"Novruz gəldi, Yaz gəldi"
Tədbirin məqsədi Rusiyada yaşayan
azərbaycanlı uşaqlara Novruzla bağlı məlumat
verməkdir
Dünən F.Köçərli
adına Respublika Uşaq Kitabxanasında BMT-nin 21 martı Beynəlxalq Novruz Günü elan edilməsi ilə bağlı "Novruz gəldi, Yaz gəldi" adlı "Rusiya-Azərbaycan. İki mədəniyyətin dialoqu"
adlı telekörpü
keçirildi. Tədbiri keçirməkdə
əsas məqsəd Rusiyada yaşayan azərbaycanlı uşaqlara
elimizin gözəl bayramı olan Novruzla bağlı məlumat vermək, uşaqlarımız ifasında
el şənliyini göstərməklə milli-mənəvi
dəyələrimizin dünyanın
hər bir yerində qoruyub-saxlamaq idi. Kitabxananın oxu zalında kitab sərgisi də təşkil olunmuşdur. Sərgidə
Azərbaycan milli-mədəniyyətini,
adət-ənənələrini özündə ehtiva edən nümunələr
iştirakçıların ixtiyarına verilmişdir.
Tədbirdə
Mədəniyyət və Turizm Nazirliyinin, Rusiyanın
Azərbaycandakı səfirliyinin əməkdaşları
iştirak edirdilər. Volqoqrad şəhəri Vilayət Uşaq Kitabxanasında telekörpüdə
Volqoqrad Vilayət Mədəniyyət Komitəsinin
katibi, Milli Məsələlər üzrə
Komitənin katibi, Ümumrusiya Azərbaycan Konqresi Volqoqrad vilayəti üzrə regional şöbəsinin
katibi, kitabxana işçiləri, Azərbaycanlı
uşaq və valideynlər iştirak edirdilər. Uşaqlar
milli geyimdə çıxış edərək,
şeir və mahnılar söyləyib,
səməni və xonçalarla rəqs etdilər. Eyni zamanda, tədbirdə Novruz adətlərini əks etdirən papaqatdı, ocaq üzərindən tullanma
kimi qədim adətlərimizindən nümunələr
təqdim olundu. Bahar qızı Bənövşə tədbir
iştirakçılarını salamlayaraq, Kosa və Keçəl isə öz məzəli səhnəcikləri
ilə uşaqları
sevindirdi. Uşaqlar arasında "Boğçadan
suallar" adlı viktorina da keçirildi.
Suala düzgün cavab tapanlar Cırtdanın torbasından
hədiyyə qazandılar.
Nağıl qəhrəmanları
uşaqların görüşünə
gələrək, onları
bayram münasibəti
ilə təbrik etdilər. Uşaqlar öz sevimli uşaq yazıçı
və şairlərindən
Ələmdar Quluzadə,
Zahid Xəlil, Sevinc Nuruqızı, Nüşabə Məmmədli,
Rafiq Yusifoğlu, Gülzar İbrahimova ilə görüşdən
məmnun oldular.
Zümrüd
Səs.- 2011.- 17 mart.- S. 12.