Dövlətimiz bütün təbəqədən olan
vətəndaşlara diqqət və qayğı ilə yanaşır
Yeni Azərbaycan Partiyası daim humanist prinsiplərin
keşiyindədir
YAP rəhbərliyi Novruz
bayramı münasibət
ilə Mərdəkandakı
2 saylı internat məktəbinin sakinlərini
ziyarət edib
Dünən Yeni Azərbaycan Partiyasının rəhbərliyi
Novruz bayramı münasibəti ilə Xəzər rayonunun Mərdəkan qəsəbəsində
yerləşən 2 saylı
Yetim və Valideyn Himayəsində Məhrum Uşaqlar üçün internat məktəbində olub. Novruz bayramı münasibəti
ilə uşaqların
görüşünə gələn
Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi Əli Əhmədov, YAP İcra katibinin müavini, Milli Məclisin üzvü Siyavuş Novruzov, YAP İdarə Heyətinin üzvü Kərim Kərimov, YAP Siyasi Şurasının üzvü, millət vəkili Eldar İbrahimov, millət vəkilləri Hadı Rəcəbli, Rauf Əliyev və YAP Xəzər rayon təşkilatının
sədri Namiq Əhmədov milli bayramımız münasibəti
ilə öz təbriklərini çatdırdılar.
Yeni Azərbaycan Partiyasının
Sədr müavini, İcra katibi, Milli Məclisin üzvü Əli Əhmədov Azərbaycan
xalqının milli bayramı olan Novruz bayramı münasibəti ilə uşaqları təbrik etdi. Bildirdi ki, ölkəmizdə
bütün qəbildən
olan insanlar, xüsusən də, uşaqlar, valideyn himayəsindən məhrum
olmuş körpələr
üçün yüksək
səviyyədə diqqət
və qayğı göstərilir. Ə.Əhmədov dövlətimizin həyata
keçirdiyi bütün
uğurlu işlərin
gələcəyimiz olan
körpələrin sağlam
böyüməsi və
gənclərimizin öz
həyatlarını daha
etibarlı formada təmin etməsinə yönəldiyini vurğuladı.
Qeyd etdi ki, ölkəmizdə
həyata keçirilən
bütün işlər,
məhz gələcəyimizin
daha möhkəm və sağlam təməllər üzərində
qurulmasına hesablanıb.
Ulu Öndərimiz Heydər Əliyevin də həmişə uşaqlara
böyük sevgi ilə yanaşdığını
bildirən İcra katibi Prezident İlham Əliyevin ölkəmizdə sağlam
nəsilin formalaşması,
onların sosial qayğılarının həlli
istiqamətində vacib
addımlar atdığını
söylədi. Ə.Əhmədov bu gün müstəqil
və müasir Azərbaycanın əsas qarantının gənclərdən
ibarət olduğunu və bu sahəyə
dövlətin xüsusi
diqqətinin daha da artdığını da diqqətə çatdırdı. "Yeni Azərbaycan Partiyası həmişə
humanist prinsipləri əsas
tutaraq ənənvi qaydada uşaq evlərində, internat məktəblərində, qocalar
evində məskunlaşmış
vətəndaşlarımızın ziyarətinə getməyi
özünə mənvi
borc bilir. Çünki bu böyük
və güclü partiyanın əsas amalı xalqımızın
bütün təbəqələrindən
olan insanlara yüksək səviyyədə
xidmət etməkdən,
onalara hərtərəfli
qayğı göstərmək
ibarətdir. Elə bu
zərurətdən də,
partiyamızın, ənənəvi
olaraq bütün bayramlarda, mötəbər
günlərdə uşaq
və kimsəsizlər
evlərini ziyarət etməsi, orada olan vətəndaşlarımızla
ünsiyyətdə olması
daha məqbul bir vəzifə kimi müəyyənləşib"
deyən Ə.Əhmədov
ölkəmizdə hər
bir körpənin, hər bir uşağın,
hər bir gəncin dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu vurğuladı.
Daha sonra
Yeni Azərbaycan Partiyasının
internat evinin sakinləri üçün
hədiyyələri də
uşaqlara təqdim edildi.
Tapdıq Qurbanlı
Səs.- 2011.- 18 mart.- S. 5.