Azərbaycanın haqq işini BMT müdafiə edir

 

Zahid Oruc: "Qəddafiyə, Səddama qarşı tətbiq olunan sanksiya nəyə görə Ermənistana, Sarkisyan rejiminə tətbiq olunmur"

 

- Zahid müəllim, BMT-nin Baş Assambleyasının növbəti sessiyasında Azərbaycanla bağlı hansı məsələlərin müzakirəsi gözlənilir?

- İlk növbədə, onu qeyd etmək istəyirəm ki, Ermənistan tərəfi Azərbaycanı beynəlxalq qurumlardan təcrid etmək üçün ən müxtəlif şantaj üsuluna əl atır. Sonrakı dövrlərdə isə, biz ermənilərin şantaj üsulunun başqa dövlətlər tərəfindən müdafiə olunduğunu görürük. Azərbaycanın ərazi bütövlüyünə dair məsələlər müzakirə edilərkən bir sıra dövlətlər anti-Azərbaycan təşviqatını aparırdılar. Həmin ölkələrin bir qismi ilə Azərbaycan dövləti çox normal dost münasibətində idi bu hal onlar üçün acınacaqlı bir vəziyyət idi. Təəssüf ki, siyasətdə istənilən şərait göz önünə alınmalıdır. Bütün təzyiqlərə baxmayaraq, Azərbaycan BMT müstəvisində özünün diplomatik fəallığını dayandırmadı. BMT-nin istər 62-ci, istərsə 63-cü sessiyalarında Azərbaycanla bağlı müxtəlif qətnamələr, sənədlər müzakirəyə çıxarıldı onlar son variantda bizim istədiyimiz kimi qəbul edildi. Ola bilər ki, sayca daha çox dövlətin iştirakını arzulayırdıq. Əsas odur ki, razılaşdırılmış sənəd tarixdə qalsın siyasi əhəmiyyətini itirməsin. BMT-nin büsbütün Azərbaycanın Dağlıq Qarabağ problemi ilə bağlı bir təşkilat kimi səciyələndiyini tələb etmək mümkün deyil. Biz son illər təkcə iqtisadi, humanitar məsələlərə deyil, xüsusən, ərazi bütövlüyü problemini bu quruma intensiv tərzdə çıxarmaqdayıq. Ölkə başçısı, bilavasitə, bu məsələlərlə bağlı  həmin sahəyə cavabdehlik daşıyan şəxslər qarşısında proqramlı bir vəzifə qoyubdur. Həm Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun, həm ölkəmizin BMT-dəki səfiri Aqşin Mehdiyevin BMT səviyyəsində fəaliyyətinə xüsusi önəm verdiyi gözlə görünür. Bütün beynəlxalq qurumlar sanki möhkəmlik, yaxud da mövcudluq sınağıdır. Bu gün dünyada 192 ölkəni öz çətiri altına yığan bu mühüm qurum indi hadisələrin arxasınca sürünür. Yəni ölkələrin ərazilərinə ayrı-ayrı dövlətlərin qoşunları girdikdən sonra BMT-də qərar verilir. Ona görə , BMT-ni bu gün hadisələrin arxasınca gələn təşkilat kimi qeyd edirlər.

- 9 yaşlı Fariz Bədəlovun erməni snayperi tərəfindən qətlə yetirilməsi məsələsinə BMT Baş Assambleyası münasibət bildirəcəkmi?

- Azərbaycanlı uşağın ölümü sadəcə cəbhə bölgəsindəki itkilərdən biri kimi sayıla bilməz. Bu, özlüyündə ermənilərin mülki əhaliyə qədər təhlükə törətdiyini sübut edir. Nəzərə almalıyıq ki, F.Bədəlovun ermənilərə qarşı hər hansı təhlükəsi yox idi, əlində silah tutmamışdı. Azərbaycan dövləti mütləq bu məsələni BMT Baş Assambleyasının iclasında qaldırmalıdır. Bunun sıradan bir hadisə kimi qalmağına razı ola bilmərik. Azərbaycanın xarici işlər naziri E.Məmmədyarov çox haqlı olaraq, bildirib ki, Soçidə keçirilən sonuncu danışıqlardan sonra Ermənistanda müəyyən dairələr mövcuddur ki, sülh prosesini əngəlləmək istəyirlər. İndiyə qədər olan itkilərimizi bir çox hadisələri BMT müstəvisinə qoymaqla ermənilərin ən azı ağır silahlarının regiondan çıxarılması üçün müfəttişlər qrupunun gəlməsinə nail ola bilərik. Çünki "Cinah" sazişinə əsasən Ermənistanın hüququ yoxdur ki, Dağlıq Qarabağda bu qədər ağır silahlarını məhz ön cəbhədə saxlasın. Yəni tərəflər arasında razılaşmanın bir detalı da bundan ibarətdir. Amma buna əməl olunmur. Çünki Ermənistan tərəfi heç bir beynəlxalq quruma, sazişə məhəl qoymur. Faktaraşdırıcı missiya təkcə əhalinin məskunlaşdırılması problemi ilə bağlı regiona səfər etmir. "Cinah" sazişinin tələbinə görə, Ermənistanın bu regionda qədər silah cəmləşdirdiyini bilmək üçün burada müfəttiş aparmaq hüququ var. Adı çəkilən sazişin müddəasından Ermənistan özünü gizlətmək üçün bu silahların böyük bir hissəsini Dağlıq Qarabağda saxlayır. Azərbaycan BMT səviyyəsində bu məsələni qaldırmalıdır. Dağlıq Qarabağda toplanan bu silahlar özünü müdafiə deyil, hamısı hücüm silahıdır bilavasitə, mülki həyata qarşı yönəlib. Əgər azərbaycanlı uşağa ermənilər qəsbkarlıq edirsə, buna beynəlxalq reaksiya olunmalıdır. Bu gün Liviya rəhbəri Qəddafini ən ağır sanksiyalara məruz qoymaq tələbləri səslənir. Necə olur ki, Qəddafinin öz xalqına qarşı addımlar atanda təhlükə sayılır, amma 20% ərazi işğalı hər hansı sanksiya doğurmur. Yaxın günlərdə NATO, yaxud da Qərbin yüksək rütbəli generallarını Liviya torpağında görəcəyik. Hətta Qəddafini Səddamdan da daha ağır aqibətlə üz-üzə qoyacaqlar. Nəyə görə belə bir sanksiyadan Ermənistan, Sarkisyan rejimi kənarda qalmalıdır.

- GUAM-ın "dondurulmuş münaqişə"lər layihəsinin BMT Baş Assambleyasında təsdiq olunması dərəcədə gözləniləndir?

- Bu məsələnin BMT-də müzakirəyə çıxarılmasından sonra yeni bir situasiya yarandı bildiyim qədəri ilə sənəd sonra geri çəkildi. Əminəm ki, yekunda onunla bağlı qərarlar veriləcək   sonra onun işlək mexanizmlərinin tapılması üçün Azərbaycan digər dövlətlər bərabər addım atacaqlar.

 

 

AYLANA RZAYEVA

 

Səs.- 2011.- 17 mart.- S. 9.