrəsində
dayanaraq gələcək
inkişafın əsasını
qoymuşdur".
Hazırda Azərbaycanın
dünyada bənzəri
olmayan sürətlə
inkişaf etdiyini vurğulayan Süleyman Mikayılov həmin siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən böyük
uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Digər çıxışçılar
da xalqımızın
YAP-ın Sədri, Prezident İlham Əliyevin ətrafında
sıx birləşdiyini
bildiriblər.
Tədbirin sonunda media nümayəndələri
də mükafatlandırılıblar.
Səs.- 2011.- 17 mart.- S. 6.