Dövlət müasir gəncliyin inkişafı üçün mühüm proqramlar həyata keçirir

 

Əli Əhmədov: "Azərbaycanlı gənclərin partiyamıza artan marağı Prezident İlham Əliyevə, Onun başçılıq etdiyi partiyamıza inam və etimaddan qaynaqlanır"

 

Dünən Bakı Əyləncə Mərkəzinin "Eliza" zalında Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə  Novruz bayramı münasibəti ilə tədbir keçirildi.

Tədbirdə YAP Sədrinin müavini, millət vəkili Əli Əhmədov gəncləri Novruz bayramı münasibətilə təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. Ə.Əhmədov vurğuladı ki, YAP ətrafında birləşən,  iqtisadiyyatımızın inkişafında, cəmiyyətin müxtəlif təbəqələrində   özlərini təsdiqləmiş, sayı 200 mindən artıq olan intellektual biliyə, siyasi savada malik olan gənclərimiz tək respublika daxilində deyil, ölkədən kənarda da Azərbaycanı layiqincə tanıdırlar: "Böyük uğurlara imza atan azərbaycanlı gənclərin partiyamıza artan marağı bütün sahələrdə gənclərin hamisi olduğunu əməli ilə təsdiqləyən Prezident İlham Əliyevə, Onun başçılıq etdiyi partiyamıza inam etimaddan qaynaqlanır. Bu etimad YAP-ın gücünü - qüdrətini  müəyyənləşdirməklə, partiyamızın ölkə vətəndaşları, xüsusilə, gənclərimiz üçün maraqlı cəlbedici olması, özlərini ifadə etmək istəyi ilə bağlıdır".

YAP Sədrinin müavini Ə.Əhmədov qeyd etdi ki, ölkəmizdə gənclər siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Ölkə vətəndaşlarının ictimai-siyasi həyatını Yeni Azərbaycan Partiyası olmadan təsəvvür etmək mümkün deyil. Azərbaycanın gələcəyi , YAP da ölkədə yeridilən düşünülmüş siyasətlə bağlıdır. Partiyamız  belə istedadlı gənclərin birliyi, həmrəyliyi ilə güclüdür. Xalq arasında böyük nüfuz qazanan Prezident İlham Əliyevin Azərbaycanın müasirləşməsi, modernləşməsi istiqamətində apardığı siyasət gələcəyimizin daha qüdrətli olacağından xəbər verir. Gələcək isə gəncliyindir. Müasir dünyanın dəyərlərini qəbul etmiş, daha yüksək səviyyədə inkişafa iddialı olan Azərbaycanda qazanılan bütün nailiyyətlər gələcək nəsillərin rahat firavan yaşaması, yaxşı təhsil alması, ictimai- siyasi həyatda fəal olması üçündür. YAP-ın gənclərlə bağlı fəlsəfəsi belə mütərəqqi ideologiya ilə bağlıdır. Müasir dünyanın tələblərini daha geniş mənada dərk edən gənclərimiz gələcək Azərbaycanın tək sakinləri yox, eyni zamanda, sahibləri olacaqlar".

Müstəqil Azərbaycan dövlətinin müasir gəncliyin inkişafı ilə bağlı mühüm proqramlar həyata keçirdiyini qeyd edən YAP İcra katibi gənclərin yüksək təhsil alması, bilik bacarıqlarını inkişaf etdirməsi üçün hər cür şərait yaradıldığını diqqətə çatdırdı. YAP Sədrinin müavini ölkəmizin müasirləşməsində, ictimai-siyasi həyatında partiyanın gənclərinin yaxından iştirak etdiyini bildirdi onları daha da fəal olmağa çağırdı.

Tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov, təhsil nazirinin müavini Elmar Qasımov, gənclər idman nazirinin müavini İntiqam Babayev başqaları iştirakçıları Novruz bayramı münasibəti ilə təbrik etdilər. Çıxış edənlər ölkə Prezidentinin müasir Azərbaycan gəncliyinə göstərdiyi diqqət qayğıdan danışdılar.

Tədbirdə  YAP İdarə Heyəti Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, partiyanın Gənclər Birliyinin Bakı şəhəri üzrə rayon təşkilatlarının fəalları iştirak etdilər.

Tədbir daha sonra rəngarəng konsert proqramı ilə davam etdirildi.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 18 mart.- S. 6.